Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Müsiqi günü münasibəti ilə tədbir keçirilmişdir.

18 sentyabr 2014 | 15:00

(18 sentyabr 2014) - Milli Musiqi günü münasibəti ilə Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbində «18 Sentyabr – Milli Musiqi günüdür» mövzusunda tədbir keçirilmişdir. Çoxsaylı qonaqlarla yanaşı yaxınlıqdakı orta məktəblərin şagirdləri və valideynlərin iştirak etdiyi tədbir  Üzeyir Hacıbəylinin «Koroğlu» operasından uvertyura ilə başlanmış, ekranda Milli Musiqimizin banisi, görkəmli bəstəkar Üz.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirilmişdir.
  Tədbirdə Milli Musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan, ölkədə Milli musiqi günü keçirilməsi ənənələrindən danışılmış, mədəniyyətimizin dünyada tanınması və təbliği istiqamətində ölkə başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən danışılmışdır.
Sonra musiqi məktəbinin şagirdlərinin ifasında konsetr proqramı nümayiş etdirilmişdir. Skripkada Xədicə Əlibalayevanın,   fortepianoda Lətifə Mehdizadənin və  Zeynəb Qiyasovanın,   zərb alətlərində Vaqif Hüseynovun çıxışları,  Sənan Hacılının, həmçinin məktəbin müəllimləri Həsənağa Səmədov və Fəridə  Mirişovanın ifaları alqışlarla qarşılanmışdır.
Sonda məktəbin xorunun ifasında Müslüm Maqomayevin «Odlar yurdu» manısı səslənmişdir.
Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova və 3 saylı musiqi məktəbinin direktoru Məhin Orucova konsert iştirakçılarını gözəl ifaları ilə bağlı təbrik etmişlər.

 

Keçidlər