Şriftin ölçüsü :

Saytın rəngi :

29 saylı DSK sədri Cahangir Məmmədovun yubileyi qeyd olundu

20 may 2022 | 10:57

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov uzun illər seçki sahəsində səmərəli fəaliyyət göstərmiş 29 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədovu yubileyi münasibəti ilə təbrik etmişdir. Yubiley ilə əlaqədar keçirilən tədbirdə RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, 29 saylı Səbail dairə seçki komissiyasının üzvləri və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Seçki hüququ müasir demokratik cəmiyyətin formalaşmasına təkan verən vacib dəyərlərdən biridir. Onun vasitəsilə xalq öz suveren hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasında hər zaman şəffaflıq baxımından bir çox ölkələr üçün nümunə olacaq seçkilər keçirilib. Seçkilərin keçirilməsində ən mühüm amil seçki prosesinin seçicilər üçün şəffaf olmasıdır. Bunun üçün Mərkəzi Seçki Komissiyası və yerlərdə olan dairələr əlindən gələni edir və bu seçki təcrübəsi müxtəlif ölkələr tərəfindən öyrənilir”.  Ölkəmizdə, o cümlədən səbail rayonunda seçkilərin demokratik, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılan addımlara, mühüm qərarlara dair faktlar, ekspert və müşahidəçi rəyləri Azərbaycandakı mövcud reallığı nümayiş etdirdiyini vurğulayan Səbail RİH başçısı Vuqar Zeynalov Cahangir Məmmədovu ad günü münasibətilə təbrik edərək ona məsul fəaliyyətində uğurlar arzulamışdır.
Sonda Cahangir Məmmədova hədiyyələr təqdim olunmuş, onun fəaliyyəti yüksək qiymətləndirilərək Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail Rayon İcra Hakimiyyəti başçısının “Fəxri fərman”ı ilə təltif edilmişdir.

Keçidlər