Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Səbail RİH Başçısının hesabatı

11 oktyabr 2014 | 15:00

Oktyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi  inkişafın  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  geniş iclası keçirilmişdir. İclasda çıxış edən ölkə başçısı cari ilin doqquz ayı ərzində Azərbaycanda həyata keçirilmiş geniş miqyaslı  işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.  Ölkə başçısı qeyd etmişdir ki,  9 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, ümumi daxili məhsul 2,5 % artmış, qeyri-neft sektorunda inkişaf  6,0 %,  inflyasiya isə  cəmi 1,5% səviyyəsində olmuşdur. Əhalinin pul gəlirləri 5,4% artmışdır.

Qeyd olunmuşdur ki, ölkədə böyük həcmdə investisiyalar qoyulur. İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur ki, onların da 11 milyardı daxili sərmayədir.
İlin əvvəlindən ölkəmizin  maliyyə resursları 3 milyard 600 milyon dollar artaraq 53 milyard dollara çatmışdır. Adambaşına düşən valyuta ehtiyatları dünya miqyasında ən yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək   38-cu yerdə yerləşdirmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilmişdir. Yüz mindən çox yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yerləridir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılmışdır. Bu da imkan vermişdir ki, bu gün işsizlik 5 % səviyyəsində olsun.
Ölkədə sosial proqramlar müvəffəqiyyətlə icra edilir, doqquz ayda maaşlar, pensiyalar, orta əmək haqqı artmışdır. Son illər ərzində 3 minə yaxın məktəb binası tikilib istifadəyə verilmişdir. Gələn 2 ildə səhiyyə sahəsində də işlər tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqla təchiz edilmiş gözəl tibb mərkəzləri olacaqdır.
Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisi xüsusi qeyd olunmuşdur. Əgər bir neçə il əvvəl Azərbaycanda uşaq bağçaları ilə təminat cəmi 17 % idisə, görülən işlər nəticəsində son iki-üç il ərzində bu rəqəm 42 %-ə qalxmışdır.
Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayrılmışdır ki, köçkünlər yeni evlərlə təmin olunsunlar. Hər il təkcə tikinti işlərinə 300 milyon manat vəsait ayrılır.
Bakı və onun qəsəbələri proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində onlarla məktəb təmir edilib, tikilib, uşaq bağçalarının sayı artır. Bakı qəsəbələrində infrastruktur layihələri, ilk növbədə, su-kanalizasiya layihələri həyata keçirilir, kənd yolları tikilir.
Cari ilin sonuna qədər Şəmkirçay Su Anbarı istifadəyə veriləcəkdir. Layihənin icrası  əkin sahələrinin daha da genişlənməsinə və fermerlər üçün yeni imkanların yaranmasına imkan verəcəkdir. Həmçinin meliorasiya ilə bağlı olan layihələr – Taxtakörpü və Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcəkdir.
Bu gün Azərbaycanda müasir emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarımız dünya bazarlarına emal edilmiş şəkildə çıxarılır. Biznesin inkişafı üçün aparılan islahatlar müsbət rol oynamışdır. Sahibkarlığın inkişafına həm siyasi, həm maliyyə dəstəyi göstərilir. Turizmin inkişafı sürətlə gedir.
Bu il “Sənaye ili”dir və sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır. Alüminium, poladtökmə, metallurgiya sənayesi inkişaf etdirilir. Artıq sement istehsalı ilə 100 % təminat vardır. Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir.
Keçən ay Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Beləliklə, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı yaradılacaq. Onun illik yükaşırma imkanı 25 milyon ton yük və bir milyon konteynerdir.  
Nəqliyyat sahəsində də irəliləyişlər vardır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi başa çatır. Hava nəqliyyatı inkişaf edir, yeni təyyarələr alınır.  sevindirici haldır ki, ilk dəfə olaraq “Azərbaycan Hava Yolları – AZAL” Nyu-Yorka birbaşa uçuşları təşkil etmişdir.
Keçən rübdə ölkəmiz üçün tarixi hadisə baş vermiş, “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Kəmərin tikintisi zamanı minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək, yüzlərlə Azərbaycan şirkəti podratçı kimi iştirak edəcəkdir.
Ekologiya məsələlərinə çox böyük diqqət göstərilir. Çirklənmiş ərazilərin təmizlənməsi, ağacların əkilməsi, məişət tullantıları zavodunun tikintisi, içməli su, kanalizasiya layihələrinin icrası son illərdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişmişdir. Xəzər dənizinə axıdılan çirkab sularının qarşısı indi yeni kanalizasiya layihələrinin icrası nəticəsində alınır. Çirkab suları təmizləyici qurğulara istiqamətləndirilir. “...İndi Bibiheybət zonasında böyük ekoloji layihə icra edilmişdir. Bura vaxtilə neftlə çirklənmiş qara bir ərazi idi. İndi orada idman şəhərciyi tikilir və birinci Avropa Oyunlarının bir hissəsi orada keçiriləcək. İndi ora abad bir ərazi olubdur. Hətta indi orada buruqlar da vardır və hasilat davam edir. İndi biz buruqların ətrafını da abadlaşdırırıq, abadlaşdıracağıq”.
Böyükşor gölünün təmizlənməsi davam edir, birinci hissə gələn ilin yayına hazır olacaqdır. “Ağ Şəhər” layihəsi icra olunur, “Ağ Şəhər” bulvarı tikilir.
“... Beləliklə, Bibiheybət istiqamətindən, – Bayraq Meydanından o tərəfə də işlər davam etdirilir, - idman şəhərciyindən “Ağ Şəhər”ə, neftayırma zavoduna qədər təqribən 16 kilometr uzunluğunda gözəl bir gəzinti zolağı – bulvar olacaqdır”.
İclasın işində ölkə başçısı qeyd etmişdir ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmamışdır. Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Lakin “...Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur”.
Azərbaycanda Ordu quruculuğu uğurla gedir və gedəcəkdir.  Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu proses davam etdiriləcəkdir. Azərbaycanda hərbi istehsal inkişaf edir. Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilmişdir. “...bizim prinsipial mövqeyimizə heç bir qüvvə təsir edə bilməz. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır”.
Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, bu gün Birinci Avropa Oyunlarına hazırlıq qrafik üzrə gedir. Bütün idman obyektləri təmir olunur, yeniləri tikilir. Son illərdə Bakıda bir sıra böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu, “Eurovision” mahnı müsabiqəsi  keçirilmişdir. Yaxın vaxtlarda Ümumdünya Gənclər Forumu, 2016-cı ildə Dünya Şahmat Olimpiadası, “Formula 1” yarışı, 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının  dörddəbir final yarışı məhz Azərbaycanda, onun paytaxtı Bakıda keçiriləcəkdir.
Cənab Prezident ölkəmizdə bütün bu beynəlxalq tədbirlərin ən yüksək səviyyədə   keçiriləcəyinə  əmin oludğunu birdirmişdir.
Hesabat dövründə ölkədəki inkişaf Səbail rayonunda da öz əksini tapmışdır. Belə ki, 2014-cü ilin 9 ayı ərzində  Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 16.931,4 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və ya xidmətlər göstərilmişdir. Sənaye məhsulunun natura ifadəsində həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 % çoxdur.
Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 98,5 % olmuşdur.
  
2013-2014-cü İLLƏR ÜZRƏ SƏNAYENİN DİNAMİKASI

Sənaye istehsalının dəyişməsi
( milyon manatla)

 


MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

2014-cü ilin
yanvar-sentyabr
ayları faktiki,
milyon manatla Əvvəlki ilin
müvafiq dövrünə nisbətən, faizlə
Sənaye məhsulunun (işlərin və xidmətlərin) ümumi həcmi 16.931.4 100.3
Nəqliyyat xidmətlərinin həcmi 350.5 101.4
Rabitə xidmətlərinin həcmi 156.1 101.1
Əsas kapitala yönəldilən investisiyalar  2939.7 100
Əsas kapitala yönəldilmiş investisiyadan tikinti quraşdırma işləri 1620.7 155.3
Öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 883.2 83.6
Pərakəndə əmtəə dövriyyəsi 220.9 120.2
İaşə xidmətləri 78.8 128.8
Əhaliyə göstərilən pullu xidmətlər 294.5 102.7
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı (yanvar-avqust) 967.3 100.9

         *Rayonun yekununa Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin məlumatları da daxil olmuşdur.
                                   

 

MƏDƏNÇIXARMA SƏNAYESİ
                                                Xam neft və təbii qaz hasilatı.
Məhsul növlərinin adı və ölçü vahidi 2014-cü ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir Keçən ilin müvafiq dövrünə  nisbətən,
faizlə
Xam neft (qaz kondensatı da daxil olmaqla), min ton   24167.1

97.8
O cümlədən:
neft yataqlarının qazı
(səmt qazı və təbii qaz) mln kub.m  9245.6 104.4

NEFT HASİLATININ DİNAMİKASI

Mədənçıxarma sənayesinin digər sahələri

Məhsul növləri 2014-cü ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir Keçən ilin müvafiq dövrünə  nisbətən,
faizlə Qeyd
İnşaat üçün əhəng daşı (ton) 440.0 101.2 

   
EMAL   SƏNAYESİ

Mühüm növ  qida məhsullarının istehsalı  aşağıdakı kimi olmuşdur:

Məhsul növləri 2014-cü ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir Keçən ilin müvafiq dövrünə  nisbətən,
faizlə Qeyd

Suxarı, qızardılmış çörək və oxşar xırtıldayan məmulat,        (ton) 64.0 101.4 ----
Fındıq emalı,   (ton) 310.0 98.7 ----
Tortlar, şirniyyat məmulatları və çörək,   ton 30.0 102.0
sair şirinləşdirilməmiş ətirli maddələr əlavə edilmiş sular:
buz  və  qar,  (min dkal)  80.0 100.4
----


Qida məhsulları və içkilərin istehsalı
(Keçən ilin müvafiq dövrünə nisbətən faizlə)    

                     1. suxarı və qızardılmış çörək (ton)
                 2. fındıq emalı (ton)
                 3. Şirniyyatlar və çörək (ton)
                 4. Sular (min dkal)dkal)
Toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı müəssisələrində  mühüm növ məhsulların buraxılışı aşağıdakı kimi olmuşdur:


Məhsul növləri 2014-cü ilin yanvar-sentyabr   aylarında istehsal edilmişdir Keçən ilin müvafiq dövrünə  nisbətən,
faizlə Qeyd
Düyünlərlə toxunan xalçalar, (kv.m) 20.4 101.4 
İnteryerlər üçün dəzgahda və ya əllə toxunan pərdələr, (kv.m) 110.6 100.0

Kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı aşağıdakı kimi olmuşdur

Məhsul növləri 2014-cü ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir Keçən ilin müvafiq dövrünə  nisbətən,
faizlə
Yuyucu və təmizləyici vasitələr, (ton)  10.0 100.4
Politelen borular, bucaqlar, (ton) 420.0 96.4
Plastik vannalar, əl-üz yuyanlar, (ədəd) 60.0 105.0

Maşın və avadanlıqların istehsalı müəssisələrində əsas növ məhsulun buraxılışı aşağıdakı kimi olmuşdur:

Məhsul növləri 2014-cü ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir Keçən ilin müvafiq dövrünə  nisbətən,
faizlə
Qazma borularının
vintlənməsi və açılması üçün
açarlar,  (ədəd) 117 98.4
Qazma və qoruyucu borular üçün elevatorlar,  (ədəd) 71 105.6

ELEKTRİK ENERJİSİ, QAZ VƏ SU TƏCHİZATI

Məhsul növləri 2014-cü ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir Keçən ilin müvafiq dövrünə  nisbətən,
faizlə
İstilik enerjisi,
(min hkal) 629.7 145.9


2014-cü ilin yanvar-avqust  aylarında sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 15936 nəfər olmuşdur. Orta hesabla bir işçiyə düşən orta aylıq əmək haqqı 2438.8 manat təşkil edir. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6  %  çoxdur.
 
NƏQLİYYAT

2014-cü ilin yanvar-sentyabr aylarında  iri nəqliyyat  müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 350.5  milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1.4 faiz çoxdur. Görülmüş iş və xidmətlərin  24.0 %-i dövlət müəssisələri tərəfindən, 76.0 %-i qeyri –dövlət müəssisələri tərəfindən yerinə yetirilmişdir
Nəqliyyat üzrə əldə olunan gəlirin 1.2 faizi quru yol nəqliyyatının, 23.8 faizi su nəqliyyatının, 56.1 faizi hava nəqliyyatının, 18.9 faizi köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrin payına düşür:


A. quru yol nəqliyyatı- 1,2 %    C.  hava nəqliyyatı- 56,1 %
B. su nəqliyyatı  - 23,8 %          D. köməkçi və əlavə fəaliyyət-18,9 %


№ 2014-cü ilin
yanvar–sentyabr
(milyon manat)
1 Cəmi:                                            350,5
2 Quru yol nəqliyyatı:                        4,2
3 Su nəqliyyatı:                                 83,4
4 Hava nəqliyyatı:                           196,6
5 Köməkçi və əlavə fəaliyyət:          66,3

2014-ci ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələrində  siyahı tərkibində olan işçilərin orta sayı 12390 nəfər olmuşdur ki, bu müəssisələrdə çalışan işçilərə hesablanmış  orta aylıq əmək haqqı 673.6 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 8.5 % çoxdur.


NƏQLİYYAT VƏ RABİTƏ SAHƏSİNİN
2013-2014-cü
İLLƏR ÜZRƏ DİNAMİKASI

 

RABİTƏ

2014-cü ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri 156.1 milyon manat olmuşur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (müqayisəli qiymətlərlə) 1.1 % çoxdur. Əldə olunan gəlirin 37.0 faizi dövlət, 63.0 faizi isə qeyri dövlət müəssisələri tərəfindən əldə olunmuşdur.
2014-cü ilin yanvar-avqust aylarında rabitə müəssisələrində  siyahı tərkibində olan işçilərin orta sayı 4986  nəfər, işçilərə hesablanmış  orta aylıq əmək haqqı 695.4 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1.4 % çoxdur.

TİKİNTİ

2014-cü  ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2.939.7  milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 % təşkil edir.
Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 1.627.0 milyon manat   olmuşdur.  Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 55.3 % çoxdur .
Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 80.0 faiz və ya 2353.6  milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə  20 faiz və ya 586.1  milyon manat təşkil edir.


Əsas kapitala yönəldilmiş investisiyalar

 

Fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yanvar-sentyabr aylarında yerinə yetirilmiş podrat işlərinin həcmi 883.2  milyon manat  olmuşdur ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 83.6 % (faktiki qiymətlərlə) təşkil edir.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri podrat işlərin həcmi 865.5 milyon manat (98.0 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 17.7 milyon manat (2.0 faiz) olmuşdur.
İlin əvvəlindən yerinə yetirilmiş işlərin 420.0 milyon manatını (47.6%) yeni tikinti, yenidənqurma  işləri, 157.6 milyon manatını (17.8%) əsaslı təmir, 305.6 milyon manatını (34.6%) –ni sair işlər təşkil etmişdir.


2014-cü ilin yanvar-avqust aylarında tikinti müəssisələrində  siyahı tərkibində olan işçilərin orta sayı 8411 nəfər olmuşdur. Bu müəssisələrdə  orta hesabla bir işçiyə düşən orta aylıq əmək haqqı 1308.1  manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 78.4 faiz təşkil edir.


İSTEHLAK BAZARI VƏ XİDMƏT SAHƏSİ

Yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  220.6 milyon manat məbləğində  və ya ötən ilin eyni dövründən 20.2 faiz çox istehlak malları satılmışdır.
     Həmin dövürdə xidmət müəssisələri tərəfindən əhaliyə 294.5 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2013-cü  ilin müvafiq dövrü ilə müqayisədə 2.7 faiz çoxdur. Pullu xidmətlərin 91.5 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir.


Pərakəndə əmtəə dövriyyəsinin  və əhaliyə göstərilən pullu xidmətlərin ümumi həcmi aşağıdakı məlumatlarla xarakterizə olunur:

 


Göstəricilər 2014-cü ilin yanvar-sentyabr ayları, milyon manatla 2013-ci ilin yanvar-sentyabr aylarına nisbətən fiziki həcm indeksi, faizlə


Pərakəndə ticarət dövriyyəsi


220.9


120.2


Əhaliyə göstərilən pulu xidmətlər


294.5


102.7

ƏMTƏƏ BAZARI
2014-cü  ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 220.9 milyon manatlıq və ya əvvəlki ilin yanvar-sentyabr aylarından 20.2 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin  64.0 faizi hüquqi şəxs statuslu, 35.7 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 0.3 faizi  rayonda fəaliyyət göstərən bazarda realizə olunmuşdur.
Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 90.8 milyon manat, qeyri-ərzaq mallarının həcmi isə 130.1 milyon manat olmuş, onlarında xüsusi çəkiləri müvafiq olaraq 41.1 faiz və 68.9 faiz təşkil etmişdir.

İAŞƏ  XİDMƏTLƏRİ

2014-cü  ilin yanvar-sentyabr ayları ərzində əhaliyə 78.8 milyon  manatlıq  və  ya  əvvəlki  ilin  eyni  dövrünə nisbətən  28.8  faiz çox  iaşə  xidmətləri  göstərilmişdir.  İaşə dövriyyəsinin 83.6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 16.4 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 65.9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29.1 faiz çox iaşə xidmətləri  göstərilmişdir.

Əhaliyə göstərilən pullu xidmətlər

Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2014-cü ilin eyni dövrünə nisbətən  2.7 faiz artaraq 294.5 milyon manat olmuşdur. Ümumi həcmin 60.7 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 178.7 milyon manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilmiş xidmətlərin 8.5 faizi dövlət müəssisələrinin  payına   düşmüşdür. 
       Özəl  sektorun  müəssisələri   tərəfindən  əhaliyə  202.1 milyon  manatlıq  və  ya  2014-ci  ilin yanvar-sentyabr aylarına nisbətən  14.1 faiz artiq pullu  xidmətlər  göstərilmişdir.
     Əhaliyə  göstərilən  pullu  xidmətlərin  13.2  faizini   məişət  xidmətləri  təşkil  etmiş, hesabat dövründə 38.8 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətdə 5.9 faizi artmışdır. Məişət xidmətlərinin 90.1 faizi  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti  göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır.
İŞÇİLƏRİN SAYI VƏ ƏMƏK HAQQI

2014-cü ilin yanvar-avqust ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 113001 nəfər, orta aylıq əmək haqqının məbləği isə 967,3  manat olmuşdur ki, bu da keçən illə müqayisədə  0,9 % çoxdur.
İşçilərin sayı və əmək haqqı mülkiyyət növləri üzrə aşağıdakı kimi xarakterizə olunur:

İşçilərin orta sayı
(nəfərlə) Orta aylıq əmək
Haqqı (manatla)
2014-cü
ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə % nisbəti 2014-cü
ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə % nisbəti
Cəmi-                                          113001 100.5 967.3 100.9
Dövlət mülkiyyəti üzrə                  62197 105.1 566.0 114.0
Qeyri-dövlət mülkiyyəti üzrə       50803 95.5 1450.2 93.0
O cümlədən,   
Xüsusi                                      24886 105.5 581.5 95.2
Bələdiyyə                                  49 102.1 245.0 92.4
Xarici                                          25869 87.4 2274.3 98.8
Qarışıq                                       6047 95.4 1162.5 83.7
Beynəlxəlq təşkilatların mülk.       

 


İşçilərin orta illik sayı və bir nəfərə hesablanmış orta aylıq əmək haqqı

 

Yeni açılmış iş yerləri haqqında

2014-cü ilin III rübündə Səbail rayonu ərazisində 193 (ilkin məlumat) yeni iş yeri açılmışdır. Bunlardan hamısı daimi iş yerləridir. Açılmış daimi iş yerlərindən 5-i yeni yaradılmış müəssisə və təşkilatda, 78-i mövcud müəssisə və təşkilatda,  110-u fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdə açılmışdır.  

Göstəricinin adı
Cari ilin hesabat rübündə (vahid) Ilin əvvəlindən
(vahid)
 
Yeni açılmış iş yerlərinin sayı, cəmi 193 1383
O cümlədən 
Yeni yaradılmış müəssisə və təşkilatlarda 5 25
Mövcud müəssisə və təşkilatlarda 78 660
Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda
---
---
Fiziki şəxslərdə 110 698
Digər tədbirlər üzrə --- ---

 

 

 

 

 

Səbail rayonunda 1 yanvar 2009-cu ildən 01 oktyabr  2014-cü ilədək yeni açılmış iş yerləri haqqında məlumat


2009-2014-cü illərdə, cəmi  o cümlədən 2014-cü il yanvar-sentyabr
Açılmış iş yerlərinin sayı,cəmi 13323 1383
O cümlədən 

Yeni yaradılmış müəssisə və təşkilatlarda 1140
25
Mövcud müəssisə və təşkilatlarda 6961
660
Fəaliyyəti bərpa edilmiş müəsisə və təşkilatlarda -- --
Fiziki şəxslərdə 5222 698
Digər tədbirlər üzrə ---- ---

 

A - Yeni yaradılmış müəssisə və təşkilatlarda – 8,5 %
B - Mövcud müəssisə və təşkilatlarda – 52,3 %
C - Fiziki şəxslərdə- 39,2 %

 

1 yanvar 2009-cu ildən 01 oktyabr 2014-cü il tarixinədək açılmış iş yerlərinin dinamikası


 

2009 2010 2011 2012 2013 2014
(I-XI) Cəmi
Açılmış iş yerləri, cəmi 
2214
1415
1881
2984
2256
1383
13323
Ondan daimi iş yerləri
2214
1415
1881
2984
2256
1383
13323
Yeni yaradılmış müəssisə təşkilatda
514
219
307
17
38
25
1140
Mövcud müəssisə və təşkilatlarda
852
654
781
2054
1378
660
6961
Fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda
----
-----
---
---
----
---
---
Fiziki şəxslərdə 848 542 793 913 840 698 5222
Digər tədbirlər üzrə ---- ---- ---- --- ---- ---- ----

 


DEMOQRAFİYA HAQQINDA

2014-cü  ilin oktyabr  ayının əvvəlinə Səbail rayonu üzrə daimi əhalinin sayı 100650* (bundan əlavə rayonda 9897 nəfər  məcburi köçkün məskunlaşmışdır) nəfər olmuşdur.    

2013-cü və 2014-cü  ilin yanvar– sentyabr üzrə əhalinin təbii hərəkətinin göstəriciləri aşağıdakı kimi olmuşdur:


Göstəricilər Yanvar-sentyabr
aylarında,
nəfərlə
Əhalinin hər 1000 nəfərinə
2014-cü il 2013-cü il 2014-cü il 2013-cü il
Doğulanlar 833 1327 11.5 18.4
Ölənlər  443 443 6.1 6.1
Təbii artım 390 517 5.4 12.3
Nikah 818 633 11.3 8.8
Boşanmalar 140 180 1.9 2.5

** Siyahıyaalmanın ilkin nəticələrinə görə hesablanmışdır.

Səbail rayonunda 2014-cü ilin yanvar-sentyabr aylarında 833 doğum və 443 ölüm halı qeydə alınmışdır .
2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı 18.4-dən 11.5-ə, təbii artım isə 12.3-dən 5.4-ə enmiş, ölənlərin sayı eyni qalmışdır. 
Səbail rayonunda 2014-ci ilin yanvar-sentyabr aylarında 818 nikah və 140 boşanma halları qeydə alınmışdır ki, keçən illə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı  8.8-dən 11.3-ə qalxmış, boşanma halları isə 2.5-dən 1.9-a enmişdir.
2014-cü ilin yanvar-sentyabr aylarında rayona gələnlərin sayı 119,  rayondan gedənlərin sayı isə 1 nəfər, mexaniki artım 118 olmuşdur.

 

2014-ci ilin yanvar-sentyabr aylarında Səbail rayonu üzrə doğum, ölüm, nigah, və boşanma halları haqqında
məlumat


Doğum

Ölüm
Nigah
Boşanma
833 443 818 140


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ilin 9 ayı ərzində rayonda keçirilən bir sıra mühüm dövlət tədbirlərində  iştirak etmişdir.
Belə ki, martın 10-da Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışı olmuş, ölkə başçısı cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Hollandiyanın Dutch Wottks (Daç Vilz) şirkəti tərəfindən quraşdırılmış yeni qurğunun texniki göstəriciləri və xidməti imkanları barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabina vardır.
Dövlətimizin başçısı və xanımı yeni qurğu ilə yaxından tanış olmuşlar.
Mart ayının 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim olunmuşdur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində yeni muzey ekspozisiyasını təqdim etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya yeni ekspozisiya ilə tanış olmuşlar.
Mart ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və  xanımı Mehriban Əliyeva Qız qalasının qarşısındakı meydanda keçirilən  Novruz şənliklərində iştirak etmişlər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırmış və Dənizkənarı Milli Parkda keçirilən bayram şənliyində geniş nitq söyləyərək xalqımızı bayram münasibəti ilə təbrik etmişdir.
Sonra dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva Dənizkənarı   Milli Parka gələrək burada təşkil edilən «Şərq bazarı» bayram şənliyində ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin və idmançıların çıxışlarına baxmışlar.
Prezident və xanımı bayram şənliyində nümayiş etdirilən “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimata baxmış, idmanın müxtəlif növləri üzrə idmançıların çıxışlarını izləmişlər.
Azərbaycan Prezidenti bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibəti ilə bir daha xoş arzularını yetirmişdir.
Keçirilən tədbirlərdə Səbail rayon ictimaiyyəti nümayəndələri də iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri aprelin 17-də Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olmuşlar. 
2015-ci ildə Avropa ölkələri arasında tarixdə ilk dəfə Bakıda təşkil olunacaq Olimpiya Oyunlarına hazırlıq məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə ən yüksək standartlara cavab verən müasir idman kompleksləri inşa edilir, mövcud idman obyektləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir.
Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalamışdır. Su İdmanı Sarayının layihələndirilməsini Koreya Respublikasının “Securo CO.LTD” şirkəti qısa müddətdə başa çatdırmış və inşaat işlərinə başlanılmışdır.
Görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi.
Bildirildi ki, Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılmışdır. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu olacaqdır. Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulmuşdur. İkinci hovuzda isə məşqlər keçiriləcəkdir. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcəkdir.
Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil  dayanacağı yaradılacaqdır. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaqdır. Tikinti işlərini xarici və yerli şirkətlər icra edir.
Dövlətimizin başçısına və xanımına Avropa Oyunları Parkının layihəsi əsasında aparılacaq inşaat işləri barədə də məlumat verildi.
Bildirildi ki, 18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları qurğularından ibarət olacaqdır. Bu qurğular arasında ikimərtəbəli funksional keçidin inşası da nəzərdə tutulur. Burada dörd hissədən ibarət funksional sahələrin yaradılması üçün də xüsusi ərazi ayrılmışdır. Avropa Oyunları Parkında iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da nəzərdə tutulur. Parkda, həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi, avtomobil dayanacağı və digər xidmət sahələri də yaradılacaqdır.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.
Mayın 9-da - İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə Bakıda təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.
Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev onları Qələbə bayramı münasibətilə təbrik etdi və ən xoş arzularını çatdırdı.
Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.
Dövlətimizin başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.
  Veteranlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.
Mayın 11-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanda rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmişlər.
Fransa Prezidentinə Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər barədə məlumat verildi. Sonra dövlət başçıları Muğam klubuna gəldilər.
Fransa Prezidentinə klubun tarixi barədə məlumat verildi.
May ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət etmiş, Dövlətimizin başçısı abidənin önünə əklil qoymuşdur.
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimiydə iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdilər. Muzeydə görülən işlərlə bağlı dövlətimizin başçısına və xanımına məlumat verildi. Qeyd olundu ki, oricinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb.
Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim edilir.
Dövlətimizin başçısı Xalça Muzeyinin yeni binasının yaradılması mərhələlərini əks etdirən fotoşəkillərə baxdı.
Daha sonra Xalça Muzeyi ilə tanışlıq oldu.
Hesabat dövründə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, ilk Apropa Oyunlarının təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da Səbail rayonunda keçirilən bir sıra tədbirlərdə iştirak etmişdir. Belə ki, avqustun 28-də  Mehriban xanım Əliyeva  ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla əlaqədar inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub. Həmin gün ölkənin birinci xanımı ilk öncə Dənizkənarı Bulvarda yerləşən Bakı İdman Sarayında aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün Bakı İdman Sarayına gəldi.
Məlumat verildi ki, binanın 1974-cü ildə inşa olunduğu nəzərə alınaraq burada müasir tələblərə uyğun yenidənqurma işləri görülür. Bina yenidənqurmadan sonra Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün ən münasib idman qurğularından biri olacaqdır.
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Bakı İdman Sarayının fasad işləri barədə də məlumat verildi. Bildirildi ki, binada təmir işləri ilin sonunadək yekunlaşacaq.
Daha sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla əlaqədar Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış oldu.
Mehriban Əliyevaya Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, xarici və yerli şirkətlərin icra etdiyi tikinti işləri cədvəl üzrə vaxtında başa çatdırılacaqdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Səbail rayonunda sosial obyektlərin inşası və əsaslı təmiri işlərində yaxından iştirak edir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun nəcib təşəbbüsü ilə Badamdar qəsəbəsinin inkişaf edərək əhali sayının artması ilə bağlı burada məktəbəqədər təhsil müəssisələrinin vəziyyətini nəzərə alaraq bu ilin aprel ayında qəsəbədəki «Könül» körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlamış və qısa müddət ərzində burada əsaslı təmir-yenidənqurma işləri aparılmışdır.
Sentyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səbail rayonundakı “Könül” körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış oldu.
Mehriban xanım Əliyevaya məlumat verildi ki, 1974-cü ildə tikilən 3 korpuslu bağçanın ümumi sahəsi 4 min kvadratmetrdir. 110 uşağın təlim-tərbiyə aldığı bağçanın həyətində ümumi sahəsi 600 kvadratmetr olan və 90 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli əlavə yeni korpus tikilib.
Bağçada təmir işləri yüksək səviyyədə həyata keçirilib, hər iki korpusda əlavə dizayn işləri görülüb. Birinci xanıma məlumat verildi ki, korpusların dam örtüyü, bütün otaqlar, musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar tamamilə yenilənib. Divarları uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilən otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla, lazımi mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər avadanlıqla təchiz edilib. Korpuslarda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər quraşdırılıb. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə ayrıca fotostend həsr olunub. Bağçanın giriş və dəhlizlərində müşahidə kameraları, bütün korpuslarda yanğından mühafizə sistemi quraşdırılıb, kommunikasiya xətləri yenilənib və yeni istilik sistemi qurulub. Balacaların gün ərzində keyfiyyətli qidalanması üçün də bağçada zəruri menyu tərtib olunub. Uşaqların istirahəti və əylənməsi üçün 4 kölgəlik, oyun meydançaları və idman qurğuları quraşdırılıb.
Bildirildi ki, həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək üçün xüsusi meydança yaradılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən bağçada yaradılmış şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcəkdir.
Ölkə başçısı tərəfindən paytaxtın mərkəzi rayonu olan Səbail rayonuna, onun sosial-iqtisadi inkişafına böyük fikir verilir, burada gedən prosseslər, həyata keçirilən iri miqyaslı layihələr cənab Prezidentin şəxsi nəzarətində saxlanılır. 
«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq 1 əsrə yaxın yaşı olan tikilidə yerləşən Bibiheybət Mədəniyyət Evi və qəsəbə kitabxanasında əsaslı təmir-möhkəmləndirmə işləri başa çatdirılmış və fevralın 12-də açılış mərasimi keçirilmişdir.
Ümumi sahəsi 358,87 kv. m olan tikilidə ilk növbədə bərkitmə-möhkəmləndirmə işləri aparılmış, mədəniyyət evi üçün əlavə otaq tikilmiş, binanın daxili hissəsi və dam örtüyü əsaslı təmir olunmuşdur. Binadaxili işıq, su və digər xətlər yenilənmiş, zalda yeni oturacaqlar quraşdırılmış, səhnə qurulmuş, dərnəklərdə məşğul olanlar və işçilər üçün otaqlarda lazımi şərait yaradılmışdır. Mədəniyət evi lazımi texniki avadanlıq və ləvazimatlarla təmin olunmuşdur.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı (Bibiheybət qəsəbə Kütləvi Kitabxanası) 1937-ci ildən fəaliyyət göstərir. Hazırda kitabxana 27 387 nüsxə kitab fonduna, 1783 nəfər oxucu sayına, 15 790 nüsxə kitab verilişinə malikdir. Kitabxanada oxuculara xidmət şöbəsi fəaliyyət göstərir. Əsaslı təmirdən sonra burada oxucular üçün lazımi şərait yaradılmış, yeni kitab rəfləri, stol və stullar, digər zəruri ləvazimatlar alınmışdır.  
Mədəniyyət evi və kitabxana üçün  əvvəllər olmayan yeni istilik sistemi quraşdırılmış, yola asfalt salınmış, ətraf ərazilər abadlaşdırılmışdır.
Dövlət Proqramına uyğun olaraq  mərkəzdəki 2 saylı şəhər poliklinikasında aparılan əsaslı təmir işləri başa çatdırılmış, bura hər cür tibbi avadanlıqla təchiz olunmuş, yeni istilik sistemi quraşdırılmış, işçi personal üçün bütün şərait yaradılmışdır.
Fevral ayında 20-ci yaşayış sahəsində yerləşən «Turac» uşaq bağçasında əsaslı təmir-möhkəmləndirmə işləri başa çatdırılmış, bağçanın ərazisi abadlaşdırılmış, yeni istilik sistemi quraşdırılmışdır. Mart ayından etibarən hər cür avadanlıqlarla təchiz olunmuş bağça fəaliyyətinə başlamışdır.
Dövlət Proqramının icrası ilə bağlı rayon sakinlərinin, ərazidə yerləşən müəssisə, idarə, təşkilat və digər qurumların elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq   yeni yarımstansiyanın  tikintisi başa  çatmış və qurğu şəbəkəyə qoşulmuşdur.
Badamdar qəsəbəsində 3 ədəd yeni su anbarlarının tikintisi aparılır və anbarların tam şəkildə istismara verilməsindən sonra rayonun Badamdar qəsəbəsi, Bayıl-20-ci sahə yaşayış sahələrində yaşayan sakinlər gün ərzində su ilə təchiz olunacaqlar.
Ha¬zır¬da rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi  aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün rayon ərazisində Su İdmanı sarayının, Parlament prospektində «Alov qüllələri» kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, Zərifə Əliyeva küçəsində yeni «İnterkontinental» mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, Mikayıl Useynov küçəsində 5 mərtəbəli «İnturist» mehmanxanasının, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin,  Badamdar qəsəbəsində yeni Xəstəxana binasının tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, Neftçilər prospektində İdman Oyunları Sarayının (Əl Oyunları sarayı) əsaslı təmiri davam edir.
Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin tikintisinə başlanmışdır. Mərkəzdə kino və səsyazma studiyaları fəaliyyət göstərəcək, ölkədə keçirilən yerli və Beynəlxalq tədbirlərin işıqlandırılması həyata keçiriləcəkdir.
Bakı bulvarının qərb hissəsində, parkın yeni hissəsi ilə köhnə hissəsinin birləşdiyi yerdə (Əl Oyunları sarayının yaxınlığı) möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzinin inşasına başlanmışdir. İlkin olaraq "Xəzər Waterfront" layihəsi adlandırılan tikili 3,5 hektar ərazini əhatə edir. Tikili "Sydney Opera House" həndəsi formalı olmaqla, Azərbaycanın milli emblemi olan səkkizguşəli ulduz içində alov görüntüsündədir. 120,000 m² ümumi sahəsi olan bina 9 mərtəbəli olacaq. İkimərtəbəli zirzəmi avtodayanacaq kimi nəzərdə tutulub. Üst hissə isə 7 mərtəbədən ibarət olacaq ki, mərkəzdəki alova bənzəyən tikilinin hündürlüyü 70 metrə çatacaq. Layihənin 2016-cı ildə təhvil verilməsi gözlənilir.
Badamdar qəsəbəsində inşa olunan yeni İdman Kompleksində işlər başa çatmaq üzrədir. Burada keçirilən yarışlarda iştirak edəcək və kompleksdə məşq edəcək idmançıların tələbatı nəzərə alınaraq Kompleksin yaxınlığında yeni 5 mərtəbəli, ümumi sahəsi 4500 kvadrat metr olan otel binasının inşasına başlanmışdır.
Badamdar qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən «Könül» körpələr evində aparılan əsaslı təmir zamanı bağçaya bitişik ərazilərdə də abadlıq işləri görülmüş, bağçanın ətrafında yerləşən Sahib İbrahimxəlilov, Əziz Nəzərov və Gənclər küçələrindəki 168 ailənin yaşadığı (685 sakin) 4 ədəd  yaşayış binalarının fasadları və həyətləri də təmir olunmuşdur. Binaların eyvanları yenilənib, giriş qapıları və pəncərələri yeniləri ilə əvəz olunmuş, həyətə asfalt salınmış, yeni söhbətgah, sakinlər üçün skamyalar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmış, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. 
Həmçinin bağçanın qarşısında, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanında yerləşən binanın fasadına vaxtı ilə bu binada yaşamış və hazırda bağçanın yerləşdiyi küçəyə adı verimiş şəhid Sahib İbrahimxəlilovun yeni dizaynla işlənilmiş xatirə lövhəsi quraşdırılmışdır.
Bayıl dairəsi ərazisində abadlıq işləri görülmüş, yeni yeraltı keçidin inşası başa çatdırılmış, yolun mərkəz hissəsinin qurulması və burada yaşıllıqların salınması işləri görülür. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur.
May-iyun aylarında Bibiheybt qəsəbəsindən Lökbatan dairəsinə kimi ərazidə, Salyan yolu boyunca yol kənarlarının abadlaşdırılması, bura torpaq qatı səpilərək ərazidə yeni landşafın yaradılması işləri aparılmışdır. Bu işlər çərçivəsində yol boyunca bir neçə yerdə dekorativ rəngli daşlardan mozaika kompozisiyaları yaradılmış, 8 min kvadrat metr sahəyə yeni yaşıl qazon salınmış, 10 min yeni ağac, 1000 ədəd dekorativ ağac, 50 min gül kolu əkilmiş, yaşıllıqlara qulluq göstərilməsi, onların gündəlik suvarılması üçün müvafiq tədbirlər görülmüşdür.
Gül kollarından gözəl kompozisiyalar həmçinin şəhərin mərkəzində Üz.Hacıbəyov küçəsi, Parlament prospekti, ərazidəki park və istirahət bağlarında da yaradılmışdır.
Su idmanı sarayının tikintisi ilə bağlı həmin ərazilərdəki fərdi yaşayış evlərinin, qeyri yaşayış və digər təyinatlı tikililərin sökülməsi, burada yaşayan sakinlərə müvafiq kompensasiyalar ödənilməklə, tikililərdə məskunlaşmış məcburi köçkünlərin isə başqa yaşayış yeri ilə təmin olunması şərti ilə köçürülməsi işləri başa çatdırılmışdır.
Ölkə başçısının sərəncamına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Səbail rayonu ərazisində, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni binanın tikintisi aparılır.
Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Bu işlər çərçivəsində cari ildə artıq Qurban Abbasov küçəsindəki  35, 76 və 78 saylı, Neftçilər prospektindəki 111, 121, 131 saylı və Fikrət Əmirov küçəsi 1 və 2 saylı binaların üzlənməsi başa çatdırılmış, Üz.Hacıbəyov küçəsi 18 və 23, Zərifə Əliyeva küçəsi 28, Adil İsgəndərov küçəsi 1 və 3/5, Neftçilər prospekti 129, Bülbül prospekti 3, Mətbuat prospekti 2 ünvanlarında yerləşən binaların, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.
2014-cü ilin 9 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 344 ailə (1334 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müvafiq qaydada baxılaraq hər bir ailə üzvünə 34,0 manat olmaqla, orta hesabla hər bir ailəyə 122,0 manat sosial yardım təyin olunmuşdur.
Hazırda Səbail rayonunda müxtəlif növ və kateqoriyalar üzrə 2779 nəfər müxtəlif sosial müavinət alır. Bura hər 3 qrupa aid əlilllər, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, ailə başçısını itirməyə, yaşa görə müavinət alanlar, müharibə veteranları, qəyyumlar, şəhid ailələri, fəxri ad almış şəxslər və s. aiddir.
Mərkəzin Sosial xidmət şöbəsində 368 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. 
Novruz bayramı ilə əlaqədar Mərkəz tərəfindən rayon ərazisində yaşayan 100 aztəminatlı ailə, əlil və yataq xəstəsinə ərzaq bağlamaları təqdim olunmuşdur.
9 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif kateqoriyalardan olan 88 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Qəbələ, Şəki rayonları və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilmişlər.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13189 nəfər təqaüdçülərə ilin 9 ayı ərzində 29.403,2 min manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir. Şöbə tərəfindən təqaüd və müavinətlərin ödənişi bankomatlar vasitəsi ilə həyata keçirilmiş, vaxtı keçmiş plastik kartlar operativ şəkildə yeniləri ilə əvəz olunmuşlar.
«Əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli, 240 saylı Sərəncamının icrasının təmin olunması ilə əlaqədar əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması üçün zəruri tədbirlər görülmüş, 12158 nəfər pensiyaçının əmək pensiyasının sığorta hissəsinə artımlar edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin «1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım göstərilməsi barədə» 421 saylı, 30 aprel 2014-cü il tarixli sərəncamına əsasən şöbədə qeydiyyatda olan 205 nəfər pensiyaçıya birdəfəlik maddi yardımın ödənilməsi icra olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Səbail rayon filialı tərəfindən hesabat dövrü ərzində icbari sığortalar üzrə 111258 manat, könüllü sığortalar üzrə 3638 manat, ümumilikdə 114896 manat sığorta tədiyyəsi toplanmış və bundan icbari sığorta üzrə 5747 manat sığorta ödənişi verilmişdir. 
Səbail rayon Məşğulluq Mərkəzinə ilin 9 ayı ərzində 870 nəfər iş axtaran vətəndaş müraciət etmiş, onların 753 nəfəri daimi işlə təmin olunmuşdur. İşlə təmin olunanların 447 nəfəri fəhlə, 82 nəfəri isə mühəndis-texniki işlə təmin olunmuşlar. İşə düzələnlər arasında 45 nəfər qadın, 130 nəfər isə gəncdir.
İşlə təmin olunanların 45 nəfəri dövlət, 417 nəfəri xüsusi mülkiyyət və 22 nəfəri birgə müəssisələrinə işə düzəldilmişdir.
Hesabat dövründə Mərkəzdə aktiv Məşğulluq tədbiri olan «Əmək Yarmarkaları» keçirilmiş, tədbirlərdə mərkəz tərəfindən 8 nəfər iş axtaran vətəndaş daimi işlə təmin olunmuşdur.
«Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin 9 ayı ərzində Mərkəzdə 20 nəfər iş axtaran vətəndaş üçün «Kompyuter istifadəçisi», 16 nəfər iş axtaran vətəndaş üçün «Kompyuterçi-dizayner», 12 nəfər iş axtaran vətəndaş üçün «Xalçaçı», 20 nəfər iş axtaran vətəndaş üçün isə «İngilis dili», 12 nəfər iş axtaran vətəndaş üçün «Aşbaz köməkçisi», 12 nəfər iş axtaran vətəndaş üçün «Qazanxana maşinisti» peşə kursları açılmışdır ki, bu kurslara cəlb olunanların 52 nəfəri gəncdir.
  9 ay ərzində 42 nəfərə işsizlik müavinəti təyin edilmişdir ki, onlardan 22 nəfəri qadın, 20 nəfəri kişidir.
DSMF rayon şöbəsinin məlumatlarına görə rayon ərazisində 1248 müəssisə qeydiyyata alınmışdır ki, onların hazırda 1086-ı fəaliyyət göstərir. Onların 54-ü dövlət, 1032-i isə qeyri-dövlət müəssisələridir.
Səbail rayon Gigiyeva və Epidemiologiya Mərkəzi tərəfindən məcburi, ilkin və dövrü tibbi müayinələrə 5975 nəfər cəlb olunmuş, rayondakı sahibkarlıq obyektlərində 338 yoxlama keçirilmiş, ictimai-iaşə, ticarət və qida sənayesi obyektlərində işləyən və iş vaxtı sanitariya norma və qaydalarını pozan 29 nəfər cavabdeh şəxs və cərimə məsuliyyətinə cəlb olunmuş, 10 nəfər tibbi müayinədən keçmədiyi üçün işdən kənarlaşdırılmışdır.
Aparılan sanitar-gigiyenik əks epidemik tədbirlər nəticəsində göy öskürək, paratiflər, vəba, qarın yatalağı, poliomelit, difteriya, qızılça, məxmərək, tetanus, qara yara, quduzluq,  malyariya, sepsis və s.  xəstəliklər qeydə alınmamış, eyni zamanda 9 ay ərzində askaridoz, parotit, qida zəhərlənmələri  kimi xəstəliklərin sayında artım olmuşdur.
9 ay ərzində Mərkəzin işçiləri tərəfindən 168748 həyətyanı gəzintilər təşkil olunmuş, 2351 infeksion xəstəlik aşkarlanmışdır ki, bu da 1,4 % təşkil edir.
Hesabat dövründə rayon ərazisində ərzaq məhsullarının istehsalı, saxlanılması, daşınması və satışı üzərində  Dövlət Sanitariya Nəzarətinin gücləndirilməsi təmin edilmiş, qida zəhərlənmələri, toksiyoinfeksiyaların və qida mənşəli digər yoluxucu xəstəliklərin qarşısını almaq üçün əhali arasında profilaktiki tədbirlərin aparılması gücləndirilmiş və qida məhsulları ilə əlaqədar baş verən hər bir zəhərlənmə hadisəsi araşdırılmış, müvafiq tədbirlər görülmüşdür.
Rayon ərazisindəki qida sənayesi müəssisələrində istehsal olunan 28 yeyinti məhsuluna gigiyenik sertifikat alınmış, 124 ticarət və ictimai obyektdə məcburi tibbi müayinədən vaxtında keçmələri ilə bağlı xəbərdarlıq məktubu verilib. 48 obyektdə toyuq dönərinin hazırlanması və əhaliyə satılmasının qadağan olunması haqqında, ərazidə qeyri-qanuni xırda və iri buynuzlu mal-qara kəsiminin qarşısının alınması məqsədi ilə 36 obyektə rəsmi xəbərdarlıq edilmişdir. 
Mərkəzin tədbirlər planına uyğun olaraq 25 obyektdə mikroiqlim parametrləri üzrə, 7 obyektdə isə səs-küy üzrə ölçmələr aparılmış, təkrar nümunə götürülmüş və nəticələr normalara uyğun olmuşdur.  
Cari ilin 9 ayı ərzində rayonun qəsəbələrində aparılan abadlıq və quruculuq işləri davam etdirilmişdir. Belə ki, Badamdar qəsəbə nümayəndəliyi tərəfindən qəsəbə ərazisində  yanvar ayında şaxtalı havaların nəticəsi kimi 86 ünvanda yerləşən yaşayış binalarında və mənzillərdəki su xətlərində baş vermiş qəzalar operativ şəkildə aradan qaldırılmış, 9 ay ərzində qəsəbədəki 263 ünvanda su xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır.
Qəsəbədə Heydər Əliyev Fondunun dəstəyi ilə «Könül» körpələr evi-uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, sentyabr ayının 15-də bağçanın açılış mərasimi olmuşdur.
«Abad həyət» layihəsi çərçivəsində Sahib İbrahimxəlilov küçəsi 1, Əziz Nəzərov küçəsi 2 və 4, Gənclər küçəi 3 saylı binaların yerləşdiyi həyətdə əsaslı təmir işləri aparılmış, blok qapıları və pəncərələri yeniləri ilə əvəz olunmuş, eyvanlar təmir edilmiş, sakinlərin istirahəti üçün söhbətgah quraşdırılmış, həyətə asfalt salınmışdır.
İlin 9 ayı ərzində Badamdar şossesi, 1, 2 və 3-cü yaşayış massivləri, Bağlar, Məktəbli, Seymur Məmmədov, Seyran Məmmədov, Nurəddin Paşayev, Tofiq Məmmədov və Əziz Nəzərov küçələrində ümumilikdə 7960 kv. metr asfalt örtüyü təmir olunmuş və yenidən çəkilmişdir. 
Qəsəbə ərazisindəki zibil meydançalarında təmir işləri aparılmış, yeni zibil qutuları qoyulmuş, buradakı konteynerlər rənglənmişdir.
Bağlar, Göyüş Qarayev, Əziz Nəzərov, Seyran Məmmədov, Ələddin Ağakişiyev, Nurəddin Paşayev küçələrində və Badamdar şossesində  kanalizasiya quyuları təmizlənmiş, 19 ünvanda kanalizasiya quyuları təmir olunmuş, Əziz Nəzərov küçəsində yeni kanalizasiya xəttinin çəkilişinə başlanmışdır.  
Badamdar şossesində yolun genişləndirilməsi və təmiri ilə bağlı işlər, həmçinin burada yerləşən obyektlərin fasadında və istinad divarında  təmir-bərpa işləri davam etdirilir.
Qəsəbədəki 239 saylı orta məktəbin yaxınlığında hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilir. Nümayəndəlik tərəfindən burada müvafiq şərait yaradılmış və ərazinin sanitar təmizliyi nəzarətdə saxlanılır.
Bibiheybət qəsəbəsində Dövlət Proqramına uyğun olaraq qəsəbə Mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri başa çatdırılmış və bu mədəniyyət ocaqlarının açılış mərasimi keçirilmişdir.
RİH tərəfindən Muxtarov qəsəbəsindən «Şıx» çimərliyinə qədər olan ərazidəki hasarlar, nümayəndəlik tərəfindən isə Salyan şossesində 1500 kv. metr sahədə hasarlar ağardılmış, ətrafda abadlıq işləri aparılmış, divarlara 500 kv.metr aqlay vurulmuş, Salyan şossesində avto qəza nəticəsində yararsız hala düşmüş istinad divarında təmir aparılmışdır. 
«Dostluq» parkından Lökbatan dairəsinə kimi olan ərazidə aparılan əsaslı yaşıllaşdırma işlərində yaxından iştirak edilmiş, 3000 ağac və 25000 dekorativ gül kolu əkilmiş, 10000 kv.mert sahəyə yeni ot ötrüyü salınmışdır. 
Novruz və Ramazan bayramları, həmçinin 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilmiş, ərazidə yaşayan aztəminatlı və qaçqın ailələrinə RİH tərəfindən ayrılmış yardımlar paylanmışdır.
Qəsəbə nümayəndəliyi tərəfindən qəsəbədə, həmçinin  «Dostluq parkı» və «Şıx» sanatoriyası ərazisində gündəlik təmizlik və abadlıq işləri aparlır.
Sakinlərin müraciəti nəzərə alınaraq qəsəbədə yeni yükləyici terminal quraşdırılmışdır.
Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən cari ilin 9 ayı ərzində balansda olan mənzil fondunun qorunması, xidməti ərazinin təmizliyinin normal səviyyədə saxlanması üçün cari təmir və abadlıq işləri həyata keçirilmişdir.
Birliyin balansında olan yaşayış binalarının payız-qış mövsümündə istilik alması nəzərdə tutulan 42 binanın, həmçinin isti su alması nəzərdə tutulan  6 binanın, yalnız isti su alacaq 1 binada müvafiq profilaktiki işlər aparılmışdır. 
Birliyin balansında olan yaşayış binalarının dam örtüklərində qış mövsümündə aşkar olunmuş qüsurların aradan qaldırılması üçün Nizami küçəsi 8/12 saylı evin yanmış 80 kv.metr ölçüdə hissəsi dəyişdirilmiş, digər binaların isə 290 kv. metr ruberoid dam örtüyü dəyişdirilmiş, Neftçilər prospekti 67 saylı binanın 900 kv.metr sahədə pilləkən qəfəsi əsaslı təmir edilmişdir.
Y.İbrahimli küçəsi 7, Nizami küçəsi 12, 14, S.Rüstəmov küçəsi 10, N.Rəfibəyli 3/5 saylı binalarn istilik təchizatının yaxşılaşdırılması məqsədi ilə billiyin iştirakı ilə 26 saylı qazanxananın əvəzinə yeni mobil qazanxana qurularaq istifadəyə verilmişdir.
Salyan yolu boyunca aparılan abadlıq işləri ilə bağlı buradakı hasarlarda 180 kv. Metr yeni istinad divarı hörülmüş, 1200 kv. metr divar suvağı çəkilmiş, 1200 kv. metr suvaq qatı təmir olunaraq rənglənmişdir. 190 p/m sınmış bordyur yenisi ilə əvəzlənmiş,
birliyin əməkdaşlarının iştirakı ilə 3500 ədəd yeni ağac, 45 min ədəd gül, 5 ha qazon əkilmiş, 25000 kv.metr sahəyə çim əkilmiş, 3,8 ha qazona qulluq göstərilmişdir. Əkilmiş ağaclar üçün ümumilikdə 5000 p/m ölçüdə ağac dirəklər basdırılmışdır. Yaşıllıqlara qulluq göstərilməsi üçün birlik tərəfindən çəkilmiş 6 min p/m su xəttində təmir işləri aparılaraq yaz mövsümü üçün hazır vəziyyətə gətirilmişdir. Bu zaman 800 p/m xətt yenilənmiş, 400 p/m yeni xətt çəkilmiş, 160 ədəd ventel dəyişdirilmiş və digər xırda təmir işləri aparılmışdır.
Yaşıllıq zolaqlarında dekorativ daşlardan 210 kv.metr sahədə peyzac və rəsm elementli mozaika quraşdırılmışdır.
Parlament prospektində piyada yoluna 1800 kv.metr asfalt örtüyü vurulmuş, 900 p/m yeni bordyur qoyulmuş, Üz.Hacıbəyov küçəsində 80 ədəd  iri həcmli yeni dekorativ kollar basdırılmış, ərazi çiçək kompozisiyaları ilə bəzədilmiş və burada daimi yeniləşmə aparılır.
Birlik işçiləri rayon ərazisində aparılan abadlıq işləri, rayonun sanitar-təmizliyi məqsədi ilə keçirilən iməcliklərdə yaxından və fəal iştirak edirlər.
  2014-cü ilin 9 ayı ərzində xidməti ərazidən 45000 kub metr məişət və 25000 kub metr iri qabaritli tullantılar daşınmışdır.
Səbail rayon Elektrik Təchizatı və Satış İdarəsi tərəfindən 2014-cü ilin 9 ayı ərzində əhalinin elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Badamdar qəsəbəsindəki 1467 saylı Komplekt transformator məntəqəsindən II yaşayış massivinə, Bayıl yaşayış sahəsindəki 749 saylı  TM-dən «Cənub dərə» adlanan sahəyə, TM-55-dən Üz. Hacıbəyov, Mərdanov qardaşları küçələrinə, 1572 saylı KTM-dən qidalanan 2-ci sahə və II Bibiheybət döngəsi istiqamətində – ümumiliklə – 12500 metr uzunluğunda «ÖİN» kabeli çəkilmişdir.
Bayıldakı 550 saylı TM-dəki transformator yeni, daha tutumlu 630 kVa-lıq transformatorla əvəz olunmuş, bununla da buradan qidalanan Aydın Məmmədov və Əli Nəzmi küçələrindəki abonentlərin elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılmışdır.
55 saylı Transformator məntəqəsindəki 1000 kVa-lıq 2 ədəd transformator 1600 kVa-lıqla əvəz olunmuşdur. 
9 ay ərzində rayon ərazisində 21110 metr uzunluğunda yüksək gərginlikli kabel xətləri yeniləri ilə əvəz olunmuşdur.
Dənizkənarı Milli Parkın enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə 579 saylı 6 kv-luq KTM yeni 10 kv-luq KTM ilə əvəz olumuş, 14610 metr uzunluğunda yeni kabel xətləri çəkilmişdir.
147 saylı TM-nin yüksək gərginlikli avadanlığı 9 ədəd müasir tipli SM-6 vakuum açarı ilə əvəz olunmuşdur.
9 ay ərzində idarənin balansında olan 56 ədəd transformator məntəqələrində və KTM-lərdə təftişlər aparılmış, Badamdar qəsəbəsində 1 ədəd, Bayıl yaşayış sahəsində isə 1 ədəd köhnə transformator məntəqəsi sökülərək yenisi tikilmiş, yeni təmir olunmuş transformator məntəqələrinin sayı 40-a çatdırılmışdır.
20-ci yaşayış sahəsi Salyan şossesində əhalinin elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 kv-luq yeni müasir  RTM tikilmişdir.
Səbail rayon Qaz İstismar Sahəsi tərəfindən ilin 9 ayı ərzində rayonda qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Badamdar qəsəbəsi 1-ci yaşayış massivində 2838 p/m, 3-cü yaşayış massivində  1060 p/m, Salyan şossesi 32 ünvanda isə 2237 p/m polad boru politelen boru ilə əvəz olunmuş, bununla yanaşı Salyan 32 ünvanında 5370 p/m yeni qaz xətti çəkilmişdir. Bayraq Meydanı ətrafındakı obyektlərin  qazlaşdırılması üçün 1010 p/m, Gülbala Əliyev küçəsində 600 p/m, «Su İdmanı» sarayı ətrafında 1164 p/m xətt çəkilmişdir. Bülbül prospektində yeraltı qaz xəttinin korroziyaya uğramış 110 p/m hissəsi dəyişdirilmiş, E.Əzizov küçəsində 450 p/m polad boru çəkilmişdir.
Ümumilikdə isə 9 ay ərzində rayonda 14939 p/m  uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş, 16710 p/m qaz xəttində təmir işləri aparılmış, 9 ədəd yeni  qaz tənzimləyici şkaf və 11 ədəd siyirtmə (4 ədəd yeni və 7 ədəd əvəz olunmuş) quraşdırılmış, 444 ünvanda qaz xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır.
Əhali sektoru üzrə 2204 ədəd mexaniki qaz sayğacları  yeni «İTRON» tipli qaz sayğacları quraşdırılmışdur.
İstehlakçıların normal, stabil və təhlükəsiz təbii qazla təchiz olunması üçün müntəzəm tədbirlər görülür. Mənzillərdə və müəssisələrdə təlimata uyğun qaz cihazlarına texniki baxış keçirilir, smart kart tipli yeni  sayğacların quraşdırılması davam etdirilir.
2 saylı İSİS tərəfindən ərazidəki qazanxanalarda 4 ədəd yeni qazan, 5 ədəd su qızdırıcısı, 4 siyirtmə quraşdırılmış, müxtəlif ünvanlarda yerləşən yaşayış binalarını uzanan 2000 p/m uzunluğunda istilik xətləri, 8 qazanın qapağı dəyişdirilmiş, 2 qazanxanada su çənləri quraşdırılmışdır. 
Payız-qış mövsümünə hazırlıqla əlaqədar  balansda olan qazanxanalarda  cari təmirlər aparılmış, Səbail rayonu 2 saylı İSİS tərəfindən istiliklə təmin olunan 92 yaşayış binası, 9 məktəb, 6 uşaq bağçası, 2 səhiyyə obyekti və 29 digər obyektin istilik sistemləri qış mövsümünə hazır vəziyyətə gətirilmiş, qazanlar mexaniki üsulla yuyulmuş, 10 ədəd nasos təmir olunmuş, siyirtmələr, ventellər yoxlanılmış, qazanxanaların elektrik avadanlıqları təftiş olunmuş, qazanxanaların ətrafında abadlıq işləri aparılmışdır.
Səbail rayon Sukanal İdarəsi tərəfindən hesabat dövründə rayon ərazisində 1795 p/m müxtəlif diametrli borular, 406 p/m  kanalizasiya xətt dəyişdirilmiş, 5 ədəd   elektrik mühərriki, 6 ədəd  su nasosu, 40 ədəd siyirtmə dəyişdirilib, 8 mühərrik, 16 su nasosu, 40 siyirtmə təmir olunub,  22 dəst kanalizasiya lyuku quraşdırılıb, 4 su anbarı yuyulub zərərsizləşdirilib, 100 p/m kabel xətti dəyişdirilmiş, 982 ədəd sərfölçən  və sayğac quraşdırılmışdır.  
Badamdar qəsəbəsinin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində işlər, qəsəbədəki 3-cü yaşayış massivində yeni su anbarlarının tikintisi davam edir və bu işlərin 2014-cü ildə başa çatması nəzərdə tutulmuşdur.
Hesabat dövründə RİH tərəfindən  rayonun orta məktəblərinin rəhbərləri, pedaqoji işçiləri, təşkilatçılarla mütəmadi əlaqələr saxlanılmış, RİH əməkdaşları məktəblərdə keçirilən tədbirlərin daimi iştirakçısı və təşkilatçılarından biri olmuş, rayonun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri təlim-tərbiyə prosesində şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına, huquq pozuntularından çəkindirilmələrinə, qəyyumluq və azyaşlıların hüquqlarının qorunması məsələlərinə xüsusi  diqqət yetirilmişdir.
Belə ki, cari ildə RİH Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri tərəfindən komissiyanın qeydiyyatında olan uşaqların, həmçinin RİH-nə daxil olan ərizələrə əsasən bəzi vətəndaşların mənzillərinə baxışlar keçirilmiş, məişət zəminində yaranan problemlərin çoxu yerindəcə həll olunmuşdur. 
Hesabat dövründə  Komissiyanın üzvləri mütəmadi olaraq toplaşmış, çətin tərbiyə olunan, problemli uşaqlarla bağlı bir sıra məsələlər müzakirə olunmuş, uşaqların hüquqlarının  müdafiəsi istiqamətində bir sıra işlər həyata  keçirilmişdir. Belə ki, Komissiya tərəfindən 9 ay ərzində 10 uşaq qəyyumluğa, 17 uşaq övladlığa verilmiş, 27 nəfər yetkinlik yaşına çatmayan uşağın əmlakdakı payı nəzarətə götürülmüş, 13-nün payının valideynləri tərəfindən satılmasına icazə verilmiş, 1 nəfər xalanın himayəsinə verilmiş,  1 nəfər qocalar evinə yerləşdirilmiş, 22 uşaqla valideynlərin ünsiyyəti  məsələsinə baxılmışdır.
Hesabat dövründə Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən yanvar ayında rayon Hərbi Komissarlığı ilə birgə gənclərin hərbi xidmətə yola salma mərasimi təşkil olunmuş, rayonun orta məktəblərinin şagirdləri arasında 20 yanvar faciəsinin XXIV ildönümünə həsr olunmuş «Müstəqilliyə gedən yol» mövzusunda inşa yazı müsabiqəsi, Azərbaycan Dövlət Pedaqoci Universitetində   «Müstəqilliyə gedən yol» mövzusunda anım mərasimi, Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsinin aktual məsələləri üzrə dəyirmi masa Gənclərin məşğulluq problemlərinin həlli yolları haqqında tədbir, 5 mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş “Sağlam bədəndə sağlam ruh olar” mövzusunda tədbir, 31 mart- Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir,  21 fevral – «Beynəlxalq ana dili günü»nün qeyd edilməsilə əlaqədar “Mənim Ana Dilim” mövzusunda  inşa yazı müsabiqəsi,  9 may – «Faşizm üzərində  qələbə  günü»nə həsr olunmuş tədbir, «Beynəlxalq ailə» günü münasibəti ilə tədbir, 28 may - «Respublika günü»nə həsr olunmuş «Cümhuriyyət fədailəri» mövzusunda tədbir, Qərb Universitetində “26 fevral-Xocalı soyqırımı günü” ilə bağlı orta məktəblərin şagirdləri arasında «Xocalı harayı» mövzusunda inşa yazı müsabiqəsi, 8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan qadını bu gün” mövzusunda Qərb Universitetində dəyirmi masa, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycan bayraq ordenli İbad Hüseynovla görüş, 190 saylı orta məktəbdə “Cəsurlar” hərbi –idman və turizm oyununun rayon mərhələsi, «İnsan kapitalının formalaşmasının fəlsəfi-psixoloci mexanizmi» mövzusunda dəyirmi masa, 160 saylı klassik gimnaziyada vətənpərvərlik mövzusunda şer  və mahnı müsabiqələri, 239 saylı məktəbdə «Şahin» hərbi-idman oyunu, Qərb Universitetində gənclər arasında ictimai-siyasi mövzulara dair debat yarışı, 7 saylı məktəbdə yeniyetmə və gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə əlaqədar  tədbir, İqtisad Universitetində biznes fəaliyyətinə dair «Gənc  biznesmen» adlı intellektual yarış, 15 may «Beynəlxalq ailə» günü münasibəti ilə 132-134 saylı  məktəbdə «Mənim ailəm» mövzusunda inşa yazı və rəsm müsabiqəsi, Ümummilli Lider H.Əliyevin anadan olmasının 91 illik yubileyi münasibəti ilə  6 saylı məktəbdə «Xalqla yaşanan ömür»  mövzusunda tədbir və inşa yazı müsabiqəsi, Səbail rayon gənclərinin VII forumu, İqtisad Universitetində «Biz Azərbaycanlıyıq»  intellektual oyunu, 1 iyun – «Uşaqların Beynəlxalq Müdafiəsi günü» münasibəti ilə 190 saylı məktəbdə  «Mənim kiçik dünyam» mövzusunda rəsm müsabiqəsi, 15 iyun - «Milli Qurtuluş günü» münasibəti ilə «Xaosdan - sabitlik və inkişafa doğru» mövzusunda dəyirmi masa, “Narkomaniya gənclərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilmiş, ”Gənclər narkomaniyaya yox deyir” mövzusunda yeniyetmələr və gənclər arasında məqalə müsabiqəsi, 26 iyun – «Narkomaniya əleyhinə ümumdünya mübarizə günü» münasibətilə «Gənclər narkomaniyaya yox deyir!» mövzusunda tədbir keçirilmiş, Novruz bayramı münasibəti ilə rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən əsgər və zabit heyyətinə bayram xonçaları verilmiş, 26 iyun – «Silahlı Qüvvələr günü» münasibəti ilə rayon ərazisində yerləşən hərbi hissələrdə müxtəlif tədbirlərin keçirilməsi və xidmətdə fərqlənən əsgər və zabit heyyəti təltif  olunmuşdur.
Hesabat dövründə Səbail rayon məktəblilərinin XXVI Spartakiadası çərçivəsində voleybol, şahmat, dama, basketbol, mini futbol, dördnövçülük, güllə atıcılığı üzrə yarışlar keçirilmiş, qalib komandalar və şəxsi yarışlarda fərqlənənlər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
190 saylı orta məktəbdə gənclər arasında stolüstü tennis üzrə açıq çempionat, 2 saylı Uşaq Gənclər Şahmat Məktəbində şahmat turniri, qaçış üzrə rayon birinciliyi, 236 saylı orta məktəbdə məktəblilər arasında «Çempion» əyləncəli idman oyunları, «Turan» idman klubunda Novruz bayramı münasibəti ilə cüdo üzrə rayon birinciliyi, 132-134 saylı Təhsil Kompleksində Xocalı soyqırımının ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə rayon birinciliyi, «N» saylı hərbi hissənin idman bazasında gənclərin «Vətənin müdafiəsinə hazıram» devizi altında poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi, şahmat üzrə rayon birinciliyi, veteranlar arasında nərd üzrə türnir, hərbi qulluqçular arasında dama üzrə rayon birinciliyi təşkil olunmuş, ümumilikdə isə 9 ay ərzində rayon ərazisində 34 bədən tərbiyəsi və idman yarışı təşkil olunmuşdur.
Rayon ərazisində qeydiyyatdan keçən  4631 nəfər qaçqın (850 ailə) və 9280 nəfər (2801 ailə) məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.
Köçkünlərin yığcam yaşadıqları 24 yığcam yaşayış obyektlərində, eləcə də fərdi mənzillərdə yaşayanların fasiləsiz olaraq su, qaz, elektrik enerjisi ilə təhciz olunması və kanalizasiya xəttinin normal işləməsi üçün gündəlik tədbirlər həyata keçirilmişdir.
  Dövlət Bayrağı Meydanının Bibiheybət qəsəbəsi istiqamətində uzadılması və Su İdmanı sarayının ətrafının abadlaşdırılması işləri çərçivəsində sarayın yaxınlığındakı ərazidəki tikililərdə və yataqxanada məskunlaşmış 110  məcburi köçkün ailələri Mehdiabad qəsəbəsində hər cür kommunal şəraitli mənzillərə köçürülmüşdür.
Məcburi köçkünlərin məskunlaşdığı Bibiheybət qəsəbəsindəki «Şıx» sanatoriyasında əsaslı təmir işləri davam edir.
Novruz və Ramazan bayramları, Milli Qurtuluş günü, Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi  ilə əlaqədar rayondakı şəhid, əlil, aztəminatlı ailələrlə yanaşı ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə RİH tərəfindən  ərzaq yardımları göstərilmişdir.

2014-cü ilin 9 ayı ərzində rayonda RİH-nin təşkilatçılığı ilə bir sıra tədbirlər və toplantılar təşkil olunaraq keçirilmişdir. İlk olaraq yanvar ayında rayonun Badamdar və Bibiheybət qəsəbə nümayəndəliklərinin, həmçinin yeni yaradılmış 1 və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə   nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyətin nümayəndələrinin, qəsəbələrin sakinlərinin iştirakı ilə 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda qəsəbələrdə görülən işlər, həyata keçirilən layihələrdən həlli vacib problemlər və onların aradan qaldırılması yollarından danışılmışdır.
Fevral ayının 3-də rayon İcra Hakimiyyətinin iclas zalında Səbail rayon İcra Hakimiyyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2014-cü il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yığıncağın yekunlarına görə rayon İcra Hakimiyyətinin 2013-cü il üçün fəaliyyəti «qənaətbəxş» qiymətləndirilmişdir.
Cari ilin 9 ayı ərzində mütəmadi olaraq rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasları keçirilmiş, rayon İcra Hakimiyyətinin 2014-cü il üçün təsdiq olunmuş tədbilər planında nəzərdə tutulmuş məsələlər müzakirə olunmuşdur.
Yanvar ayında 20 Yanvar faciəsinin  ildönümünün keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətində Tədbirlər planı   hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Tədbirlər planı çərçivəsində yanvar ayının 17-də RİH-nin təşkilatçılığı ilə «20 Yanvar» cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi üçün «Şəhidlər Xiyabanı» Kompleksində inşa olunmuş yeni qərargahındakı  iclas zalında  rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilmişdir. Görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi yad edilmiş, tədbirdə  iştirak edən rayon rəhbərliyi, rayonun digər ictimai təşkilatlarının və birliklərinin, Sosial Müdafiə Fondu rəhbərləri 20 Yanvar əlillərinin və şəhid ailələrinin məişət qayğıları və problemləri ilə maraqlanmışlar. Görüşdə   şəhid ailələri və əlillərə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.
  Rayonun ali məktəblərində 20 Yanvar faciəsi ilə əlaqədar yığıncaqlar və toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuşdur. İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir və foto sərgi, Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil olunmuşdur.
Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilmiş, kollektivlər tərəfindən «Şəhidlər Xiyabanı» ziyarət olunmuşdur.
Rayonun   orta məktəblərində  20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta və ali təhsil müəssisələrində  keçirilən tədbirlərdə  rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.
Tərtib olunmuş qrafik üzrə 17-19 yanvar tarixlərində orta və ali məktəblərin şagird və tələbələri tərəfindən «Şəhidlər Xiyabanı»nın  ziyarət olunması təşkil edilmişdir.
Yanvarın 20-də Səbail rayonu, Badamdar qəsəbəsində «Badamdar şəhidləri» abidəsinin önündə Badamdar Bələdiyyəsi, qəsəbədəki orta məktəblərin şagirdləri, ziyalılar və ağsaqqalların iştirakı ilə tədbir keçirərək  abidə önünə gül dəstələri qoyulmuşdur.
20 Yanvar faciəsi ilə bağlı rayondakı bütün dini ibadət yerlərində   şəhidlərin ruhuna dualar oxunmuş, Bibiheybət ziyarətgahında və İçəri şəhər «Cümə» məscidində ehsanlar verilmişdir. 
20 Yanvar faciəsi ilə bağlı rayonda keçirilən tədbirlər və  görülmüş işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
2 Fevral – Azərbaycan Gəncləri günü ənənəvi olaraq  Səbail rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir.  Azərbayan Gəncləri günü ərəfəsində isə şəhərimizin gözəl məkanlardan birinə çevrilən Dövlət Bayrağı Meydanındakı «Cristall-Hall»da Səbail rayon gənclərinin Gənclər gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilmişdir. Gənclər balına  rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşdur.
Tədbirdə çıxış edənlər ölkədə və Səbail rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə  Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. 
Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.
Fevral ayının 11-də 49 saylı "İntellekt" məktəb-liseyində  Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilmiş, tədbirdə ərazidəki bir neçə orta məktəblərin şagirdləri də  iştirak etmişlər.
Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Prezidentimizin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən son illərdə digər sahələrdə olduğu kimi Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profili yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Bu işlər Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda da geniş həyata keçirilir.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Səbail  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur.  
  Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 2, 33 və 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdur.
Tədbirlər çərçivəsində fevral ayının 25-də mərkəzdəki 1 saylı şəhər, martın 14-ə Bayıldakı 33 saylı, aprelin 1-də 2 saylı şəhər və aprelin 17-də Badamdardakı 34 saylı şəhər poliklinikalarında rayon ictimaiyyəti, əmək kollektivlərinin üzvləri KİV nümayəndələrinin iştirakı ilə geniş tədbirlər keçirilmişdir.
Tibbi müayinələrin başlandığı fevral ayının 17-dən may ayının 1-dək olan müddət ərzində rayon üzrə 72368 nəfər müayinələrdən keçmişdir.  Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş,  onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunub.
Həyata keçirilən bütün işlər RİH-də yaradılmış komissiya tərəfindən koordinasiya olunmuşdur. Komissiya üzvləri mütəmadi olaraq RİH-də toplaşaraq tibbi müayinə tədbirlərinin keçirilməsinin vəziyyəti müzakirə olunmuş, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülmüşdür.  Poliklinikalarda keçirilən tibbi müayinələrin yekunu nəzarətdə saxlanılaraq gündəlük, ongünlük və aylıq yekunlar araşdırılmış, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tibbi müayinələrin nəticələri ilə bağlı gündəlik və yekun hesabatlar verilmişdir.
Fevral ayının 20-də Azərbaycanda rəsmi səfərdə olan Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbail rayon İcra Hakimiyyətində olmuşlar. Qonaqlara paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonu, buranın tarixi, coğrafi mövqeyi, rayonda yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri, rayondakı bələdiyyələrin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Nümayəndə heyəti üzvlərindən Türk Dünyası Bələdiyyələr Birliyinin Məşvərət Şurasının üzvü Adəm Esen, Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Mustafa Başqurt, Kutahya Bələdiyyə Başqanı Ahmet Torun, iş adamı Murat Şahin ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini bildirmiş, Bakıda gördükləri  qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirərək, Bələdiyyələr fəaliyyəti çərçivəsində əməkdaşlığın, həmçinin gələcək birgə layihələrin əhəmiyyətini vurğulamışlar.
Sonra qonaqlar Səbail rayonundakı «Sahil bağı» və Dənizkənarı Milli Parkı gəzmişlər.
Nümayəndə heyəti Türkiyəyə qayıtdıqdan sonra heyətin üzvü, Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Mustafa Başqurt Səbail RİH-nin elektron poçtuna minnətdarlıq məktubu göndərmişdir.
«Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəhbərinin sərəncamının icrası ilə bağlı Səbail rayonunda faciənin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
RİH-nin tədbirlər planına uyğun olaraq fevral ayının 25-də rayon İcra Hakimiyyətinin təşəbbüsü, Xocalı rayon İcra Hakimiyyətinin məsul işçilərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının «Şəhidlər Xiyabanı»ndakı qərargah binasında rayonda məskunlaşan Xocalıdan köçkün düşmüş 26 ailənin üzvləri ilə görüş keçirilmiş, onların sualları dinlənilmiş, bu ailələrə yardımlar göstərilmişdir.
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi və  ibtidai hərbi hazırlıq səviyyəsinin,  vətənin gələcək müdafiəçilərinin sərrast atıcılıq bacarıqlarının artırılması məqsədilə Səbail rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi ilə birgə artıq ənənəvi xarakter daşıyan Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı «Mahir nişançı» devizi altında güllə atıcılığı üzrə yarış keçirilmişdir. 
Yarışda Səbail rayonunun 17 orta məktəbinin komandası iştirak etmişdir. Yarışların gedişini Səbail rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi  Səbail rayon Təşkilatının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləmiş, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən etmişlər.
Atıcılıq yarışlarının final turniri Dövlət Bədən Tərbiyəsi  və İdman Akademiyasında keçirilmişdir. Finala vəsiqə qazanan 3 məktəbin komandası atəş xəttinə çıxaraq öz məharətlərini göstərmişlər.
Səbail rayonunun   məktəblərinin komandalarının   yarışına  yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə 7 saylı orta məktəbin, 2-ci yerə 50 saylı orta məktəbin və 3-cü yerə isə 163 saylı orta məktəbin komandaları layiq görülmüşlər.
Yarışda  I, II və III yerləri tutmuş komandalar  müvafiq dərəcəli diplomlar və   qiymətli hədiyyələrə layiq görülmüşlər.
Fevral ayının 25-də rayonun  bütün ali və orta məktəblərində keçirilən ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, divar qəzetləri buraxılmış, inşa müsabiqəsi keçirilmişdir. 
Xocalı faciəsi ilə bağlı Bibiheybət və İçəri şəhərdəki məscidlərdə faciə qurbanlarının ruhuna dualar oxunmuş, Bibiheybət ziyarətgahında və İçəri şəhər «Cümə» məscidində ehsanlar verilmişdir. 
Fevral ayının 26-da rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunmuş, abidə önünə çiçək dəstələri qoyulmuşdur.
Xocalı  faciəsinin ildönümü ilə bağlı  rayonda keçirilən tədbirlər və  görülmüş işlər barədə məlumatlar KİV-də geniş yayımlanmışdır.
Fevral ayının 21-də YAP Səbail rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaradılmasının 21 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, tədbirdə təşkilatın yaranması, fəaliyyət dövrü ərzində qazanılan uğurları, görülən işlər müzakirə olunmuşdur. 
Fevralın 28-də RİH-nin dəstəyi ilə Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbi şagirdlərinin R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində konserti keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər mədəniyyət və Turizm İdarəsi, çoxsaylı qonaqlarla yanaşı Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak etmişdir.
Mart ayının 3-də rayonda  Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı 132-134 saylı Təhsil Kompleksində Səbail rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici xarakterli ənənəvi  tədbir keçirilmişdir.
Martın 5-də Azərbaycan poeziyasının görkəmli nümayəndəlrindən biri, xalq şairi Səməd  Vurğunun ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi  keçirilmişdir. Tədbirdə mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, hökumət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mart ayının 7-də  RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal qadınların iştirakı ilə «Maestro»  restoranda tədbir və konsert təşkil olunmuşdur.
Səbail rayonunda Novruz şənliklərinin keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.
Tədbirlər planı çərçivəsində mart  ayının 17-də rayonda fəaliyyət göstərən bir sıra ictimai təşkilatların, o cümlədən Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, 20 Yanvar və Çernobıl cəmiyyətinin, Əlillər, Vətən Müharibəsi Veteranları Birliyinin, Veteran Təşkilatları və Ağsaqqallar Şuralarının, Gözdən əlillər cəmiyyətinin,  Rus icmasının, «Sodrucestvo» cəmiyyətinin və s. təşkilatların rayon şöbələrinin nümayəndələrinin, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə «Bakı gecələri» restoranında rayon İcra Hakimiyyəti rəhbərliyinin görüşü keçirilmiş, onlara  ərzaq yardımlarının verilməsi təşkil olunmuşdur. Bayram payları rayondakı 27 yataqxanada məskunlaşmış məcburi köçkün, həmçinin Şəhid və Qarabağ müharibəsi əlili və veteranı ailəsinə, xəstə və kimsəsizlərə, yardıma daha çox ehtiyacı olan ailələrə, ümumilikdə isə 5000-ə yaxın ailəyə  paylanmış, əlavə olaraq 300 ailəyə qurban əti çatdırılmışdır.
Novruz Bayramı ərəfəsində Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonunda «N» saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar. 
Hərbi hissədəki əsgər kazarmaları, ön cəbhə xəttindəki yeni tikililərlə tanışlıqdan sonra hərbi hissənin şəxsi heyəti ilə təntənəli görüş keçirilmiş və tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram  konserti təşkil olunmuşdur.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail rayon İcra Hakimiyyətinə və  incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.
Tədbirlər planı çərçivəsində martın 19-i və 21-da Bibiheybət qəsəbə nümayəndəliyi  tərəfindən nümayəndəliyin qarşısındakı meydanda və Badamdar qəsəbə nümayəndəliyi  tərəfindən qəsəbədəki «N» saylı hərbi hissənin şəxsi heyəti üçün qəsəbələrin mədəniyyət evləri və populyar incəsənət xadimlərinin iştirakı bayram tədbirləri  keçirilmişdir. 
Bayram ərəfəsində rayonun orta məktəb və məktəbəqədər tərbiyə müəssisələrində çoxsaylı ədəbi-bədii bayram şənlikləri keçirilmiş, 132-134 saylı Təhsil Kompleksi, 160 saylı Klassik gimnaziya, 49, 51, 91 və 190 saylı orta  məktəblərin müəllim kollektivi  və şagirdləri tərəfindən ətraf ərazidə yaşayan ahıl və kimsəsiz vətəndaşlara bayram sovqatları çatdırmışlar.
19-23 mart tarixlərində İçəri şəhərdə «İçərişəhər» DTMQ İdarəsinin təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar «Meydan bazarı» tədbirləri keçirilmiş, bu tədbirlərdə paytaxtımızın minlərlə sakini və qonaqları iştirak etmişlər.
Mart ayının sonunda rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. Belə ki,  Səbail rayon mərkəzləşdirilmiş kitabxana sisteminin kitabxanalarında sərgilər təşkil olunmuş, 1 saylı filialda tədbir keçirilmiş, M.S.Ordubadinin xatirə muzeyində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoci Universitetində, «Qərb» Universitetində, «İstiqlal» muzeyində soyqırımı günü ilə bağlı toplantı, dəyimi masa, rəsm sərgiləri, anım tədbirləri keçirilmiş, martın 31-da rayonun bütün orta məktəblərində faciə ilə bağlı tədbirlər keçirilmiş, məktəblərdə birinci dərs soyqırım tarixinə həsr olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq cari ilin fevral-may aylarında Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun ümumtəhsil  məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzularında açıq dərslərin tədris olunması təşkil olunmuşdur. Keçirilən açıq dərslərə rayon ümumtəhsil məktəblərinin XI sinif şagirdləri cəlb olunmuşdur.
Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə hər birinə 2 akademik saat ayrılan mövzuların tədrisi üçün xususi qrafik tərtib olunmuş, dərslərlə bağlı tövsiyə və tezislər alınmış, rayonun orta və ali məktəblərinin  peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilmişdir. Bütün zəruri təşkilati məsələlər həll olunaraq dərslərin gedişatı, keçirilməsi rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmış, keçirilən hər bir dərsdə iştirakçılarla yanaşı rayon İcra Hakimiyyətinin məsul nümayəndələri iştirak etmişlər.
Dərslərin daha maraqlı və yaddaqalan olması üçün onlar müasir Azərbaycan tarixi və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən Heydər Əliyev muzeyi və mərkəzi olan rayonun iri ali təhsil müəssisələri – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoci Universiteti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının  qərargahında keçirilmişdir.
Təcrübəli tarix müəllimləri tərəfıindən tədris edilən açıq dərslərin hamısı canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçmişdir.
Rayondakı 17 orta təhsil müəssisəsində oxuyan 1.268 nəfər XI sinif şagirdinin 870 nəfəri mart ayında keçirilən dərslərdə iştirak etmişlər. Səbail rayonunda fəaliyyət göstərən işğal altında olan  rayonlardan olan (Ağdam, Laçın, Cəbrayıl, Zəngilan)  5 məcburi köçkün  məktəblərinin 54 nəfər XI sinif şagirdləri də bu dərslərə cəlb olunmuşlar.
Aprel ayında Azərbaycan Dövlət Pedaqoci Universitetində keçirilən açıq dərslərdə 160 nəfər XI sinif şagirdi iştirak etmiş, dərslərdə mövzularla bağlı slaydlar da nümayiş etdirilmişdir. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında keçirilən dərslərdə rayonun 6, 162, 189, 203, 236 saylı orta məktəblərin, 132-134 saylı Təhsil Kompleksinin və həmçinin məcburi köçkün rayonlarından olan məktəblərin 347 şagirdi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı dərslərdə rayonun 51, 162, 190, 239 saylı orta məktəblərinin 360 nəfər XI sinif şagirdi iştirak etmişlər.
Fevral ayında 132-134 saylı Təhsil Kompleksinin, mart ayında 49 saylı «İntellekt» məktəb-liseyinin, aprel ayında isə 189 və 190 saylı orta məktəblərin hər birinin 60 nəfər şagirdi Heydər Əliyev Mərkəzində olmuşlar.
Dərslərin keçirilməsi ilə bağlı məlumatlar mütəmadi olaraq Azərbayan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunmuş, onların keçirilməsi kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılmış, məlumatlar RİH-nin saytında yerləşdirilmişdir. 
Aprelin 23-də  160 saylı Klassik Gimnaziyada Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın «Uşaqlara qarşı zorakılıq» proqramının Azərbaycandakı parlament əlaqələndiricisi Sevinc Fətəliyeva və Almaniyadan olan psixoloq Qalina Xanzelmann AŞPA-nın proqramı çərçivəsində maarifləndirici tədbirin keçirilməsi təşkil olunmuşdur.
Aprelin 24-də AVMVB Səbail rayon  təşkilatının qərargahında bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının   ildönümü ilə bağlı    qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilmişdir. Görüşdə qəzanın səbəbləri və fəsadları, onun aradan qaldırılmasında iştirak edən Azərbaycanlıların fədakarlığı, Ulu öndər Heydər Əliyev tərəfindən Çernobıl faciəsinin aradan qaldırılması zamanı   xəsarət almış vətəndaşlara olan diqqət və qayğısından, hazırda ölkə rəhbərliyi tərəfindən onların sosial reabilitasiyası və təminatı istiqamətində görülən işlərdən danışılmış və Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.
Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoci Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə rayondakı bir sıra ictimai birliklərin üzvləri, ağsaqqallar, ağbirçəklər, gənclər təşkilatlarının üzvləri, tələbələrin iştirakı ilə «Yaşlı nəslin təcrübəsindən faydalanaq» layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.
Aprel ayında respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi Səbail rayonunda geniş qeyd olunmuşdur.  Əlamətdar tarixlə bağlı 7, 163, 189, 190,  239 saylı orta məktəblərdə, 49 saylı «İntellekt» məktəb-liseydə 132-134 saylı Təhsil Kompleksində görkəmli oftalmoloq, tibb elmləri doktoru Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, 7, 91, 239, 162, 189, 190 saylı orta məktəblərdə, 132-134 saylı Təhsil Kompleksində, 160 saylı Klassik Gimnaziyada divar qəzetləri, 91, 162,  163 saylı orta məktəblərdə bədii qiraət müsabiqələri, 2, 7, 163, 189, 203 saylı orta məktəblərdə, 49 saylı «İntellekt» məktəb-liseydə şagirdlərin rəsm əsərləri sərgisi, 160 saylı Klassik Gimnaziyada Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turniri, 163 saylı orta məktəbdə idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarında akademik Zərifə xanım Əliyevaya həsr olunmuş kitab sərgiləri, İstiqlal muzeyində tədbir təşkil olunmuş, rayonun orta məktəblərinin şagirdləri bu sərgi və tədbirlərin fəal iştirakçısı olmuşlar. Şagirdlərin Milli Azərbaycan Tarixi və İstiqlal Muzeylərində yaradılmış yeni ekspozisiyalara ekskursiyaları təşkil olunmuşdur.
Aprelin 28-də 132-134 saylı Təhsil Kompleksində şagirdlərin elektron təqdimatları keçirilmiş, mövzu ilə bağlı materiallar məktəbin saytına yerləşdirilmişdir. Həmçinin 91 və  236 saylı orta məktəblərdə akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yoluna həsr olunmuş dəyirmi masa, 132-134 saylı Təhsil Kompleksində «Qəlblərdə yaşayan insan» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Keçirilən tədbirlərdə Səbail rayon İcra Hakimiyyətinin rəhbər və məsul işçiləri, rayon ictimaiyyətinin, veteranlar, ağsaqqallar və gənclərin nümayəndələri iştirak etmişlər.
Paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda xüsusi sevgi və məhəbbətlə qeyd olunan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayonun idarə, və təşkilatlarında, təhsil, səhiyyə, elm və mədəniyyət   müəssisələrində keçirilən çoxsaylı tədbirlərdə ulu öndərin xatirəsi böyük hörmət və məhəbbətlə yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq may ayının 1-də Dövlət Musiqili Teatrında Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan xalqının ümummilli qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki tarixi rolu barədə danışılmış, onun əziz xatirəsi böyük ehtiramla yad olunmuşdur. 
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar rayonun bir çox idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində təntənəli tədbirlər təşkil olunmuş, Ulu öndərin əziz xatirəsi yad olunmuşdur. Belə ki, may ayında Azərbaycan Dövlət Pedaqoci və Azərbaycan Dövlət İqtisad Universitetlərində  elmi konfranslar, AVMVB Səbail rayon təşkilatının qərargahında veteran təşkilatlarının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbiri, 6, 49, 50, 51, 91, 189, 190, 236, 239 saylı orta məktəblərdə ədəbi-bədii tədbirlər,  R.Behbudov adına 2 saylı, C.Hacıyev adına 3 saylı musiqi məktəbi şagirdlərinin bayram konsertləri keçirilmişdir.
May ayının əvvəlində ölkəmizin paytaxtında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş «Tur d”Azerbaican» Beynəlxalq velosiped turu keçirilmişdir. Velo yarışın keçirildiyi günlərdə rayonumuzun idarə və təşkilatlarının, ali və orta təhsil müəssisələrinin, rayon ictimaiyyətinin  nümayəndələri tamaşaçı kimi yaxından iştirak etmişlər.
Əlamətdar günlə əlaqədar Səbail RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan aztəminatlı, imkansız 1500 ailəyə ərzaq bağlamaları paylanmışdır.
May ayının 9-da «Sahil bağı»nda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilmişdir.
Bu əlamətdar bayramla əlaqədar lazımi abadlıq işləri aparılmış, «Sahil bağı» başdan-başa bəzədilmişdir. Rayonun ali, orta və orta ixtisas məktəblərinin, səhiyyə müəssisələrinin, Uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdələrin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.
«Sahil bağı»nda çiçəklərlə bəzədilmiş 2 dekorativ arka qurulmuşdu. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli liderimiz Heydər Əliyev və görkəmli  alim, akademik Zərifə xanım Əliyeva ilə bağlı kompozisiyalar, Bakı şəhərinin və  Səbail rayonun simvolu olan Qız qalasının,  Bakı şəhərinin gerbinin, paytaxtımızın simvoluna çevrilən «Alov Qüllələri» Kompleksinin, 2015-ci il Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının embleminin, «Səbail» gəmisinin  güldən hazırlanmış və güllə işlənmiş maketləri xüsusilə göz oxşayırdı. 
Bayram zamanı orta və məktəbəqədər təhsil müəssisələrinin güllərdən və müxtəlif əlvan materiallardan hazırlanmış geyimli uşaqları Ulu öndərimizə, xalqımıza, vətənimizə həsr olunmuş şer və mahnılarla qonaqlar qarşısında çıxış etmişlər. 
İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə bütün gün ərzində  davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı etmişdir. 
Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmişlir.   
May ayında Komissiya Bakı şəhərinin bütün rayonlarında keçirilən «Gül bayramları»nda nümayiş etdirilən kompozisiyaları baxışlara yekun vurmuş və Bakı şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblər elan olunaraq mükafatlandırılmışlar. Sevindirici haldır ki, Bakı şəhər İcra Hakimiyyətinin qərarına görə «Gül bayramına məxsus çoxillik ənənələri qorumaqla nəzərdə tutulmuş bütün nominasiyalara cavab verdiyinə, həmçinin müxtəlif növ dekorativ, gül-çiçəklərdən yaradıcı və geniş istifadəyə, əlvan rəngli kompozisiyaları müasir zəmində təqdim etdiyinə görə» Səbail rayon İcra Hakimiyyəti III yerə layiq görülmüşdür. 
Komissiyanın yekun qərarına görə 236 saylı orta məktəbin şagirdi Ülviyyə Əhmədovanın əl işi I yerə, 160 saylı Klassik Gimnaziyanın şagirdi Fidan Mustafayeva III yerə layiq görülərək pul mükafatı almışlar. Digər qaliblər arasında rayonumuzdan 6 saylı orta məktəbdən Aysel Əsədova və Ləman Cəlilova, 49 saylı «İntellekt» liseydən Arzu Nağıyeva, 50 saylı orta məktəbdən Fidan Məmmədzadə, 132-134 saylı Təhsil Kompleksindən Fəxriyyə Ələsgərzadə və Cavidan Qasımov, 160 saylı Klassik Gimnaziyadan Solmaz Sanıyeva, 20 saylı Uşaq Yaradıcılıq Mərkəzindən Aynurə Qasımova və «Təbəssüm» rəsq kollektividə vardır.
May ayının 10-da - Ulu öndərin doğum günündə rayon ictimaiyyətinin nümayəndələri «Fəxri Xiyaban»da Heydər Əliyevin məzarını ziyarət etmiş, onun əziz xatirəsi ehtram və məhəbbətlə yad edilmişdir. 
May ayında Səbail rayonunda həmçinin Faşizm üzərində Qələbənin 69-cu ildönümü geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər,  rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunmuşdur.
Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştrakı ilə müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin ucaldığı parklarda iməcliklər keçirilmiş,   iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə uzaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulmuşdur.
Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırmışlar.
Mayın 9-da ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.
  Parkda ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstünün  önünə RİH adından əklil qoyulmuş, müsiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri və məktəblilər büstün önünə tər çiçəklər düzmüşlər.
Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı «İntellekt» liseydə  davam etdirilmişdir. Tədbirdə çıxış edənlər II Dünya Müharibəsi illərində Azərbaycanlıların cəbhə xəttində və arxa cəbhədəki fədakar döyüş yolu və əməyindən, bu gün müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışılmış,  veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə veteranlara  hədiyyələr və maddi yadım təqdim olunmuşdur.
Mayın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində 100-dən çox  şirkət, holdinq və bankın iştirakı ilə təşkil olunmuş və Ümummilli lider Heylər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş ənənəvi «Məzun yarmarkası - 2014»-də respublikamızın, həmçinin Rusiya, Gürcüstan, Şimali Kipr, Almaniya, Cənubi Koreya və Türkiyənin 52 ali məktəbinin 3500-dən çox məzunu iştirak etmiş, onların 1000-dən çoxu yuksək  maaşlı daimi, 300-ü müqavilə əsasında müvəqqəti işlə təmin olunmuş, 500-dən çox məzunun sənədləri müxtəlif təşkilatlar tərəfindən ehtiyat məlumat bankına daxil edilmişdir.
May ayının 23-də rayon iqtisadiyyatının bütün zümrələrində - elm, mədəniyyət, təhsil, səhiyyə, biznes və s. sahələrdə, hüquq-mühafizə orqanlarında çalışan, ali təhsil müəssisələrində təhsil alan gənclərin, həmçinin rayon rəhbərliyi, ağsaqqallar, veteranlar, müxtəlif ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Səbail rayon gənclərinin VII Forumu keçirilmiş, rayonda gənclərlə bağlı görülən işlər, mövcud problemlər, gələcək planlar müzakirə olunmuşdur.
Forumda Azərbaycan Gənclərinin VII Forumuna Səbail rayonundan 27 nəfər nümayəndə seçilmiş, toplantı iştirakçıları adından rayon gənclərinə müraciət qəbul olunmuşdur.
Forumun sonunda rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə rayon İcra Hakimiyyətinin Fəxri Fərman və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Mayın 23-də Dövlət Opera və Balet Teatrında 160 saylı Klassik Gimnaziyanın 70 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmiş, məktəbin müəllimlərindən bir qrupu Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Səbail rayon İcra Hakimiyyətinin mükafat və hədiyyələri ilə təltif olunmuşlar. 
28 may - Respublika günü ərəfəsində Səbail rayon İcra Hakimiyyəti və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri  olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  «N» saylı hərbi hissəsində Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının, rayon ictimaiyyəti, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir. Qonaqlar hərbi hissənin əsgər yataqxanasına və xidmət otaqlarına baxmış, Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə məktəblilərə məlumat verilib, qonaqlara silahlardan istifadə qaydalarını, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimlərini, xüsusi geyim və qorunma vasitələrini nümayiş etdirilmişdir. Qonaqlar hərbi hissənin helikopter eskadrilyasının texnikası ilə də tanış olmuşlar.
Xidmətdə fərqlənən əsgər və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Rəsmi hissədən sonra qonaqlar və hərbi hisənin  şəxsi heyəti üçün birgə nahar süfrəsi təşkil olunmuş, populyar incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların ölkəmizin tarixinin daha dərindən öyrənilməsinə olan marağının artırılması, gələcək nəslin bilikli və savadlı böyüməsi istiqamətindəki işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə may ayının 29-da RİH tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə ekskursiyası  təşkil olunmuşdur.
Yeniyetmə və gənclər muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və video materiallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olmuş, video rolikə tamaşa etmişlər.
Səbail rayonunun ali və orta təhsil müəssisələrində təhsil alan gənclər tərəfindən Memorial Soyqırımı Muzeyi ilə tanışlığının davamlı şəkildə keçirilməsi qərara alınmışdır.
Mayın 30 və 31-də Səbail rayonunun bütün 18 orta məktəbində təntənəli şəkildə ənənəvi «Son zəng» tədbirləri keçirilmişdir. Orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri  iştirak etmişlər.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbində bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə 3 saylı Uşaq musiqi məktəbi şagirdlərinin ifasında Şarl Perronun nağıllları əsasında Avstriya bəstəkarı Y.Haydnın fortepiano sonatalarının musiqisinə yazılmış opera-zarafat nümayiş etdirilmişdir. Şagirdlərin çıxışları qonaqların alqışları ilə qarşılanmışdır. 
Tədbirdə Səbail rayon rəhbərliyi ilə yanaşı Bayıl yaşayış sahəsində yerləşən orta məktəblərin şagirdləri də iştirak etmişlər.
İyun ayının 1-dən 11-ə kimi Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olmuşdur.
Səfərin məqsədi Yaponiyanın yerli idarəetmə sistemi, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir.
Azərbaycan Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümovun rəhbərlik etdiyi Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, həmçinin Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti iyunun 2-də Tokionun Mequro rayonunun rəhbərliyi ilə görüşmüşdür.
Görüşdə Bakının Səbail Rayonu barədə ətraflı məlumat verilmişdir. Səbail rayonu ilə Mequro rayonu arasında dostluq və tərəfdaşlıq haqqında niyyət protokolunun layihəsi Yaponiya tərəfinə təqdim olunmuşdur.
İyun ayının 6-da Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrucestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 215-ci ildönümü ilə əlaqədar böyük rus şairinin abidəsi önündə mərasim təşkil olunmuş, Səbail rayon İctimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, «Sodrucestvo» cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış etmiş, şairin həyat və yaradıcılığından, ədibin   rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolundan, onun dünya ədəbiyyatına etdiyi töhfələrdən danışılmış, ölməz şairin şerləri Azərbaycan və rus dillərində səslənmiş, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstərmişlər. 
İyun ayının 13-də RİH-də Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə birgə «Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi» mövzusunda tədbir təşkil olunmuş, tədbirdə yay mövsümü ilə əlaqədar rayon ərazisində mövcud çimərliklərin vəziyyəti, burada istirahətin təşkili məsələləri ilə yanaşı vətəndaşların təhlükəsizliyinin təminatı və bu istiqamətdə görüləsi zəruri olan işlər barədə məlumat və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. 
Azərbaycan xalqının Milli Qurtuluş günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Səbail rayon rəhbərliyi, orta təhsil müəssisələrinin şagirdləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə  rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Cəmşid Naxçıvanski adına hərbi liseydə   tədbir keçirilmişdir.
Qonaqlar əvvəlcə Ümummilli lider Heydər Əliyevin liseydəki büstünü ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Qonaqlar həmçinin general Cəmşid Naxçıvanskinin də büstünü ziyarət etmişlər. Sonra qonaqlar liseyin muzeyində olmuş, liseyi gəzərək burada kursantların təhsili, istirahəti, idmanla məşğuliyyəti üçün yaradılan şəraitlə tanış olmuşlar.
Liseyin akt zalında keçirilən tədbirdə Ulu öndər Heydər Əliyevin səyləri ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranması, möhkəmlənməsi və inkişafından, ordu üçün milli kadrların yetişdirilməsində Heydər Əliyevin rolundan, onun Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə baş verən dəyişikliklər, iqtisadi inkişafa verilən təkandan, əldə olunan nailiyyətlərdən geniş danışılmış, Cəmşid Naxçıvanski adına hərbi lisey barədə brifinq keçirilmişdir. Sonda populyar incəsənət xadimlərinin və gənc estrada ulduzlarının iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.
Milli Qurtuluş günü münasibəti ilə  iyun ayının 14-də RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan 1000-ə yaxın aztəminatlı ailələrə ərzaq yardımları təqdim olunmuşdur.
Milli Qurtuluş günü rayondakı idarə, təşkilar, ali təhsil müəssisələrində də qeyd olunmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96 illiyi  ilə əlaqədar Səbail  rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırmışlar. Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən Səbailli gənclərlə də görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar. 
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim etmişlər.  Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmış, respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə   hərbiçilərimiz üçün böyük   konsert proqramı təşkil olunmuşdur.
Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Səbail RİH-nin  nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.
Cəbhə xəttində keçirilən tədbirlərdə Tərtər rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri də iştirak etmişlər.
İyunun 24-də isə  26 İyun – Silahlı Qüvvələrin yaranma günü ilə bağlı şəhərin mərkəzindəki «Sahil bağı»nda gənc rəssamların iştirakı ilə «Müstəqilliyimiz əbədidir» adlı tədbir-sərgi  təşkil olunmuş, tədbir-sərgidə 20-ə yaxın gənc rəssam gözəl rəsm kompozisiyaları yaratmışlar. 
İyul  ayının 11-də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin «Şəhidlər Xiyabanı»ndakı qərargahında Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, rayon ictimaiyyətinin  nümayəndələrinin və digər qonaqların iştirakı ilə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 45 iliyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaranması və inkişafındakı əvəzsiz rolundan danışılmışdır.
İyul ayının 17-də Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat gününün 139 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurası və  bir sıra aparıcı TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ənənəvi tədbir-görüş keçirilmiş, 60-dan çox  KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tədbirdə Səbail rayon İcra Hakimiyyəti və KİVDF ilə birgə «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda yeni  fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi qərara alınmışdır.
İyul ayının 19 və 20-də “Sahil bağı”nda Səbail rayon İcra Hakimiyyətinin dəstəyi və “Qanun” nəşriyyatının təşəbbüsü ilə kitab yarmarkası keçirilmişdir. Yarmarkada 700 adda 15 min kitab oxuculara təqdim olunmuş və kitabların qiymətinə 20 % endirim edilmişdir. 
Xeyli oxucunun qatıldığı yarmarkaya ölkənin tanınmış şəxsləri, eləcə də bir çox dövlətlərin ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri qatılmışlar. Onlar arasında Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və Norveç Krallığının Azərbaycandakı səfiri Erling Skconsbergi olmuş və bu cür kitab yarmarkalarının təşkilini müsbət qiymətləndirmişlər.
İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardm göstərmək, onlara dayaq olaraq  bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunmuşdur.
İyulun 23-də Badamdar qəsəbəsində yerləşən «Bəyoğlu» şadlıq sarayında Badamdar, Bibiheybət qəsəbələri, Bayıl- 20-ci yaşayış sahəsi, eləcə də mərkəzdə yaşayan əhalinin bütün zümrələrindən olan sakinlər, II Dünya və Qarabağ müharibəsi veteranları, şəhid ailələri, rayonda məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, ümumilikdə 500 nəfərdən çox rayon sakininin  iştirakı ilə iftar süfrəsi təşkil olunmuşdur. 
Ramazan ayı ərzində imkansız vətəndaşlar üçün iftar süfrələri iyulun 17-də 20-ci yaşayış sahəsində, iyulun 4-ü və 23-də Bibiheybət qəsəbəsində, iyulun 4-    5-də İçəri şəhər «Cümə» məscidində də təşkil olunmuşdur.
Ramazan bayramı ərəfəsində iyul ayının 24-də RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan 1000-ə yaxın aztəminatlı ailələrə ərzaq yardımları təqdim olunmuşdur.
Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili məqsədi ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən  bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Həmin tədbirlərdən ən mühümü Səbail rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunların və  Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsi əsasında ənənəvi təşkil olunan «Şahinlər» yay istirahət düşərgəsinin yaradılması olmuşdur.
Avqust ayının 4-də 49 sayli “İntellekt” liseydə  bu düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə  görüş keçirilmişdir.
Avqust ayının 5-də isə «Sahil bağı»nda rayonun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində və müxtəlif Uşaq evlərində tərbiyə alan, təhsildə və idmanda fərqlənən ümumilikdə 250 nəfər uşaq Quba şəhərinin ən mənzərəli yerində yerləşən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Quba filialının ərazisində artıq  9-ci dəfə təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu «Şahinlər» yay istirahət düşərgəsinə yola salınmışlar.  
Düşərgədə istirahət günlərində uşaqların Qubanın görməli yerlərinə, meşələrə,  rayonun  tarixi guşələrinə  gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olunmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar.
Avqustun 15-də düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları, çoxsaylı qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.
Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində yeni layihə  əlavə olunmuşdur. Gənclərin sağlam böyüməsi, idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə bu il ilk dəfə olaraq Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri – ümumilikdə 100 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» yay istirahət düşərgəsi yaradılmışdır.
Avqustun 18-də «Sahil bağı»nda start verilən layihə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə layihə olmuşdur. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istrahəti  üçün hər cür şərait yaradılmışdır. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmışdır.
Novbəti layihənin Müdafiə Nazirliynin hərbi hissəsində keçirilməsi ilə məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan vermişdir. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi  uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan etmişdir.
Məktəblilər üçün xüsusi formalar tikilmiş, düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuş,  onların   təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup məşğul olmuşdur.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən   dərsləri müxtəlif mövzularda məşğələlər, müxtəlif maraqlı görüşlər, idman yarışları keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir. 
Məktəblilər   hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, özləri də təlimlərə qatılmışlar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilmiş, onlar təlim prossesində maneələri dəf etmiş, ilk dəfə olaraq avtomat silahdan atəş açmış, hərbi texnikanın döyüşdə iştirakını müşahidə etmişlər.
Uşaqların Qusar və  Quba rayonlarının görməli yerlərinə, meşələrə,  tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə, Heydər Əliyev Mərkəzinə, Gənclər evinə gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü hərbi hissə tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir.
Bağlanışdan bir gün əvvəl düşərgədə ənənəvi tonqal ətrafında konsert proqramı təşkil olunmuş, uşaqlar və eləcə də hərbi hissənin şəxsi heyəti üçün tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti  və nahar süfrəsi təşkil olunmuşdur. 
Sentyabr ayının 2-də düşərgənin bağlanışına həsr olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Elmira Süleymanova, çoxsaylı qonaqlar, valıdeynlər uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.
Hərbi-vətənpərvərlik təmayullu «Gənc Heydərçilər» düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət  uşaqların xatirində silinməz izlər buraxmış, onlar burada yeni-yeni doslar tapmış, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olmuşlar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan  yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Sentyabr ayının 5-də RİHBA-da keçirilən Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və   yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Sonda  yaş həddinə görə təqaüdə çıxmış 3 məktəb direktorunun yola salınma mərasimi olmuş, qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və  aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə edilmişdir.
«Bilik günü» ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 18 orta məktəbdə dərslərə başlanmışdır.  
Tədbirlərdə ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışılmış və bildirmişdir ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılmış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşlar.
Ənənəvi «Bilik günü» tədbirlərində rayon rəhbərliyi  ilə yanaşı Milli Məclisin üzvləri, RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər.
Sentyabrın 18-də Milli Musiqi günü münasibəti ilə Cövdət Hacıyev adına   3 saylı musiqi məktəbində «18 Sentyabr – Milli Musiqi günüdür» mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Milli Musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan, ölkədə Milli musiqi günü keçirilməsi ənənələrindən danışılmış, məktəbin şagirdləri və müəllimlərinin çıxışları qonaqların alqışları ilə qarşılanmışdır. 
Tədbirdə Səbail rayon rəhbərliyi ilə yanaşı Bayıl yaşayış sahəsində yerləşən orta məktəblərin şagirdləri, valideynlər də iştirak etmişlər.
Sentyabrın 24-də Məmməd Səid Ordubadinin xatirə muzeyində Narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində «Ağ ölüm» mövzusunda tədbir təşkil olunmuş, tədbirdə RİH-nin,  Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, Respublika Narkoloci Mərkəzinin, “Miras”Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyin nümayəndələri, rayonun ali məktəblərinin tələbələri və orta məktəb şagirdləri iştirak etmişdər.
Fevral ayında Tofiq Quliyev adına 12 saylı Musiqi məktəbinin fortepiano şöbəsinin IV sinif şagirdi Ayan Valeh qızı Aslanova Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Davorin Yenko adına Beynəlxalq müsabiqədə  I dərəcəli diploma layiq görülərək laureat adını qazanmış, həmçinin Maltada keçirilən Beynəlxalq fortepiano festivalında laureat adını qazanaraq   III dərəcəli diplomla təltif olunmuşdur. May ayında isə Tofiq Quliyev adına 12 saylı Musiqi məktəbinin fortepiano şöbəsinin III sinif şagirdi Ayla Həsənova Türkiyənin İstanbul şəhərində keçirilən IX Beynəlxalq fortepiano müsabiqəsində III yerə layiq görülərək laureat adını qazanmışdır.
Aprel ayında VII İNEPO – Avrasiya Beynəlxalq Layihə Olimpiadasında 132-134 saylı Təhsil Kompleksinin şagirdləri Anar Rzayev və Fərəh Cəbrayılova Qızıl medala, 6 saylı orta məktəbin şagirdləri Həbibə Qədiməliyeva və Nərmin Mahmudova gümüş medala layiq görülmüşlər.
Aprel-may aylarında British Council Kompaniyası və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Vilyam Şekspirin 450 ilik yubileyinə həsr olunmuş müsabiqədə 189 saylı orta məktəbin komandası III yerə, məktəbin ingilis dili müəlliməsi Xanım Qasımova isə I yerə layiq görülmüşdür.
Avqust ayında Sankt-Peterburqda dünyanın 11 ölkəsindən 147 vokalçının iştirak etdiyi görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların  V Beynəlxalq müsabiqəsi və  ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş Kamera Musiqisi Beynəlxalq Müsabiqəsində  Bülbül adına orta ixtisas musiqi məktəbinin VII sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Çinarə Əzimova II  yerə layiq görülərək laureat adını qazanmış,  VIII sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Sona İsgəndərli isə müsabiqənin diplomantı adına layiq görülmüşdür.
Hesabat dövrü ərzində ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə rayonun nümayəndələri yüksək dövlət mükafatlarına layiq görülmüşlər. Belə ki, 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar ölkə başçısının müvafiq sərəncamı ilə «Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə» – Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Ağayev Eldar İliç oğlu «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, «Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə» - Səbail Maşınqayırma Zavodu Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri İsmayılov Əli İsmayıl oğlu «Tərəqqi» medalı ilə, Azərbaycanda pedaqogika elminin inkişafında xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə YAP Səbail rayon təşkilatının sədri, professor Zahid İbrahim oğlu Qaralov «Şərəf» ordeni ilə təltif edilmişlər.
  Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr  2014-cü il tarixli   sərəncamı ilə  6 saylı orta məktəbin müəllimi Əskərova Solmaz Hacıəhməd qızı, 132-134 saylı Təhsil Kompleksinin müəllimi Tahirova Nətəvan Kamil qızı və Bülbül adına orta-ixtisas musiqi məktəbinin müəllimi Ağayeva İlhamə Arif qızı «Əməkdar müəllim» fəxri adına,  6 saylı orta məktəbin müəllimləri Abdullayeva Viktoriya Vasilyevna və İmanov Emin Allahverdi oğlu, 189 saylı saylı orta məktəbin müəllimi Həşimova Aygün Baba qızı, 160 saylı Klassik Gimnaziyanın müəllimi Əfəndiyeva İradə Ağali qızı «Tərəqqi» medalına layiq görülmüşlər.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr  2014-cü il tarixli sərəncamı ilə Bülbül adına orta-ixtisas musiqi məktəbinin şagirdləri - İbrahimova Aytən Ümid qızı və Zeynalova Leyla Samir qızının adları musiqi sahəsində xüsusi istedadı olan gənc kimi Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və onlar xüsusi aylıq təqaüdə layiq görülmüşlər.
Səbail rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyəti çərçivəsində görülən işlər sırasında rayon sakinlərinin sosial vəziyyətlərinin nəzərə alınaraq daxili imkanlar hesabına müxtəlif yardımların edilməsi, çətin vaxtlarda onlara yardımçı olunması, müxtəlif yubiley və bayram tədbirlərinin keçirilməsi ilə bağlı işlər həyata keçirilmişdir. Belə ki, 9 ay ərzində -  20 Yanvar, Xocalı faciələrinin, Çernobıl qəzasının, II Dünya müharibəsində Qələbənin ildönümünə həsr olunmuş tədbirlərdə 106 iştirakçıya 5300 manat maddi yardım göstərilərək ərzaq bağlaması təqdim olunmuş, Novruz və digər bayramlar ərəfəsində rayonda yaşayan aztəminatlı, kimsəsiz, Şəhid ailəsi və əlil, məcburi köçkünlərin, həmçinin rayon təsərrüfat xidmətlərinin işçilərinə – ümumilikdə 7100 ailəyə ərzaq bağlamaları, RİH tərəfindən keçirilən müxtəlif tədbirlərdə  846 nəfərə qiymətli hədiyyə, tədbirlərdə fərqlənmiş 15 nəfərə 3000 manat mükafat verilmişdir.
Cəbhə xəttində xidmət edən əsgərlərimizin məişət şəraitinin yaxşılaşdırılması üçün burada aparılan təmir-tikinti işlərinə yardım olaraq Səbail rayonundan 10 ton sement, 10 kub metr taxta və 100 ədəd şifer verilmişdir.
Məktəblilərin asudə vaxtlarının təşkili ilə bağlı keçirilən tədbirlərdə 2000-dən çox uşaq və yeniyetmə iştirak etmiş, 9 ay  ərzində Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki «Sinema Klub»da 1500 uşağın pulsuz 3 D formatda uşaq filmlərinə baxışı, avqust ayında 250 nəfər yeniyetmənin Quba rayonunda «Şahinlər» və 100 nəfər yeniyetmənin Qusar rayonunda «Gənc Heydərçilər»  yay istirahət düşərgələrində pulsuz istirahəti təşkil olunmuşdur.
RİH təşkilatçsılığı ilə mütəmadi olaraq  aztəminatlı ailələrə ət paylanır ki, 9 ayda 2500 pay ət paylanmış, 130-ə yaxın vətəndaşa 14000 manat məbləğində maddi yardım göstərilmişdir. Ramazan bayramında 2000 nəfərdən çox insan üçün iftar süfrələri təşkil olunmuşdur.
RİH-nin dəstəyi ilə 4 nəfərin həcc ziyarətinə göndərilməsi üçün lazımi təşkilati  tədbirlər görülmüşdür.
Ümumilikdə, 9 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 12767 (keçən ilin 9 ayı ərzində 11 min) olmuşdur.
Hesabat dövründə Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində asayişin qorunması, cinayətkarlıqla mübarizə istiqamətində tədbirlər həyata keçirmiş, hər hansı qanunsuz toplantı, yürüş, mitinq və digər qanun pozuntuların keçirilməsinə yol verilməmişdir.
Hesabat müddətində MTN Səbail rayon İdarəsi, Səbail Prokurorluğu, Səbail Məhkəməsi və digər qurumlar tərəfindən rayonda qanun pozuntularına yol verilməsi və ya cəhd göstərilməsinə qarşı müvafiq tədbirlər həyata keçirilmişdir.
Cari ilin 9 ayında rayon ərazisində 172  müxtəlif yanğın hadisəsi qeydə alınmış və Səbail rayon Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülmüşdür.
Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar aprel və iyul ayılarınnda həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının   sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsi tərəfindən gənclərin ilkin hədbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»ndan irəli gələn vəzifələrin icrası, etik davranış qaydalarının tələbləri ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən ilin əvvəlindən  müvafiq tədbirlər həyata keçirilməsi davam etdirilmişdir.
Bu tədbirlərə dair  informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların mütəmadi olaraq yeniləşmiş əsaslarla yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik hesabatının İnternet səhifəsində açıqlanması, mütəmadi olaraq toplantı və yığıncaqlarda ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.
2014-cü  ilin doqquz ayı ərzində   «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, qəsəbə və sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
İlin doqquz ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1724  ərizə və müraciəti ( 2013-cüi ilin doqquz ayı  2068 ərizə)   daxil olmuşdur.
Onlardan: 
     305-i  Prezidentin Administrasiyasından ;
   9-u    Milli Məclisdən;                                 
    62-i Nazirlər Kabinetindən;                     
244-ü Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən;
1094-ü vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla 511-ı təkrar, 37-i kollektiv  ərizələrdir.


Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2014-cü ilin
9 ayı ərzində vətəndaşlardan daxil olmuş müraciətlərin təhlili üzrə
                                         MƏLUMAT

9 ay ərzində
   2012-
   ci il
   2013-
   cü il                                      
               2014-cü il Əvvəlki dövrlə müqayisə
   1-ci
     rüb 2-ci
     rüb 3-cü
rüb 9 ay + ; - qeyd

Daxil olmuşdur,       
o cümlədən
1459
2068

515
607
602
1724
-344
Prezident Administrasiyasından  283 494 96 109 100 305 -189
o cümlədən nəzarətlə 21 39 5 8 10 23 -16
Milli Məclisdən 19 23 2 5 2 9 -14
Nazirlər Kabinetindən 30 55 9 23 30 62 +7
Digər respublika təşkilatlarından, o cümlədən BŞİH-dən 248 300 81 93 70 244 -56
Şəhər (rayon) əhalisi tərəfindən 880 1196 327 377 390 1094 -102

Keçən ilin doqquz ayı ilə müqayisədə müraciətlərin sayı 344 ədəd azalaraq 1724 təşkil etmişdir.
Əsasən Prezident Administarsiyasından rayon İcra Hakimiyyətinə daxil olan müraciətlərin sayı azalaraq 494 ərizədən 305-ə, nəzarət qaydasında daxil olanlar 39-dan azalaraq 23-ə enmişdir. Tikinti və mənzil məsələləri ilə bağlı müraciətlərin sayı ümumi sayda çoxluq təşkil etməsinə baxmayaraq, bu məsələlərlə bağlı müraciətlər də keçən ilə nisbətdə azalmış . Azərbaycan Respublikasının yeni Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi ilə bağlı vətəndaşların rayon İcra Hakimiyyətinə müraciətləri də aparılan müvafiq izahat işləri, dolğun cavablandırma sayəsində azalmağa doğru dəyişərək  (keçən ilin doqquz ayı 929 ərizə) Mənzil məsələsi ilə bağlı müraciətlər də azalaraq 349 ədəd təşkil etmişdir.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatına   2014-cü ilin 9 ayı ərzində vətəndaşlardan daxil olmuş müraciətlərin təhlili üzrə
MƏLUMAT

9 ay ərzində

2012

2013                                      
                2014-cü il Əvvəlki dövrlə müqayisə
   I rüb II rüb III rüb 9 ay + ; - qeyd
   Daxil olmuş müraciətlər
               onlardan
1459
2068
515
607
602
1724
-344
-  qəbul məsələsi 18 41 14 11 5 30 -11
- torpaq məsələsi 64 71 34 31 24 89 +18
-  əhalinin  sosial məsələsi (qəyyumluq, addəyişmə, qeydiyyat, təqaüd və s.) 78 96 53 77 45 175 +79
-  mənzil məsələsi 448 595 161 188 163 512 -83
-  tikinti məsələsi 447 929 149 223 199 571 -358
-  əmək (işsizlik,ə/h) məsələsi 28 29 8 8 13 29 -
- enerji, su, qaz məsələsi 42 28 6 9 6 21 -7
-  qaçqın və məcburi köçkün məsələsi 25 18 3 - 5 8 -10
-  birdəfəlik yardım 91 93 21 18 49 88 -5
-  digər məsələlər 218 179 66 42 93 201 +22

Cari ilin 9 ayı ərzində rayon ərazisində ardıcıl abadlıq və quruculuq işlərinin davam etdirilməsi, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, ümumi istifadə sahələrinin abadlaşdırılması, xüsusilə Dövlət Proqramları çərçivəsində tədbirlərin həyata keçirilməsi əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin sayının əvvəlki dövrlə müqayisədə daha da azalmasına səbəb olmuşdur.
Təkrar müraciətlər diqqət mərkəzində saxlanmışdır, onların təhlili davam etdirilmişdir. Həmin müraciətlərin böyük əksəriyyəti  mənzil ilə təmin olunma, təzminat və qanunsuz tikili və torpaq sahələrinin zəbt olunması ilə bağlı məsələlər olmuşdur. Aparılan işlər, görülən tədbirlər nəticə etibarı ilə təkrar müraciətlərlə bağlı sayı aşağı endirmişdir.
Vətəndaşların qəbulu zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara əsaslandırılmış izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır.  RİH Başçısı tərəfindən  yerlərdə keçirilən çoxsaylı səyyar qəbullar və gündəlik keçirilən görüşlər zamanı rayonda görülən işlər barədə onlara ətraflı məlumat verilmiş, irəli sürülən müraciətlərə operativ baxılması, müraciətlərə əsasən görüləcək işlərin müəyyənləşdirilməsi, rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanların səfərbər olunaraq həlli vacib məsələlərə yönəldilməsi işləri davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr  olunmuş iclasındakı  nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Səbail rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Keçidlər