Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir

10 mart 2015 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən  Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profili yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Bu işlər Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda da geniş həyata keçirilir.
Rayonda 25 tibb müəssisəsi fəaliyyət göstərir ki, bunların da əksəriyəti əsaslı təmir olunmuşdur. Təkcə son  illər ərzində rayonda MTN-nin yeni hərbi hospitalı istifadəyə verilib,  1, 2, 15, 33 saylı şəhər poliklinikaları, 3 saylı Vərəm əleyhinə dispanser, 3 saylı Təcili Tibbi Yardım Stansiyası əsaslı təmir olunub, yeni 19 saylı Köməkçi Təcili Yardım Stansiyası açılıb, bura bütün zəruri avadanlıqlarla təchiz olunub.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 2-dən respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Səbail  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir.
Rayonda kedən işlər İcra Hakimiyyətinin tam nəzarətində həyata keçirilir.  Mərkəzdəki  1 və  2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadalarının da təşkil olunmuşdur. Fevralın 2-dən bu günə kimi  artıq rayon üzrə 38536 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur.
1 saylı şəhər poliklinikasının şöbə müdiri Esmira Məmmədova bildirmişdir ki, Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Poliklinika ən müasir tibbi avadanlıqlar, dərman preparatları ilə təchiz olunmuşdur. Burada tibbi müayinələrlə əlaqədar həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər.  Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir.
Rayon sakinləri  ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər.  Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

 

Keçidlər