Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların Soyqırımı günü Səbail rayonunda geniş qeyd olunmuşdur

31 mart 2015 | 15:00

31 Mart – Azərbaycanlıların Soyqırımı günü ölkəmizin hər yerində olduğu kimi Bakının Səbail rayonunda da geniş şəkildə qeyd olunmuşdur. Rayonda yerləşən idarə və təşkilatlarda, mədəniyyət, elm və təhsil müəssisələrində soyqımımla bağlı müxtəlif tədbirlər keçirilmiş, Azərbaycan Dövlət İqtisad və Azərbaycan Dövlət Pedaqoji Universitetlərində anım mərasimləri, kitabxanalarda, muzeylərdə sərgilər və dəyirmi masalar, qəsəbə Mədəniyyət evlərində müxtəlif anım tədbirləri, rayonun orta və ali təhsil ocaqlarında 31 Mart Soyqırımı ilə bağlı dərslər keçirilmişdir. Bu qəbildən növbəti tədbir rayonun tanınmış orta təhsil müəssisələrindən olan 132-134 saylı Təhsil Kompleksində Səbail rayon İcra Hakimiyyəti, kompleksin rəhbərliyi, tədqiqatçı alimlər, müəllim və tələbə heyəti nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbir soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri açıq elan edən Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova qeyd etmişdir ki, Azərbaycan xalqına qarşı erməni vəhşiliyinin tarixi 200 ildən də əvvələ gedib çıxır. Bu müddət ərzində ermənilər xalqımıza qarşı dəfələrlə soyqırımları törətmiş, şəhərlərimizi, kəndlərimizi xarabalığa çevirmişlər. Yuzlərlə, minlərlə azarbaycanlıları qanına qəltan edən, uşaqlara, yaşlılara, xəstələrə belə rəhm etmədən ağlasığmaz işgəncələr verən erməni qaniçənləri vəhşicəsinə öldürdükləri insanların meyitlərini təhqir etməkdən, azyaşlı uşaqları və körpələri diri-diri tonqala atmaqdan və ya torpağa basdırmaqdan belə çəkinməmişlər.
Səbail rayon İcra Hakimiyyətinin Birinci müavini Xalidə Bayramova bildirmişdir ki, Azərbaycanlılara qarşı bu soyqırım faktı tarixi mənbələrdə və yaddaşlarda olmasına baxmayaraq Sovetlər dönəmində bu faktların geniş şəkildə ictimaiyyətə çatdırılmasına yasaq qoyulmuşdu. Yalnız Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra soyqırım hadisəsinə hüquqi qiymət verilmişdir. Ulu öndər deyirdi: «Bu hadisələri, onların dərslərini unutmağa bizim  haqqımız yoxdur».   
Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə Soyqırım faciəsinin ildönümünə həsr olunmuş  dəyirmi masa keçirilmişdir. Tədbiri açıq elan edən məktəbin direktoru Sədaqət Əzimova 1918-ci ildə erməni millətçiləri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törədilmiş vəhşiliklərdən danışdı. Tədbirdə məktəbin tarix müəllimi D. Məmmədovanın “31 Mart soyqırımından 97 il ötdü” mövzusunda məruzəsi dinlənilmişdir. 31 Mart –Soyqırım hadisələrini əks etdirən video çarx nümaiş etdirilmiş və tədbir şagirdlərin mövzu ilə bağlı təqdimatları ilə başa catmışdır.
Günün ikinci yarsında məktəbin şagirdləri Azərbaycan Tarix Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
189-190 saylı orta məktəbdə keçirilən anım tədbirində məktəbin direktoru, əməkdar müəllim Ceyran Kuliyeva,  Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi Ramin Rüstəmov, məktəbin tarix müəllimləri Gülsən Soltanova və Sədrəddin Rüstəmovun, eləcə də Şərqşünaslıq İnstitutunun elmi işçisi Ramin Rüstəmovun soyqırım tarixi ilə bağlı çıxışları dindənilmiş, Faciənin dəhşətlərini əks etdirən videoçarxın nümayışı və çıxışçıların söylədikləri tarixi faktlar şagirdlər tərəfindən maraqla qarşılanmışdır.
162 saylı orta məktəbdə 31 mart “Azərbaycanlıların soyqırımı günü” ilə bağlı keçirilən tədbiri açıq elan edən məktəbin direktoru Məlahət Hüseynova mərasimə dəvət olunmuş qonaqları şagirdlərə təqdim etmişdir. Tədqiqatçı-curnalist Mehriban Ələkbərzadə tariximizin qan yaddaşına həkk olmuş bu soyqırım faciəsi barədə faktları, müxtəlif arxivlərdə  apardığı araşdırmaların nəticələrini şagirdlərə çatdırmışdır. 
Səbail  rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin   Mərkəzi  Kitabxanasında  31  Mart   Azərbaycanlıların  soyqırımı  gününə  həsr  edilmiş   tədbir   keçirildi. İştirakçılara  1918-ci  ilin 30 mart və 3 aprel tarixləri  arasında  Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və  digər  ərazilərdə Bakı Soveti  və daşnak erməni silahlı  dəstələrinin azərbaycanlılara qarşı  törətdikləri qırğından,  Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi  və  hərbi  təcavüz  həyata  keçirən ermənilərin  bu  vəhşiliklərinin  dünya ictimaiyyətinin  diqqətinə çatdırılmasında Heydər  Əliyev Fondunun dəstəyi  ilə  aparılan  işlərdən  söhbət  açıldı. Tədbirdə  həmçinin, mart hadisələrini   əks etdirən   slayd  və   kitab  sərgisi  təqdim  olundu.

Keçidlər