Şriftin ölçüsü :

Saytın rəngi :

«Yaşıl Marafon»un ikinci mərhələsi çərçivəsində Səbail rayonunda növbəti aksiya keçirilmişdir

11 aprel 2015 | 15:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ötən il ölkəmizdə star götürmüş I «Ümimrespublika Yaşıllaşdırma» marafonu layihəsi çərçivəsində respublika miqyasında xeyli ağac və gül kolları əkilmişdir. Bu layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.
Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayon ictimaiyyəti nümayəndələri olmuşlar. «Yaşıl Marafon»un bu il start veilimiş ikinci mərhələsi çərçivəsində Səbail rayonunda növbəti geniş miqyaslı ağacəkmə aksiyası keçirilmişdir. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə keçirilən növbəti aksiya Abbasqulu Abbaszadə küçəsi və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca böyük bir ərazini əhatə etmişdir.
İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilmişdir. Burada əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti  çəkilmiş, ən əsası isə böyük miqdarda dekorativ ağac və gül kolları alınmışdır. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdiyilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilmişdir. 
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın bu nəcib təşəbbüsü ilə keçirilən bu aksiyaya Səbail rayonunun müharibə və əmək veteranları da qoşulmuşlar. Yaşlarının ahıl vaxtı olmasına baxmayaraq veteranlar rayon rəhbərliyi ilə birlikdə Bayıl yaşayış sahəsində yerləşən Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda ağac əkmiş, II Dünya Müharibəsində Qələbənin 70 illik yubileyi ərəfəsində rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə öz töhfələrini vermişlər.
«Yaşıl marafon»un ikinci mərhələsi çərçivəsində Səbail rayonunda keçirilən bu aksiya zamanı 3000 ədəd yeni ağac və 1000 ədəd gül kolu, 1500 kv.metr sahəyə qazon əkilmiş, əvvəl əkilmiş 4000 ədəd ağaclara qulluq göstərilmişdir.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Qeyd olunmuşdur ki, yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur.
Bu günkü iməclik həm də bu il Bakı şəhərində keçiriləcək İlk Avropa Oyunları ərəfəsində paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəsini verəcəkdir.
Mövsüm ərzində rayonda bu kimi aksiyaların  mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

 

Keçidlər