Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur

05 sentyabr 2014 | 15:00

    Bakı şəhərinin  mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün  hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman  diqqət mərkəzində olumuşdur. Rayonda  5 ali, 18 orta və 18 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs ilinə hazırlığı və yay mövsumu ərzində məktəblərdə aparılan təmir işlərinə RİH-nin tərəfindən nəzarət daha ciddi olmuşdur.
    Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışmışdır.
    Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. 3 il ərzində ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmr olunmuş, 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası tikilmiş, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilmişdir. 2 məktəb üçün yeni əlavə korpus tikilmiş, 1 peşə, 11 orta, 2 uşaq musiqi məktəbləri, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 8 uşaq bağçası əsaslı təmir olunmuşdur.
    Keçən il həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmış və  sentyabr ayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə açılışı keçirilmişdir.
    Badamdar qəsəbəsinin inkişaf edərək əhali sayının artması ilə bağlı burada məktəbəqədər təhsil müəssisələrinin vəziyyətini nəzərə alan Heydər Əliyev Fondu nəcib təşəbbüs göstərərək bu ilin aprel ayında qəsəbədəki «Könül» körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlamış və artıq  burada bütn işlər başa çatdırılmışdır. 
    Ölkə başçısı cənab İlham Əliyevin müavfiq sərəncamı ilə təsdiq olunmuş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun təhsil müəssisələri üzrə 3 orta və 1 musiqi məktəbinin və 3 uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulmuşdur.
    Həmçinin son il ərzində Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən təhsil sistemində yeni islahatların aparılması, orta və ali məktəblərdə təhsilin səviyyəsinin günümüzün tələblərinə uyğun olaraq qurulması, şagird və tələbələrin savadlı və bilikli, vətənvərvər ruhda tərbiyə olunması istiqamətində   həyata keçirilən işlər barədə söz açılmış, bildirilmişdir ki, həyata keçirilən yeniliklər tədris prossesinə öz müsbət təsirini göstərir.
    Asif Əsgərov  bildirmişdir ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə RİH tərəfindən ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində təmirlər aparılımış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşlar.
    Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılmışdır. Vurğulanmışdır ki, 2013-2014-cü tədris ilində rayonun orta məktəblərini 1355 nəfər bitirmiş,   onlardan 1190 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 901 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 124  nəfəri 500-dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.
    2013-2014-cü təhsil ilinin yekununa görə  Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülmüşdür. Son 4 ildə isə rayonun məzunları ümumilikdə  43 qızıl və  3 gümüş medala layiq görülmüşlər.
    Tədbirdə çıxış edən 91 saylı tam orta məktəbin direktoru Svetlana Zülfüqarova, 687 bal toplayaraq tələbə adını qazanmış Xalid Məmmədli və digər çıxışçılar  təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
    Sonda yaş həddinə görə təqaüdə çıxmış 3 məktəb direktorunun yola salınma mərasimi olmuş, qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və  aztəminatlı ailələrdən olan 100 uşağa isə məktəbli forması hədiyyə olunmuşdur.  

 


Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri
Əlaqə telefonu - 493- 34-62
493-17-98 (iş), - (050-055) -322-34-83 (mob). e-mail: mail@sabail-ih.gov.az
internet səhifəsi: www.sabail-ih.gov.az

Keçidlər