Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurban Bayramı Səbail rayonunda qeyd olunmuşdur

08 oktyabr 2014 | 15:00

Müsəlman dünyasının  ən əziz bayramlarından  olan Qurban Bayramı Azərbaycanda son illərdə böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirhaq əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonundakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi təşkil olunmuşdur. Keçirilən tədbirlərdən biri rayonun 20-ci yaşayış sahəsindəki «Elay» restoranında təşkil olunmuş mərasim olmuşdur.
Rayonda fəaliyyət göstərən Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə  toplaşanları Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev müqəddəs Qurban Bayramı münasibəsi ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulamışdır. O, rayonda həyata keçirilər sosial yönümlü işlər barədə məlumat vermiş, bildirilmişdir ki, bu işlərlə yanaşı rayon sakinlərindən 4 nəfər həcc ziyarətinə göndərilmiş,  Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 25 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 5 mindən çox ailəyə qurban payları təqdim ediləcəkdir.
Tədbirdə çıxış edən  ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qurban Bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, «Bibiheybət» ziyarətgahı və İçəri şəhərdəki «Cümə» məscidində də  keçirilmiş, daha sonra məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunmuşdur.


 

Keçidlər