Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyasının Xəzər Dəniz Donanmasının Bakıda rəsmi səfərdə olan nümayəndə heyətinin rəhbərliyi Səbail rayon İcra Hakimiyyətində olmuşlar

16 oktyabr 2014 | 15:00

Oktyabr ayının 16-da Rusiya Federasiyasının Xəzər Dəniz Donanmasının «Dağıstan» və «Qrad Sviyajsk» gəmiləri Azərbaycana rəsmi səfərə gəlmişlər. Səfərin ilk günündə Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbərliyi və Azərbaycan Respuslikasının Hərbi Dəniz Hüvvələrinin nümayəndələri Səbail rayon İcra Hakimiyyətində olmuşlar.
Nümayəndə heyətini qəbul edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlamış, paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonun stateji əhəmiyyət kəsb etdiyini bildirmiş və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir. Asif Əsgərov son illərədə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlərdən danışmış, bu nailiyyətlərin qazanılmasında Ulu öndən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük rolunu qeyd etmişdir.  Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan natiq rayon İcra Hakimiyyəti  ilə rayondakı və eləcə də cəbhə bölgəsindəki hərbi hissələr arasında yaranmış sıx dostluq və əməkdaşlıq əlaqələri və Müdafiə Nazirliyi ilə birgə tədbirlər barədə məlumat vermişdir.
Ölkəmizdə səfərdən mənmunluq hissi keçirdiyini deyən Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının  Bakıya səfərə gələn nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Valeri Smirnov Azərbaycanın, xüsusi ilə də onun Silahlı Qüvvələrinin inkişafından, iki ölkə ordularının əməkdaşlıq əlaqələrinin möhkəmlənməsindən, bü işlərdə hər iki ölkənin rəhbərlərinin rolundan danışdı, Rusiya Federasiyası ilə Azərbaycan  arasında bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinin  vacibliyini vurğuladı.
Digər çıxış edənlər: Rusiya Federasiyası səfirliyinin hərbi attaşesi polkovnik Vladimir Çernenko, «Dağıstan» hərbi gəmisinin komandiri II dərəcəli kapitan Vüsal Miriyev hərbi dənizçilərin ölkəmizə səfərinin səmərəli olduğunu qeyd etdərək Bakıda gördükləri  qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələrinin Komandanı,               I dərəcəli kapitan Şahin Məmmədov qeyd etdi ki, bu səfər ölkəmizin hərbi dənizçilərinin Rusiyaya rəsmi səfərinə cavabdır. Səfər çərçivəsində qonaqlar paytaxtın görməli yerlərini gəzəcək, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi dənizçilik məktəbindəki tədris prossesi ilə tanış olacaq, həmçinin dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu və birgə şəkil çəkdirildi.
Sonra qonaqlar Səbail rayonunun görməli yerlərini gəzdilər.

Keçidlər