Muzeydə «Ağ ölüm» mövzusunda tədbir keçirilmişdir
24 sentyabr 2014 – Məmməd Səid Ordubadinin xatirə muzeyində Narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində “Ağ ölüm” mövzusunda tədbir keçirmişdir.
Tədbiri açan muzeyin direktoru Lalə Abaszadə əsrin bəlası olan narkomaniya, onun fəsadları barədə məlumat vermişdir. Muzeyin əməkdaşı N.Baxşıyevaya tədbirdə iştirak edən məktəblilər və qonaqların qarşısında «Narkomaniya - bəşərin ən qorxulu bəlası!» mövzusunda çıxış etdi.Tədbirdə Respublika Narkoloji Mərkəzinin şöbə müdüri həkim- narkoloq R.Axundov həkimlik fəaliyyəti dövründə topladığı təcrübə haqqında söhbət açmış və məktəblilərin ünvanladığı sualları cavablandırmış, Sabail rayon İcra Hakimiyyətinin nümayəndəsi Ə.Ələkbərov narkomaniyanın gənclərə vurdugu zərərdən danışmışdır.
Tədbirdə Mədəniyyət və Turizm İdarəsinin, Bülbülün xatirə muzeyinin, “Miras”Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyin nümayəndələri, 160 saylı Klassik Qimnaziyanın, 8 saylı orta məktəbin şagirdləri, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iştirak etmişlər.
Qeyd olunmalıdır ki, bu tədbir M.S.Ordubadinin xatirə muzeyində Narkomaniya ilə mübarizə mövzusunda keçirilən ikinci tədbirdir və muzeyin ekspozisiyasında mövzuya aid güşə də yaradılmışdır