Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ehsan mərasimi təşkil olunmuşdur

12 dekabr 2014 | 16:00

Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyevin əziz xatirəsinin yad olunması məqsədi ilə rayonun Badamdar qəsəbəsindəki «Bəyoğlğu» şadlıq sarayında rayon ictimaiyyətinin nümayəndəlrinin – ümumilikdə 500 nəfərin iştirakı ilə ehsan süfrəsi təşkil olunmuşdur.

Ehsan mərasimi İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli Ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələrin və Yasin surəsinin oxunması ilə başlamışdır.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mərasimdə çıxış edərək Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki əvəzsiz rolundan danışaraq qeyd etmişdir ki, Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız
Dahi şəxsiyyət olan Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad olunur. Bu günlərdə keçirilən çoxsaylı tədbirlərdə buna sübütdür.
Çox illər keçəcək, lakin Azərbaycanın hər bir vətəndaşı dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə başçısı İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Bu işlərində isə hamımız öz rəhbərimizə dəstək olacağıq.
Sonda iştirakçılar üçün ehsan süfrəsi təşkil olunmuşdur.

 

Keçidlər