Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda «Yaşıl Marafon»un ikinci mərhələsi çərçivəsində növbəti aksiya keçirilmişdir

18 aprel 2015 | 15:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu I «Ümimrespublika Yaşıllaşdırma» marafonu layihəsi respublikamızın bütün güşələrində olduğu kimi Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda da uğurla həyata keçirilir. Artıq ölkə miqyasında 850 minə yaxın ağac əkilmişdir və layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.
     Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Səbail rayon ictimaiyyəti nümayəndələri «Yaşıl Marafon»un ikinci mərhələsi çərçivəsində artıq 3-cü ağacəkmə aksiyasına çıxmışlar. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 300 nəfərdən çox insanın iştirakı ilə keçirilən növbəti aksiya sürüşmə zonası olan Badamdar şossesi və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca böyük bir ərazini əhatə etmişdir.
     İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülmüş, torpağa mineral gübrələr səpilmişdir. Burada əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti  çəkilmiş, ən əsası isə böyük miqdarda dekorativ ağac və gül kolları alınmışdır. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdiyilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilmişdir. Bu sahədə əkilən ağaclar gələcəkdə yamacın möhkəmlənməsi və burada baş verə biləcək sürüşmə və digər halların qarşısının alınmasına köməklik göstərəcəkdir.
     Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca yol kənarlarında salınmış yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək burada gözəl kompozisiyalar yaradılmışdır. Bu ərazidə əkilən ağaclar və güllər, salınmış yaşıllıqlar ölkəmizdə ilk dəfə olaraq keçiriləcək  I Avropa Oyunları ilə bağlı şəhərimidə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə səbaillilərin töhfəsi olacaq və paytaxtımıza  gələcək çoxsaylı idmançılar və qonaqların zövqünü oxşayacaqdır. Qeyd etmək lazımdır ki, Səbail rayonunda Avropa Oyunları ilə bağlı Su İdmanı sarayında, «Baku-Sport-siti»də, Bakı İdman Sarayında və acağəkmə aksiyasının keçirildiyi Salyan yolunda yerləşən Veloparkda yarışlar keçiriləcəkdir. 
     «Yaşıl marafon»un ikinci mərhələsi çərçivəsində Səbail rayonunda keçirilən bu aksiya zamanı 1000 ədəd yeni ağac və 30000 ədəd gül kolu əkilmiş, əvvəl əkilmiş 2000 ədəd ağaclara qulluq göstərilmişdir.
     Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Qeyd olunmuşdur ki, yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur.
     Mövsüm ərzində rayonda bu kimi aksiyaların  mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər