Şriftin ölçüsü :

Saytın rəngi :

3 nömrəli Onbirillik Musiqi Məktəbində “Şuşam mənim” adlı konsert təşkil olunub

20 iyun 2022 | 15:54

İyunun 17-də Səbail rayonu C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbində “Şuşa ili”nə həsr olunmuş “Şuşam mənim” adlı konserti keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, RİHBA-nın məsul əməkdaşları, uşaq musiqi məktəblərinin direktorları, məktəbin kollektivi, qonaqlar və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Konsertin əvvəlində “Şuşa ili”nə həsr olunmuş video nümayiş etdirildi, şagird və müəllimlərin ifasında müxtəlif musiqi nömrələri səsləndirildi.

Keçidlər