Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində Novruz şənlikləri

18 mart 2015 | 16:00

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə bağlı Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində rayonun günbəgün böyüyən və inkişaf edən Badamdar qəsəbəsində qəsəbə icra  nümayəndəliyi və qəsəbə bələdiyəsinin təşkilatçılğı ilə qəsəbədəki «N» saylı hərbi hissədə böyük Novruz şənliyi keçirilmişdir. Səbail rayon İcra Hakimiyyəti, qəsəbə ictimaiyyətinin nümayəndələrinin, bələdiyyə üzvlərinin, ağsaqqalların, qəsəbədəki 236, 239 və 329  saylı orta məktəblərin kollektivlərinin nümayəndələri ənənəvi olaraq qəsəbədəki hərbi hissələrin şəxsi heyətinin görüşünə gəlmişlər. Qəsəbədəki hər iki hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbiri «N» saylı hərbi hissənin komandiri polkovnik Fehruz Əzizov açmış, Novruz bayramı münasibəti ilə şəxsi heyəti və qonaqları bayram münasibəti ilə təbrik etmişdir. O, ölkə rəhbərliyi tərəfindən ordu quruculuğu istiqamətində apardığı işlərdən, hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığı işlərində əldə etdikləri uğurlardan danışmışdır.
Səbail rayon İcra Hakimiyyəti Başçısının  Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Zaur Əliyev ölkə başçısı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən Badamdar qəsəbəsində son illərdə həyata keçirilən sosial yönümlü layihələr barədə məlumat vermiş, qəsəbədəki quruculuq və abadlıq işlərində hərbçilərimizin də iştirakını da qeyd etmişdir.
Səbail rayon İcra Hakimiyyətinin şektor müdiri İsrafil Kərimov məlumat vermişdir ki, bir neçə gün əvvəl Səbail rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələrindən və tanınmış incəsənət xadimlərinindən ibarət böyük  nümayəndə heyəti cəbhə bölgəsində xidmət edən əsgərlərimizin qonağı olmuş, onaların xidməti ilə maraqlanmış, bayram tədbiri keçirmişlər. İsrafil Kərimov hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti keçirilmiş,   tədbirdə iştirak edən əsgərlərimizə bayram sovqatları təqdim etmişlər. Şənlik bayram tonqalı ətrafında davam etmişdir.
Daha sonra əsgərlər üçün bayram süfrəsi təşkil olunmuşdur.

 

Keçidlər