Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonu 239 nömrəli tam orta məktəbdə Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

09 may 2023 | 15:47

Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin "Heydər Əliyev və Tarixi Həqiqətlər Lektoriyası"nda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, Vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi anılmışdır.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Bəylərova və Abbasağa Dərbəndli, Badamdar bələdiyyəsinin sədr müavinləri Həsənova Xədicə və Mayılov Rauf, Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, pedaqoqika elmləri üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, filologiya elmləri üzrə fəlsəfə doktoru Rasim Süleymanov, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbir zamanı qeyd olunmuşdur ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başladı. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini heç bir zaman unutmayacaq. Ulu Öndərin ideyalarını hər zaman yaşatmaq, gənc nəslə bu ideyaları, xatirələri çatdırmaq ən vacib məqsədlərdəndir. Ümummilli Lider bütün həyatını xalqımızın rifahının yüksəlməsinə, Azərbaycan xalqının dünyada nüfuzunun daha da artmasına, dövlətimizin güclənməsinə, qüdrətlənməsinə sərf edib.

Keçidlər