Səbail Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Səbail Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirlərinin müavinləri – sektor müdirləri və əməkdaşlar iştirak etmişlər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu vurğulayaraq keçmiş sovet ittifaqı ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidlərinin müstəqillik tariximizin qəhramanları olduğunu bildirmişdir. Ümummilli lider Heydər Əliyevin hər zaman 20 Yanvar faciəsində şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəmədiyini, məhz Ulu Öndərin səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduqlarını diqqətə çatdıran Kəmalə Həşimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə göstərilən qayğının hər zaman diqqət mərkəzində olduğunu və aparılan bu işlərin gələcəkdə də davam olunacağını qeyd etmişdir.






