Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunun orta məktəblərində yeni dərs ilinə başlanmışdır

15 sentyabr 2014 | 15:00

     15 sentyabr  - «Bilik günü» ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 18 orta məktəbdə dərslərə başlanmışdır.  
      Səbail rayonu Bayıl yaşayış sahəsindəki  49 saylı «İntellekt» məktəb-liseydə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə çıxış edən 49 saylı «İntellekt» məktəb-liseyin direktoru Təhminə Əsədova  qazanılan  uğurlardan danışmışaraq bildirmişdir ki, bu orta təhsil ocağı 1929-cu ildə tikilmiş və Böyük Vətən Müharibəsi illərində burada təxliyə hospitalı fəaliyyət göstərmişdir. Dövlət Proqramına uyğun olaraq 2012-ci ildə məktəbin 3 mərtəbəli binası əsaslı təmir olunmuş, burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır. Ətraf ərazidə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin həyətində 36 əlavə sinif otağı olan 660 şagird yerlik,  3 mərtəbəli yeni tədris korpusu da tikilmişdir. Çox sevindirici haldır ki, həmin il sentyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbə gələrək yeni inşa olunmuş tədris korpusunun və əsaslı təmir işləri aparılmış köhnə korpusun açılış mərasimlərindən iştirak etmişdir. Bu gəliş məktəb kollektivi üçün çox əlamətdar bir hadisə olmuşdur. Məktəbə olan diqqət  və qayğı pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha uğurla çalışmağa sövq etmişdir.
     Məktəb barədə məlumat verən T.Əsədova qeyd etmişdir ki, hazırda məktəb-liseydə 1459 şagird təhsil alır, onlara 129 nəfər müəllim dərs deyir. Bu il 209 nəfər uşaq birinci sinfə qəbul olunmuşdur. 2013-2014-cü təhsil ilində məktəb-liseyi 73 nəfər məzun bitirib və onların 44 nəfəri tələbə adını qazanmışdır. Məzunların 2 nəfəri qəbul imtahanlarında 600-dən, 1 nəfəri isə 650-dən çox bal toplamışdır. 4 nəfər məzun xaricdə təhsil alacaqdır. 
    Təhminə Əsədova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürünü bildirmişdir.
    «Bilik günü» ilə əlaqədar Səbail rayonundakı 91 saylı orta məktəbdə təşkil olunan tədbirə toplaşan  şagirdləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 91 saylı orta  məktəbin direktoru Svetlana Zülfuqarova məktəb kollektivinin qazandığı uğurlardan danışmışdır. O, qeyd etdi ki, məktəbdə hazırda 1200  şagird təhsil alır və onlara 100 nəfər müəllim dərs deyir. Bu il birinci sinifə 123 nəfər uşaq qəbul edilib. Keçən tədris ilində məktəbin 68 məzununun 46-ı ali məktəblərə, onlardan 7-i isə xarici ölkələrin ali məktəblərinə daxil olmuşdur. Məzunların 4-u 500-dən çox, 2-si 600-dən, 2-i isə 650-dən çox bal toplayıb. Məktəbin məzunu, 680 balla ADA Universitetinə daxil olmuş Mikayıl Mikayıllı Prezident təqaüdünə layiq görülmüşdür.
    Yeni dərs ili ərəfəsində məktəbdə yaradılmış şəraitə, onun lazımi inventar və dərs ləvazimatları ilə təminatına, həmçinin ölkə təhsilinin inkişaf və tərəqqisi üçün gördüyü işlərə görə məktəb direktoru Svetlana Zülfuqarova ölkə rəhbərliyinə məktəb kollektivi və valideynlər adından dərin təşəkkürünü bildirmişdir.
Məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yeni dərs ilinin başlanması münasibəti ilə  məktəblərin kollektivlərini təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. 3 il ərzində ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmr olunmuş, 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası tikilmiş, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilmişdir. 2 məktəb üçün yeni əlavə korpus tikilmiş, 1 peşə, 11 orta, 2 uşaq musiqi məktəbləri, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 8 uşaq bağçası əsaslı təmir olunmuşdur.
Ölkə başçısı cənab İlham Əliyevin müavfiq sərəncamı ilə təsdiq olunmuş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun təhsil müəssisələri üzrə 3 orta və 1 musiqi məktəbinin və 3 uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulmuşdur.
Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirmişdir ki, rayonun orta məktəblərini 1355 nəfər bitirmiş,   onlardan 901 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 124  nəfəri 500-dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.
Ali məktəblərə qəbul olunan 3 nəfər məzun Prezident təqaüdünə liyiq görülmüşdür.
2013-2014-cü təhsil ilinin yekununa görə  Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülmüşdür. Son 4 ildə isə rayonun məzunları 43 qızıl və  3 gümüş medala layiq görülmüşlər.
Asif Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açımış, Fondun dəstəyi görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmış və  sentyabr ayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə açılışı keçirilmişdir. Bu il isə Fond tərəfindən qəsəbədəki «Könül» körpələr evi-uşaq bağçasında əsaslı təmir aparılmış, burada 90 yerlik yeni korpus tikilmişdir.
Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçmiş, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
    

 

 

 

Keçidlər