«Səbailli gənclər narkotiklərə yox deyir!» mövzusunda tədbir keçirilmişdir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun birgə təşkilatçılığı ilə «Səbail rayon gəncləri narkomanlığa yox deyir!» mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər müzakirə olunaraq bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi xüsusi qeyd olunmuşdur.
Səbail rayon İcra Hakimiyyəti və Dövlət Komissiyası İşçi Qrupunun rəhbərliyinin, pedaqoji işçilərin, ictimaiyyət nümayəndələrinin, ali məktəb tələbələrinin iştirakı ilə keçirilən tədbiri Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev açıq elan edərək qonaqları təqdim etmişdir. Qeyd olundu ki, Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsi vacibliyinin ön plana çıxdığını və problemə münasibətdə yeni mərhələnin başlandığını qeyd etdi. Bildirdi ki, 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateci istiqamətləri dəqiq göstərilib. Azərbaycan Respublikası həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateci kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirərək, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Həmçinin narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğuladı.
Eldar Ağayev rayonda narkomaniya probleminə qarşı mübarizə tədbirlərindən danışaraq qeyd edib ki, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən 2014-cü ilin 9 ayı ərzində həyata keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində 72 fakt üzrə 9 kq 823,392 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. O, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyinə toxunaraq yay aylarında Səbail RİH tərəfindən təşkil olunan tədbirlər barədə məlumat vermiş, narkomaniya ilə bağlı keçirilən tədbirlərin əsas məqsədinin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu dəhşətli sosial bəla ilə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğulamışdır.
Daha sonra tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Ağakişi İsmayılov, Təhsil Nazirliyi nümayəndəsi Hilal Salmanov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Dispanseri həkim, narkoloqu Asif Kəngərli, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etdilər. Bildirdilər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Çıxışlarda Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümyaəndələrinin, pedaqoci işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanmışdır.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı.
Tədbiririn sonunda hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən broşürlər paylandı.
Məlumat üçün : İsrafil Kərimov – Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri
Əlaqə telefonu - 493- 34-62 (iş),
493-17-98 (faks), (050/055) -322-34-83 (mob).
sabail-ih@mail.ru
e-mail: mail@sabail-ih.gov.az
internet səhifəsi: www.sabail-ih.gov.az