Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 27 sentyabr - Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

26 sentyabr 2025 | 12:43

27 sentyabr - Anım Günü ilə əlaqədar Səbail rayonu, Salyan şossesi ünvanında ağacəkmə aksiyası keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 300-dən çox şam və zeytun ağacları, oleyandr və dekorativ kollar əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir.

Keçidlər