2019-cu ildə əsaslı şəkildə təmir işləri aparılmış Gülbala Əliyev küçəsinə baxış keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi ilə əlaqədar Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, park və yaşıllıqların salınması, mövcud olanların yenidən qurulmasına və onların mühafizə olunmasına xüsusi diqqət göstərilir.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və sakinlərlə birgə əsaslə şəkildə təmir işləri aparılmış Bayıl yaşayış massivi, Gülbala Əliyev küçəsinə baxış keçirmişdir.
Baxış zamanı sözügedən ünvanda aparılmış yenidənqurma və abadlıq işlərinin mühafizə olunması, sakinlər tərəfindən qaldırılan məsələlərin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, o cümlədən burada uşaqlar üçün quraşdırılmış oyun meydançasının yenilənməsi ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.
Qeyd edək ki, uzunluğu 9 km olan Gülbala Əliyev küçəsində 2019-cu ildən başlayaraq əsaslı şəkildə təmir işləri həyata keçirilmişdir. Layihəyə çərçivəsində küçəyə yeni asfalt-beton örtüyü çəkilmiş, həmçinin burada insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün salınmış parkda işıq dirəkləri, oturacaqlar, idman qurğuları, uşaq meydançası quraşdırılmış, müxtəlif növ yeni ağac və gül kolları əkilmişdir. Vətəndaşların yol kənarı ilə normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 2 km uzunluğunda yeni piyada səkiləri inşa edilmiş, yol kənarlarına səki daşları düzülmüşdür.