Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda mətbuat nümayəndələri ilə tədbir keçirilmişdir

25 iyul 2012 | 15:00

Kütləvi inflormasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat gününün 137 illiyi ərəfəsində «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbir keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun və 30-dan çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlamış və bildirmişdir ki, bu il artıq 137 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.
A.Əsgərov vurğulamışdır ki, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plyuralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formaldaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılmışdır. Ulu öndərin müvafiq Fərmannı ilə mətbuat üzərində senzura ləğv edilmiş, qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borcları əvvəlcə dondurulmuş, sonradan isə birdəfəlik olaraq ləğv edilmişdir.
Qeyd edilmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı ölkə başçısının sərəncamına əsasən tikintisi aparılan KİV nümyaəndələri üçün yaşayış binasının məhz Səbail rayonunda yerləşməsini də əlamətdar hal kimi qeyd etmişdir.
Səbail rayon İcra hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov bir il ərzində mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktou Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermiş, qeyd etmişdir ki, yaxın vaxtlarda Fondun və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Fərdi curnalist yazıları müsabiqəsinə start veriləcəkdir.
Tədbirdə çıxış edən «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları Milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və buk imi tədbirlərin keçirilməsinin vacibliyindən danışmışlar.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə 30-dan çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunmuşdur.

 

 


Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri
Əlaqə telefonu:  493- 34-62; 493-17-98 (iş); (050) -322-34-83 (mob)
e-mail: aparat@sabail-ih.gov.az
internet səhifəsi: www.sabail-ih.gov.az

 

Keçidlər