Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində iftar süfrəsi təşkil olunmuşdur

26 iyul 2014 | 15:00

Müqəddəs Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələrinin təşkil olunması  tədbirləri davam etdirilir. Növbəti iftar mərasimi rayonun Bibiheybət qəsəbəsindəki xeyir-şər evində keçirilmişdir. Tədbirdə qəsəbə bələdiyyəsinin üzvləri, ictimaiyyət nümayəndələri, qəsəbədə məskunlaşmış məcburi köçkünlər iştirak etmişlər.
İftar mərasimi Bibiheybət məscidinin axund müavini hacı Səmid tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. Hacı Səmid Ramazan ayının fəzilətindən danışmış, iftar süfrəsinin açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirmişdir.
Səbail RİHBA-nın şöbə müdiri Hamlet Baxışov  Səbail rayonu, o cümlədən Bibiheybət qəsəbəsində görülən işlər barədə məlumat vermiş, qeyd etmişdir ki, Səbail rayonunda əvvəlki illərin ənənəsinə uyğun olaraq bu il    2-si Bibiheybət qəsəbəsi sakini olmaqla 4 nəfər rayon sakini rayon İcra Hakimiyyətinin dəstəyi ilə müqəddəs həcc ziyarətinə göndəriləcəkdir. O, gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkilinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi  qiymətləndirdi və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə sakinləri təbrik etdi.

Keçidlər