Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonu 239 nömrəli tam orta məktəbdə "Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək" mövzusunda tədbir keçirilmişdir

10 aprel 2023 | 12:30

Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi 16 ünvanında yerləşən 239 nömrəli tam orta məktəbdə "Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, RİHBA-nın şöbə müdiri Orxan Aydınov, RİHBA-nın və RPİ-nin məsul əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə söhbət açaraq qeyd etmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, ölkədə, eyni zamanda Səbail rayonunda narkomaniyaya qarşı keçirilən tədbirlər, aparılan profilaktik işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Daha sonra tədbir iştirakçıları ilə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin sağlamlığının qorunması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

Keçidlər