Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda «Ulu öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı və qurucusudur» mövzusunda tədbir keçirilmişdir

26 dekabr 2014 | 16:00

Səbail rayonunun orta məktəblərində təhsil alan yeniyetmə və  gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində aparılan işlər rayon İcra Hakimiyyətinin  diqqət mərkəzində saxlanılır və bu istiqamətdə keçirilən  tədbirlərə böyük önəm verilir. Bununla əlaqədar həyata keçirilən tədbirlərdən biri RİH-nin Respublika Veteran Təşkilatları Şurası və Azərbaycan Vətən Mühəribəsi Veteranları Birliyi Səbail rayon təşkilatı ilə birgə rayondakı 132-134 saylı Təhsil Kompleksində «Ulu öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı və qurucusudur» mövzusunda tədbir olmuşdur.

Ehtiyatda olan bir qrup yüksək rütbəli hərbiçilərin, müharibə və əmək veteranlarının, orta məktəb şagirdələrinin iştirakı ilə keçirlən tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev əvvəlcə qonaqları və tədbir iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik etmiş və qonaqların təqdimatından sonra müstəqil Azərbaycanın öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin gördüyü işlərdən söhbət açmışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev SSRİ dövründə və müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Məhz Heydər Əliyevin uzaqgörənliyi nəticəsində hələ 1971-ci ildə Azərbaycanda ilk hərbi lisey yaradıldı və bu liseydə Azərbaycanlı  uşaqlar təhsil alaraq, sonradan ölkənin  ali hərbi məktəblərinə daxil olmaq, zabit peşəsinə yiyələnmək imkanı əldə etdilər. Bu gün Azərbaycan Ordusunun sıralarında vaxtı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmiş yüzlərlə zabit və general xidmət edir. Onların çoxu  Qarabağ döyüşlərində böyük bacarıq və şücaət göstərmişlər.

Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artırmış, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.

Toplaşanlar qarşısında çıxış edən Respublika Veteran Təşkilatları Şurasının sədri, general-mayor Dadaş Rzayev,  Əfqanıstan və Qarabağ veteranı, general-mayor Məmmədhüseyn Sarıyev,  Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəman Ömər Ağayev, Böyük Vətən Müharibəsi iştirakçısıları 95 yaşlı Bəkir Məmmədov  və Adilə Ağakişiyeva, ehtiyatda olan polkovnik, Qarabağ veteranı, Respublika Veteran Təşkilatları Şurası rəyasət heyətinin üzvü Həsən Əmirov müasir Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsi, onun kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsi istiqamətində Ulu öndər Heydər Əliyevin gördüyü işlərdən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda  əldə olunmuş nailiyyətlərdən, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlərdən, Ulu öndərimiz Heydər Əliyevin arzularının bir çoxunun artıq reallığa çevrilməyə başladığından söhbət açmışlar.

Qonaqlar şagirdlərin çoxsaylı suallarını cavablandırmış, təhsildə və ictimai həyatda fərqlənən bir qrup 11-ci sinif şagirdi Respublika Veteran Təşkilatları Şurasının Fəxri Fərmanları ilə təltif olunmuşlar.

Tədbirin sonunda Təhsil Kompleksinin şagirdləri konsert proqramı ilə çixış etmişlər.

 

Keçidlər