Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin 2022-ci il üzrə etik davranış məsələləri üzrə keçirilən hesabat yığıncaqları

02 fevral 2023 | 09:04

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən irəli gələn vəzifələrlə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli, 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar il ərzində RİH başçısı Aparatının, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə “Etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi”, “Korrupsiyanın qarşısının alınması”, “İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət”, “Maddi və qeyri-maddi nemətlərin, imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”, “Vicdanlı və mədəni davranış, qərəzsizlik” və s. mövzularda treninqlər keçirilmiş, dövlət qulluqçularının etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə fərdi qaydada söhbətlər aparılmışdır. Hesabat dövründə etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır.

Keçidlər