Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik ötən ilə yekun vurmuşdur

15 yanvar 2015 | 16:00

Başa çatmış 2014-cü ilin yekunları Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında müzakirə olunmuşdur.

Bayıl yaşayış sahəsindəki müasir «Riviera» mehmanxanasında Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, ağsaqqal və veteranların, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  keçirilən  toplantıda 2014-cü il ərzində rayonun Bayıl-20-ci sahə ərazilərində  həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr   müzakirə olunaraq  növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirmişdir ki, nümayəndəlik yarandığı ilk gündən Səbail rayon İcra Hakimiyyəti tərəfindən hər qayğı və diqqətlə əhatə olunmuş, nümayəndəliyin fəaliyyəti üçün müvafiq şərait yaradılmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işləri ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, ilk Avropa Oyunlarının təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə birlikdə  aprelin 17-də və noyabrın 25-də "Baku Sport City"də, Su İdmanı Sarayında, dekabrın 23-də isə həm də Dövlət Bayrağı Meydanının ərazisində olmuş, burada həyata keçirilən inşaat işlərinin gedişi yaxından tanış olmuşlar.

Hesabat dövründə Azərbaycanın birinci xanımı, Mehriban Əliyeva da avqustun 28-də ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə də tanış olmuşdur.

2014-cü ildə 20-ci sahədəki «Turac» uşaq bağçasında əsaslı təmir-möhkəmləndirmə işləri başa çatdırılmış, bağçanın ərazisi abadlaşdırılmış, yeni istilik sistemi quraşdırılmışdır. 

Dövlət Proqramının icrası ilə bağlı 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın  tikintisi başa  çatmış və qurğu şəbəkəyə qoşulmuşdur.

Ha¬zır¬da ərazidə Su İdmanı sarayının, Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, həmiçinin  Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli yeni binanın tikintisi  davam edir.  Qurban Abbasov  küsələrindəki 3 binanın fasadlarının üzlənməsi başa çatdırılmış, hazırda Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evləri, qeyri yaşayış və digər tikililərin sahiblərinə müvafiq kompensasiyaların ödənilərək köçrülməsi işlri aparılmış, Bayıl dairəsi ərazisində abadlıq işləri görülmüş, yeni yeraltı keçidin inşa olunmuş, dairənin mərkəz hissəsində müasir istirahər bağı, yeni yaşıllıqlar salınmışdır.

Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri davam etdirilmişdir.  Su İdmanı Sarayı yaxınlığında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır.

Yığıncağda çıxış elan edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham  Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. Asif Əsgərov 2014-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş Dövlət Proqramında Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verərək qeyd etmişdir ki, bu proqramma 2-ci sahə inzibati ərazi dairəsi üzrə 51 saylı orta məktəbin, 91 və 157 saylı uşaq bağçalarının, 11 saylı uşaq vərəm xəstəxanasının əsaslı təmiri salınmışdır. Ölkə başçısının tapşırıqlarına əsasən şəhərin Bayıl-20-ci yaşayış sahəsini əhatə edən  nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir, Bakı Bulvarının Dövlət Bayrağı Meydanından Bibiheybət qəsəbəsi istiqamətində genişləndirilməsi aparılır, dəniz kənarı ərazidə gözəl istirahət zonası yaradılır  və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.

Toplantıda  sakinləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.

Keçidlər