Şriftin ölçüsü :

Saytın rəngi :

«Son zəng» tədbirləri Səbail rayon məktəblərində xüsusi təntənə ilə keçirilmişdir

29 may 2015 | 15:00

29 may 2015  - «Son zəng» tədbirləri ənənəvi olaraq Səbail rayonunun bütün 17 orta məktəbində təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılmış,  bilik bayramının yüksək səviyyədə, məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.
      Səbail rayonunda 17 orta məktəblərində 1984 nəfər pedaqoji işçi çalışır. Orta məktəblərdə 20577 şagird təhsil alır ki, bu il onların 1492 nəfəri məzundur. 
     «Son zəng» tədbirinin keçirildiyi 6 saylı məktəb-lisey öz ənənələri ilə seçilir. Məktəb 2007-2008 və 2012-2013-cü tədris illərinin yekunlarına görə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qalibləri və məktəbin 15 müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri  arasında olmuşlar. Keçən il təhsildə qazanılan uğurlara görə məktəbin müəllimi Solmaz Əskərova    «Əməkdar müəllim» fəxri adına, Viktoriya Abdullayeva   və Emin İmanov  «Tərəqqi» medalına layiq görülmüşlər.
     Bu il məktəbi 141 nəfər məzun bitirir.
   Tədbirə toplaşan məzunları, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 6 saylı məktəb-lisein direktoru, əməkdar müəllim Gülşən Orucova məktəb kollektivinin uğurlarını qeyd edərək məktəbin məzunu - 1967-1977-ci illərdə bu məktəbdə oxumuş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri ilə respublikamızda təhsilə olan diqqət və qayğıdan, məhz cənab Prezidentin sərəncamına əsasən 6 saylı tam orta məktəbin sokülərək yenidən tikilməsi və ölkə başçısının iştirakı ilə istifadəyə verilməsindən, burada müasir təhsil üçün hər cür şərait yaradılmasından danışmış, məzunları Prezidentimiz kimi vətənpərvər, işgüzar olmağa çağırmış, onlara gələcək həyatda uğurlar arzulamışdır. 
      Məktəbdə  keçirilən tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə banışmışdır. Natiq qeyd etmişdir ki, məzunlar məhz ölkə Başçısı İlham Əliyevin də bir vaxtlar oxuduğu məktəbi bitirmələri ilə fəxr etməlidirlər.
     Asif Əsgərov müstəqil həyatın  astanasında duran məzunlara uğurlar,  olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, bu il Azərbaycan paytaxtında keçriləcək ilk Avropa oyunlarının ölkəmizin dünyada daha yaxından tanınması, onun nüfuzunun artmasındakı əhəmiyyətlini vurğulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdır. 
    Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi, Milli Məclisin Komitə sədri Hadı Rəcəbli, YAP Qadınlar təşkilatının sədri Nurlana Əliyeva, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.
     Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri  iştirak etmişlər.

Keçidlər