Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Milli QHT Forumunun sosial layihəsinin təqdimatı keçirilmişdir

18 iyul 2012 | 15:00

Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunu «Əlillərin Səbail rayon İcra Hakimiyyətində və Sağlamlıq İmkanları Məhdud olan İnsanların Hüquqlarının Müdafiəsi və onların cəmiyyətə inteqrasiyası» layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açıq elan edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev tədbir iştirakçılarını salamlamış və tədbirin mahiyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar.
Əlillərin həyat tərzi həmişə xüsusi diqqət və qayğı tələb edir. Buna görə də hər il Əlillər günü Beynəlxalq səviyyədə qeyd olunur. Bu barədə Qərar 1992-ci il oktyabrın 14-də qəbul olunmuşdur. BMT Baş Assambleyasında 3 dekabr tarixinin Ümümdünya Əlillər günü kimi qeyd olunması barədə deklarasiya qəbul olunmuşdur. Məqsəd əlillərin qayğısına qalmaq, onları cəmiyyət işlərinə cəlb etmək, hüquqlarını qorumaqdır.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.
Bildirilmişdir ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 3550 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında Əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır.
Əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri 1941-ci ilə yaradılmış və Səbail rayonunda fəaliyyət göstərən 219 saylı Evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 742 nəfər uşaq 11 illik təhsil alır.
Rayonda əlillər, xüsusilə də əlil uşaqlarla bağlı müxtəlif tədbirlər keçirilir, onlara yardımlar göstərilir, problemlərinin həllinə diqqətlə yanaşılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, Millət Vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni çıxış edərək bu layihəyə dəstək verdiklərinə görə Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinə və səbail rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirdi.
İlk öngə layihənin slayd təqdimatı oldu, layihə haqqında qonaqlar ətraflı məlumatlandırıldılar. Qeyd olundu ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmişbütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən, əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaqdır. Layihə çərçivəsində görülən işlər Bakı şəhəri və 11 rayonu, Abşeron, Sumqayıt və Mingəçevir şəhəri üzrə həyata keçiriləcəkdir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri İsgəndər Mustafayev əlillərlə bağlı dövlət siyasətinin istiqamətləri, prioritetləri barədə qısa məlumat verdi və vətəndaş cəmiyyəti institutlarının, QHT-nın fəaliyyətlərini dəstəklədiklərini nəzərə çatdırdı. Tədbir zamanı sağlamlıq imkanları məhdud olan vətəndaşların və müxtəlif QHT-nın nümayəndələrinin sualları cavablandırıldı.
 

Keçidlər