Səbail rayonunda 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
Səbail rayonunda 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Müşavirə zamanı 2024 cü il - “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi vurğulanaraq “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq rayon ərazisində Rayon İcra Hakimiyyəti tərəfindən təstiq olunmuş Tədbirlər planının icrasının uğurla həyata keçirildiyini bildirən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov il ərzində aparılmış işlərlə yanaşı cari ildə ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı kommunal xidmətlər, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyəti və ərazinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması istiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdırmışdır.
Bununla yanaşı, növbəti ildə infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, qanunsuz tikinti işlərinin qarşısının alınması, vətəndaşların mənafeyinin qorunması, dövlət qulluqçularının məsuliyyətinin artırılması, sakinlərlə keçirilən səyyar görüşlər zamanı qaldırılan məsələlərin operativ həll olunması və vətəndaş müraciətlərinin vaxtında cavablandırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Tədbir zamanı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Səbail RİHBA-nın Böyük məsləhətçi- YYÇİ və HM üzrə komissiyanın məsul katibi Rəhimova Gülnarə Yusif qızına RİH başçısı tərəfindən medalı təqdim olunmuşdur.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.