Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd edildi

23 iyun 2025 | 15:30

“23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları və ərazi icra nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. RİH başçısı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramının təsis edildiyini qeyd edərək, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirildiyini bildirmişdir.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli dövlət qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən Səbail RİHB-nın Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Elçin Rəfael oğlunu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması münasibətilə təbrik etmişdir.

Keçidlər