Səbail rayonunda 2014-cü ilin yekunları müzakirə olunmuşdur
Paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda 2014-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2015-ci-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, 2014-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.
Qeyd olunmuşdur ki, 2014-cü ildə Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş vermiş, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 20 milyard 617,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 0,3 % çox məhsul istehsal edilmiş, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 514,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 % çox nəqliyyat xidmətləri göstərilmişdir.
2014-cü ildə rayondakı rabitə müəssisələri tərəfindən 206,9 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 1,4 % çox rabitə xidmətləri göstərilmişdir. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 642,3 milyon manat olmuşdur ki bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,8 % soxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 3.272.8 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 63.3 % çoxdur .
Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 294.5 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20,3 % çox istehlak malları satılmış, 105.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28.9 % çox iaşə xidmətləri göstərilmişdir.
2014-cü ilin Səbail rayonunda çalışan işçilərin sayı 112.140 nəfər, orta aylıq əmək haqqının məbləği isə 974,0 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 3,0 % çoxdur.
2014-cü ildə rayonda hamısı daimi olmaqla 1837 yeni iş yeri açılmışdır. Ümumiyyətlə isə 2003-cü ilin oktyabrından 2015-cü ilin yanvar ayının 1-dək rayonda 44163 yeni iş yeri açılmışdır ki, onların da 43295-i daimidir.
2014-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonunda yeni inşa olunmuş Azərbaycan Xalça Muzeyi, Bakı Oksford məktəbinin yeni binası, Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir attraksion-panoramı, Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası istifadəyə verilmişdir.
Rayonda aparlan abadlıq-quruculuq işlərində Heydər Əliyev Fondunun, onun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da əməyi xüsusi qeyd olunmalıdır. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində yerləşən «Könül» körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq yenidənqurulmuş, bağça üçün 90 yerlik yeni əlavə korpus tikilmiş, Fond tərəfindən bağça bütün lazımi avadanlıq və ləvazimatlarla təmin olunmuşdur.
«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda Səbail rayonu ilə bağlı Proqrama daxil edilmiş 24 bənd üzrə tədbirlərin həyata keçirilməsi üçün rayonda bütün qüvvələr səfərbər olunmuş, bu istiqamətdə müvafiq işlər aparılır.
Qeyd olunanlarla yanaşı, keçən il rayonda müvafiq Dövlət Proqramının icrası ilə bağlı 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın tikintisi başa çataraq qurğu şəbəkəyə qoşulmuş, Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanası, 2 saylı şəhər poliklinikası və «Turac» uşaq bağçası əsaslı təmir olunmuşdur.
Badamdar qəsəbəsində yeni su anbarlarının, iki mərtəbəli yeni İdman Kompleksinin və otel binasının tikintisi davam etdirilir. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır.
Badamdar qəsəbəsində Sahib İbrahimxəlilov, Əziz Nəzərov və Gənclər küçələrindəki 168 ailənin yaşadığı 4 ədəd yaşayış binalarının fasadları və həyətləri də təmir olunmuş, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanında yerləşən binanın fasadına vaxtı ilə bu binada yaşamış şəhid Sahib İbrahimxəlilovun yeni dizaynla işlənilmiş xatirə lövhəsi quraşdırılmışdır.
Badamdar şossesində 2,2 km məsafədə yolun 3 metrəyədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər, həmçinin burada yerləşən obyektlərin fasadında və istinad divarında təmir-bərpa işləri davam etdirilir.
Ha¬zır¬da rayonda Su İdmanı sarayının, «Alov qüllələri» kompleksinin, Bakı bulvarının qərb hissəsində, ilkin olaraq "Xəzər Waterfront" layihəsi adlandırılan istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni «İnterkontinental» və 5 mərtəbəli «İnturist» mehmanxanalarının, Səbail rayon Prokurorluğu və 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binaların, Ali Neft məktəbi üçün yeni idman, yataqxana komplekslərinin və kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni binanın, Badamdar qəsəbəsində yeni Xəstəxana binasının, Müasir Avropa Məktəbinin, ölkədə keçiriləcək yerli və Beynəlxalq tədbirlərin yüksək səviyyədə işıqlandırılmasını həyata keçirirəcək Bakı Media Mərkəzinin tikintisi, Neftçilər prospektində İdman Oyunları Sarayının əsaslı təmiri davam edir.
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evləri, qeyri yaşayış və digər tikililərin sahiblərinə müvafiq kompensasiyaların ödənilərək köçrülməsi işləri aparılmış, Bayıl dairəsi ərazisində abadlıq işləri görülmüş, yeni yeraltı keçid inşa olunmuş, dairənin mərkəz hissəsində müasir istirahər bağı, yeni yaşıllıqlar salınmışdır.
Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri davam etdirilmişdir. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır.
Bibiheybət qəsəbəsindən Lökbatan dairəsinə kimi ərazidə, Salyan yolu boyunca yol kənarlarının abadlaşdırılması, burada yeni landşafın yaradılması işləri aparılmışdır. İşlər çərçivəsində yol boyunca bir neçə yerdə dekorativ rəngli daşlardan mozaika kompozisiyaları yaradılmış, 8 min kvadrat metr sahəyə yeni yaşıl qazon salınmış, 10 min yeni ağac, 1000 ədəd dekorativ ağac, 50 min gül kolu əkilmiş, yaşıllıqlara qulluq göstərilməsi, onların gündəlik suvarılması üçün müvafiq tədbirlər görülmüşdür.
Gül kollarından gözəl kompozisiyalar həmçinin şəhərin mərkəzində Üz.Hacıbəyov küçəsi, Parlament prospekti, ərazidəki park və istirahət bağlarında da yaradılmışdır.
Ümumilikdə isə il ərzində rayon ərazisində 16100 ədəd yeni ağac, 75000 ədəd gül kolu əkilmiş, 21000 kvadrat metr sahəyə qazon otu salınmışdır.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində də mühüm addımlar atılır. Bu istiqamətdə şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilmişdir. Keçən il Qurban Abbasov, Fikrət Əmirov, Üz.Hacıbəyov küsələrində, Neftçilər prospektindəki bir sıra binaların fasadlarının üzlənməsi başa çatdırılmış, hazırda Zərifə Əliyeva, Adil İsgəndərov küçələri, Bülbül, Neftçilər və Mətbuat prospeklərindəki binaların və Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.
Odur ki, son illərdə xaricdən Bakıya gələn qonaqların hamısı Şərq və Qərb koloritinin, qədimliklə müasirliyin nadir formada əks olunduğu bu şəhərin gözəlliklərinə heyranlıqlarını gizlətmirlər. Onlar vurğulayırlar ki, Bakıda həyata keçirilən böyük tikinti-quruculuq işləri Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.
İl ərzində rayonun mərkəz hissəsində səkilərə dekorativ daş döşənmiş, magistral, məhəllədaxili və qəsəbədaxili küçə və yollarının da təmir-asfaltlaşdırılması işləri aparılmışdır.
2013-2014-cü təhsil ilinin yekununa görə Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülmüşdür. Son 4 ildə isə rayonun məzunları ümumilikdə 43 qızıl və 3 gümüş medala layiq görülmüşlər.
2013-2014-cü tədris ilində rayonun orta məktəblərini 1355 nəfər bitirmiş, onlardan 1190 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 901 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 124 nəfəri 500-dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuş, ali məktəblərə qəbul olunan 2 nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli sərəncamı ilə 6 saylı orta məktəbin müəllimi Sona İbrahim qızı Musayeva və 160 saylı Klassik gimnaziyanın müəllimi Rubiynə Elton qızı Qasımova 2013-/2014-cü tədris ilində keçirilmiş «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasinda olmuşlar.
Müsabiqənin keçirildiyi 7 il ərzində Səbail rayon məktəblərinində çalışan müəllimlərdən 54 nəfər «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasında olmuşlar.
Beynəlxalq Müəllim günü ərəfəsində ölkə Başçısının fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 3 nəfəri – «Əməkdar müəllim» Fəxri adına və 4 nəfər isə «Tərəqqi» medalına layiq görülmüşlər.
2014-cü il ərzində Səbail rayon icra hakimiyyəti tərəfindən keçirilən tədbirlər və təşkil olunan görüşlər zamanı hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 19947 olmuşdur.
Keçən il rayonun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüş, ABŞ-ın Nyu-York şəhərinin Bruklik inzibati rayonu və Yaponiyanın paytaxtı Tokio şəhərinin Mequro rayonu ilə dostluq və əməkdaşlıq haqqında protokol imzalanmışdır.
İl ərzində həyata keçirilən işlərlə yanaşı Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra maraqlı və yaddaqalan tədbirlər təşkil edilmişdir.
İl ərzində rayon Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun abadlaşdırılması, balansda olan bina və tikililərə xidmət göstərilməsi istiqamətində xeyli iş görülmüş, yeni qaz xətləri çəkilmiş, yarımstansiyalar, transformatorlar quraşdırılmış, sayğaclaşma aparılımış, bununla da rayon sakinlərinin elekrtik enerjisi və təbii qazla təminatında müsbət dəyişikliklər baş vermişdir.
Ötən il ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə – Ünvanlı Sosial Yardım almaq üçün 302 ailə (1164 ailə üzvü) müraciət edib, orta hesabla hər bir ailəyə 132,0 manat sosial yardım təyin olunmuşdur. Ümumilikdə, Səbail rayonunda müxtəlif növ və kateqoriyalar üzrə 2814 nəfər müxtəlif sosial müavinət alır.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsi ötən il ərzində tərəfindən13187 nəfər təqaüdçülərə 39.741,6 min manat təqaüd və müavinət ödənilmişdir.
Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən938 nəfər iş axtaran işə düzəldilmiş, il ərzində Mərkəzdə 140 nəfər vətəndaş üçün «Kompyuter istifadəçisi», «Kompyuter-dizayner», «İngilis dili», «Xalçaçı», «Kompyuter mühasibliyi», «Aşbaz köməkçisi», «Qazanxana maşinisti» və «Dərzi» peşə kursları açılmışdır. «Əmək yarmarkalarında» 42 nəfən daimi işlər təmin olunmuşdur.
Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan sanitar-gigiyenik əksepidemik tədbirlər bir çox nəticəsində xəstəliklər qeydə alınmamış, bir sıra xəstəlikləri xəsləriklərin sayı azalmışdır.
2014-cü ildə ölkəmizdə mühüm siyasi tədbir olan Bələdiyyə seçkiləri keçirilmişdir. Mühüm siyasi tədbirlə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail Seçki Dairələri üzrə nəzərdə tutulan əsas təşkilati və hazırlıq tədbirləri görülmüşdür.
Rayonda seçki qabağı hazırlıq işləri yüksək səviyyədə təşkil olunmuş, 3 Bələdiyyə üzrə qeydə alınmış müxtəlif siyasi partiya, ijtimai birlik və bitərəfləri təmsil edən 116 namizəd arasından Səbail Bələdiyyəsinə 17, Badamdar Bələdiyyəsinə 15 və Bibiheybət Bələdiyyəsinə 9 nəfər üzv seçilmişdir.
Noyabr ayında «Aşura» mərasimi zamanı İçəri şəhər «Cümə» məscidində və Bibiheybət məscidində müxtəlif irsi xəstəlikdən əziyyət çəkən vətəndaşların ehtiyacları üçün qanvermə aksiyası təşkil olunaraq, ümumilikdə 419 nəfər könüllü qan vermiş, RİH-nin dəstəyi ilə 4 nəfər həcc ziyarətinə göndərilmişdir.
Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov öz çıxışında qeyd etmişdir ki, 2014-cü il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 663 cinayət hadisəsi qeydə alınmış, onlardan 488-nin və ya 78,6%-nin açılması təmin edilmişdir.
Ağır və xüsusi ilə ağır cinayətlərin sayı keçən illə müqayisədə 111-dən 99-ədək və ya 12 fakt azalmış, onların 50-nin və ya 58,8%-nin açılması təmin edilmişdir. Qeyri aşkar şəraitdə baş vermiş cinayətlər 277-dən 312-ədək artmış, onlardan 191-nin və ya 62,4%-nin açılması təmin edilmişdir.
Şəxsiyyət əleyhinə olan cinayətlər 94-dən 78-ədək və ya 16 fakt azalmış, onların 72-nin və ya 92,3%-nin açılması təmin edilmişdir.
Mülkiyyət əleyhinə ümumilikdə baş vermiş cinayətlər 266-dan 357-ədək və ya 91 fakt artmış, onların 238-nin və ya 70,0%-nin açılması təmin edilmişdir.
Baş vermiş oğurluq cinayətləri 137-dən 168-ədək və ya 31 fakt artmış, onların 92-nin və ya 54,8%-nin açılması təmin edilmişdir.
Hesabat dövründə xarici ölkə vətəndaşları tərəfindən 11, onlara qarşı isə 16 cinayət hadisəsi baş vermişdir. Xarici vətəndaşlara qarşı baş vermiş 16 cinayət hadisədən 14-nün və ya 87,5%-nin açılması təmin edilmişdir.
Aparılmış tədbirlər nəticəsində hesabat dövründə qeydiyyatda olan 87 cinayətkardan 59-nun və ya 67,8%-nin, o cümlədən oğurluğa görə 21-dən 18-nin, dələduzluğa görə 30-dan 18-nin, xuliqanlığa görə 8-dən 5-nin, quldurluğa görə 2-dən 1-nin, hərbi cinayətlərə görə 3-dən 1-nin və digər cinayətlərə görə 23-dən 11-nin tutulması təmin edilmişdir. Eyni zamanda keçmiş illərdən axtarışda olan 28 nəfərdən 8-nin və ya 28,5%-i tutularaq istintaqa təhvil verilmişdir.
Xəbərsiz itkin düşənlərin tapılması sahəsində də müəyyən işlər görülmüş və xəbərsiz itkin düşmüş 16 nəfərdən 11-nin və ya 68,5%-i tapılaraq qohumlarına və yaxınlarına təhvil verilmişdir.
Hesabat dövründə narkotiklərlə mübarizə sahəsində rayon ərazisində ümumilikdə aşkar olunmuş faktların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 78-dən 93-ədək artmışdır. Aşkar edilmiş faktlardan 22-i satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbul edilməsi ilə əlaqədar olmuşdur. Aşkar edilmiş faktlar üzrə cəmi 9 kq 766 qram narkotik maddə götürülərək qanunsuz dövriyyədən çıxarılmış, keçən illə müqayisədə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi miqdarı 3 kq 352 qram artmışdır.
İl ərzində aparılan tədbirlər nəticəsində 1 ədəd pnevmatik tapança, 2 ədəd əl qumbarası aşkar edilib götürülmüşdür.
İstintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş maddi ziyanın məbləğinin 957 min 411 manat olması müəyyən edilmiş və bundan 644 min 636 manatı, və ya 67,3%-i ödətdirilmişdir.
Hesabat dövründə polis sahə rəisləri və polis sahə inspektorları tərəfindən 3110 inzibati protokol tərtib edilmiş, protokollar üzrə ümumilikdə dövlət büccəsinə 69 min 777 manat cərimə ödətdirilmişdir.
Hesabat dövründə yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsi tərəfindən müəyyən işlər görülmüşdür. İl ərzində rayon ərazisində 4 azyaşlı tərəfindən cinayət hadisəsi törədilmişdir (onlardan yalnız 1-i Səbail rayon sakinidir). Rayon Polis İdarəsinin icraatında 14 profilaktik iş vardır, onlardan 2-i uğursuz ailə barəsindədir.
Dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən keçən il inzibati təcrübə üzrə 128 min 988 işə baxılıb və 23 min 18 sürücü cərimə olunaraq dövlət büdcəsinə 662 min 710 manat cərimə ödətdirilmişdir.
Rayon ərazisində qeydiyyatdan keçən qaçqın və məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.
Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlrdan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkədə əldə olunmuş nailiyyətlər və nəzərdə tutulmuş işlər barədə məlumat vermişdir.
Tədbirdə 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, 189-190- saylı orta məktəbin direktoru Ceyran Kuliyeva, DSMA Səbail rayon şöbəsinin rəisi Şakir Nuriyev, 29 saylı səbail Dairə Seçki Komissiyasının sədri Cahangir Məmmədov, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Rayon Enerji TSİ-nin rəisi Abdulla Əliyev, rayon Qİİ-nin rəisi Sadıx Rəhimov və başqaları çıxış etmişlər.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuş,
Bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2014-cü ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr əldə etmiş 20 nəfər orta məktəb şagirdinə, keçən il yüksək nailiyyətlər əldə etmiş bir qrupp cüdosuya və onların məşqçilərinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə və Fuad Muradov, Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov və başqa qonaqlar iştirak etmişlər.