Səbail rayonunda Xocalıdan faciəsinin 23-cü ildönümü anılmışdır
Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, rayonun mədəniyyət müəssisəlrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər təşkil olunmuşdur.
Tədbirlər çərçivəsində rayonun ali məktəblərində anım tədbirləri keçirilmiş, Dövlət Gənc Tamaşaçılar Teatrında və Badamdar Mədəniyyət evində faciəyə həsr olunmuş tamaşalara ictimai baxış təşkil olunmuşdur. Fevralın 25-i rayonun orta və ali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunacaqdır.
Faciənin ildönümü ərəfəsində Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Oksford məktəbinin yeni istifadəyə verilmiş binasında Xocalı faciəsinə həsr olunmuş tədbir və Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 22 ailənin nümayəndələri ilə görüş keçirilmişdir.
Əvvəlcə qonaqlar məktəbin foyesində Xocalı faciəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Sonra Bakı Oksford Məktəbi şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş tamaşa nümayiş etdirilmiş və zala toplaşanlar tamaşanı böyük maraqla izləmişlər.
Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə olkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Həmçinin qeyd olunmuşdur ki, fevral ayının 26-da rayonun sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivlərinin «Xocalı harayı» abidəsinin ziyarəti təşkil ediləcəkdir. Həmin gün rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, «Bibiheybət» və İçəri şəhər «Cümə» məscidlərində ehsanlar veriləcəkdir.
Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər.
Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərilmişdir.