Səbail rayonunda 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik hesabat vermişdir
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 2012-ci ilin sonunda yaradılmış Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ikinci hesabat yığıncağını keçirilmişdir.
Dənizkənarı Milli Parkda yerləşən Bakı Biznes Mərkəzində Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən toplantıda 2014-cü il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli bildirmişdir ki, nümayəndəlik yarandığı ilk gündən Səbail rayon İcra Hakimiyyəti tərəfindən «Şəhidlər Xiyabanı» Kompleksinin ərazisində inşa edilmiş və hər cür avadanlıq və ləvazimatlarla təchiz olunmuş inzibati binada fəaliyyət göstərir.
Qeyd olunmuşdur ki, 2014-cü ildə nümayəndəliyin ərazisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Dənizkənarı Milli Parkda müasir attraksion-panoramın, Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış keçirilmiş, ölkə başçısı İçərişəhərdə Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyasının təqdimat mərasimində, martda Qız qalasının qarşısında keçirilən Novruz şənliklərində, mayın 9-da faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə Dağüstü parkda keçirilən mərasimdə iştirak etmiş, mayın 27-də Azərbaycan Xalq Cumhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmiş, dekabr ayının 23-də isə ailə üzvləri ilə birlikdə Bələdiyyə seçkiləri ilə əlaqədar 6 saylı orta məktəbdə yerləşən 29 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs vermişdir.
2014-cü ildə 2 saylı şəhər poliklinikasında aparılan əsaslı təmir işləri başa çatdırılmışdır. Bu gün ərazidə «Alov qüllələri» kompleksinin, "Xəzər Waterfront" layihəsi adlandırılan möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni «İnterkontinental» və «İnturist» mehmanxanalarının, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, İdman Oyunları Sarayının əsaslı təmiri davam edir.
Üz.Hacıbəyov küçəsi, Parlament prospekti, ərazidəki park və istirahət bağlarda bura xüsusi gözəllik verən müxtəlif gül kollarından ibarət gözəl kompozisiyalar yaradılmış, Fikrət Əmirov, Üz.Hacıbəyov küsələrində, Neftçilər prospektindəki bir sıra binaların fasadlarının üzlənməsi başa çatdırılmış, hazırda Zərifə Əliyeva, Adil İsgəndərov küçələri, Bülbül, Neftçilər və Mətbuat prospeklərindəki binaların üzlənməsi davam edir.
2014-cü ildə rayonun mərkəz hissəsində səkilərə dekorativ daş döşənmiş, əsas magistral küçə və yollarının da təmir-asfaltlaşdırılması işləri həyata keçirilib.
İl ərzində nümayəndəlik tərəfindən ərazidə olan ev təsərrüfatlarında dəqiqləşdirmələr aparılmış və hazırda məlumatların yenilənməsi işləri davam etdirilir.
Hesabat dövründə ərazidə yerləşən idarə və təşkilarlar, orta və məktəbəqədər təhsil müəssisələri ilə tanışlıq işləri aparılmış, ərazidəki bir sıra müəssisələrdə keçirilən tədbirlərdə iştirak edilmişdir.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. Asif Əsgərov 2014-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.