Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli məktəblilərin Qubadakı yay istirahəti başa çatmışdır

16 avqust 2012 | 15:00

Səbail rayonunda yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində keçirilən növbəti tədbirin təntənli bağlanış mərasimi keçirilmişdir.
Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və bu ərazidəki orta məktəblərdə təhsil alan şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan ümumilikdə, 250 nəfər uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu, ödənişçiz «Şahinlər» yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bu düşərgə uşaqların xatirində silinməz izlər buraxmışdır.
Təşkilatçılar tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə burada hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, artıq 7–ci dəfə təşkil olunan «Şahinlər» düşərgənin tarixinə həsr olunmuş stendlər asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir.
Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunmuş, məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olunmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir. Qarabağ savaşında təsrübəli kəşfiyyatçı kimi iştirak edərək bir sıra qəhrəmanlıqlar göstərmiş İbad Hüseynov və hərbi jurnalist Şəmistan Əlizamanlı ilə keçirilən görüş xüsusilə yaddaqalan olmuşdur.
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova, DİN Daxili Qoşunların Qərərgah rəisinin Birinci müavini, general-mayor Şahin Məmmədov, “Çağ” Öyrətim Şirkətinin Prezidenti Ənvər Özərən uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı xüsusi maraqla qarşılanmışdır.
Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstərmişlər.
Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların validenyləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.
 

Keçidlər