Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində iftar süfrəsi təşkil olunmuşdur

18 avqust 2012 | 15:00

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardm göstərmək, onlara dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunur.
Növbəti belə bir tədbir rayonun Badamdar qəsəbəsində yerləşən «Bəyoğlan» şadlıq sarayında 500 nəfərin iştirakı ilə keçirilmişdir.
İftar süfrəsinə Badamdar, Bibiheybət qəsəbələri, Bayıl- 20-ci yaşayış sahəsi, eləc də mərkəzdə yaşayan imkansızlar, II Dünya və Qarabağ müharibəsi veteranları, şəhid ailələri, rayonda məskunlaşmış məsburi köçkünlərin nümayəndələri iştirak etmişlər.
İftar mərasimi İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli tərəfindən Qurani_Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. Hacı Surxay müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirmişdir.
Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamladı. Qeyd olundu ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir.
Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoydu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğuladı. O. respublikada və Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafdan danışdı, gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi qiymətləndirdi və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə sakinləri təbrik etdi.
Tədbirdə qeyd olunmuşdur ki, bu kimi iftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində o, cümlədən Azərbaycan Dövlət İqtisad Universitetində, İçəri şəhər «Cümə» və Bibiheybət məscidlərində də keçiriləcəkdir.
 

Keçidlər