Səbaildə “26 İyun - Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilib
Səbail Rayon İcra Hakimiyyətində “26 İyun - Silahlı Qüvvələr Günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev, Səbail RİHBA-nın Sosial-iqtisadi inkişаfın təhlili və proqnozlаşdırılmаsı şöbəsinin müdiri Qabil Vahidov, şəhid anası Mehriban Əmrahova, RİHBA-nın məsul əməkdaşları, müharibə əlilləri və veteranları iştirak etmişlər.
Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir zamanı çıxış edən RİH başçısının müavini Eldar Ağayev Ümummilli Lider Heydər Əliyevin öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimi olduğunu vurğulayaraq məhz Ulu Öndər tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Şanlı Qələbənin təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoymuşdur. Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlilləri və qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdıran Eldar Ağayev Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin və müharibə veteranlarının sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edən tədbir iştirakçıları dövlətimiz tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına yaradılan hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda müharibə veteranları və qazilərlə xatirə şəkli çəkdirilmişdir.