Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 44980 nəfər tibbi müayindən keçmişdir

01 aprel 2015 | 15:00

Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən  ölkə üzrə müxtəlif profili yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Ölkə başçısının apardığı siyasətin məntiqi nəticəsi olaraq respublikamızdakı inkişaf və iqtisadi tərəqqi səhiyyə sahəsində görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır.
Ölkə vətəndaşlarının sağlamlıqlarının qorunmasına olan diqqəti təzahürü kimi Prezident cənab İlham Əliyevin uyğun olaraq 2015-ci il fevral ayından respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri həyata keçirilir. Bununla əlaqədar Səbail  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Qeyd olunmalıdır ki, rayonda kedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadalarının da təşkil olunmuşdur. Fevralın 2-dən etibarən artıq rayon üzrə 44980 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüşlər. Belə ki, qeyd olunan müddət ərzində 170 nəfər stasionar müalicəyə götürülmüş, 10810 nəfərə ambulator müalicə təyin edilmişdır. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər.
2 saylı şəhər poliklinikası baş həkimin müavini Şahin Quliyev  çalışdığı tibb müəssisəsinin Dövlət Poqramına uyğun olaraq əsaslı təmir olunduğu, ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu demişdir. Bildirmişdir ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insnlara evlərində xidmət göstərirlər.  Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir.
Rayon sakinləri  ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər.  Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

 

 

Keçidlər