Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli məktəblilər üçün Quba rayonunda yay düşərgəsi yaradılmışdır

04 avqust 2014 | 15:00

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Cari ilin yay aylarında bu   istiqamətdə  bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Həmin tədbirlərdən biri də Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü,   DİN Daxili Qoşunlar Komandanlığı və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsi əsasında ənənəvi təşkil olunan «Şahinlər» yay istirahət düşərgəsinin yaradılması olmuşdur. Artıq bütün təşkilati işlər başa çatdırılmış və Bayıl yaşayış sahəsindəki 49 saylı «İntellekt» liseydə düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşün əvvəlində son bir neçə gün ərzində cəbhə bölgəsində Erməni provokasiyaları zamanı həlak olmuş əsgərlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.
Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış və   rayonda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, RİH-nin təşkilatçılığı ilə yay ayları ərzində rayondakı orta məktəblərin, Uşaq-gənclər idman məktəbinin, yaradıcılıq mərkəzlərinin imkanlarından və bazalarından istfadə olunmaqla idman yarışlarının, müxtəlif müsabiqə və intellektual oyunların keçirilməsi, yeniyetmələrin rayondakı muzey və teatrlara ekskursiyaları təşkil olunur.
Asif Əsgərov bildirmişdir ki, Quba şəhərində təşkil olunan düşərgə artq 9-cu dəfədir ki, təşkil olunur.  Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Düşərgə Daxili Qoşunlar Komandanlığı və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunmuşdur. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə  təbiət qoynunda nahar təşkil olunacaqdır.
Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup düşərgəyə  təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. Düşərgədə uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün burada məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcəkdir. Düşərgənin mühafizəsi və burada təhlükəsizlik məsələləri də DQ tərəfindən həyata keçiriləcəkdir.
İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaq, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.
Düşərgədə məktəblilərə vətənimizin, xalqımızın tarixindən bəhs edən müxtəlif mövzularında   məşğələlər keçirilməsi və hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunması planlaşdırılmışdır.
Qeyd olunmuşdur ki, yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tərbir avqust ayının 18-dən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə  Qusar rayonunda da təşil olunacaqdır.
Tədbirdə çıxış edən Qarabağ  müharibəsi veteranı Rövşən Cavadov, hərbiçi Akif Məmmədov, Zərəngiz Mansurova, Azərbaycana Birgə Yardım Təşkilatı Valideyn  birliyinin sədri Zəhra Xələfova, Zəngilan rayon 4 saylı ümumi orta məktəbinin direktoru Xanməmməd Xanməmmədov   valideynlər adından yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə Ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər