Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur

08 sentyabr 2012 | 15:00

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olumuşdur. Rayonda 5 ali, 18 orta və 18 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs ilinə hazırlığı və yay mövsumu ərzində məktəblərdə aparılan təmir işlərinə RİH-nin tərəfindən nəzarət daha ciddi olmuşdur.
Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışmışdır. Asif Əsgərov bildirmişdir ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə RİH tərəfindən ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılımış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşlar.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də Səbail rayonunun Badamdar qəsəbəsində olarkən qəsəbə sakinləri ilə keçirdiyi görüş zamanı sakinlərin xahişini nəzərə alaraq Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi üçün maliyyə vəsaitinin ayrılmasına dair sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı RİH-i tərəfindən müvafiq işlər həyata keçirilmiş, Badamdar qəsəbəsində müasir tələblərə tam cavab verən məktəb və uşaq bağçasının tikilərək ətraf yollar və kommunikasiya xətləri yenilənmiş, məktəb və bağça avadanlıq və bütün ləvazimatlarla tam təmin olunmuşdur.
2012-ci il ərzində rayonda «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasının davamı olaraq 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik əlavə korpusun, 7 saylı orta məktəb üçün yeni idman, akt zalları və 8 sinif otaqları olan yeni korpusun tikintisi, 49, 50 və 203 saylı orta məktəblərin korpuslarının, «Könül» körpələr evinin əsaslı təmiri başa çatıb, hazırda 3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən tikintisi və 44 saylı uşaq bağçasında əsaslı təmirı aparılır.
Təhsil müəssisələrində həyata keçirilən işlərlə yaxından tanış olmaq üçün sentyabr ayının 4-də ölkə başçısı cənab İlham Əliyev Badamdar qəsəbəsinə gələrək yeni tikilmiş 329 saylı orta məktəbin və uşaq bağçasının, sentyabrın 5-də isə 49 saylı “İntellekt»liseyin yeni tədris korpusunun və əsaslı təmirdən sonra liseyin köhnə binasının açılış mərasimlərində iştirak etmiş, görülən işlərin keyfiyyətindən razı qalmışdır.
Ölkə başçısı cənab İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planına Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd salınmışdır ki, bir il ərzində 7 və 163 saylı məktəblərin, 157 saylı və «Turac» uşaq bağçalarının binalarının, 190 saylı məktəbin akt və idman zalının əsaslı təmiri, 70 saylı uşaq bağçasının isə əsaslı təmiri və əlavə musiqi zalı və 3 otağının tikintisi nəzərdə tutulmuşdur. Əlavə Tədbirlər Planının həyata keçirilməsi üçün artıq işlərə başlanmışdır.
Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılmışdır. Vurğulanmışdır ki, 2011-2012-cu tədris ilində rayonun orta məktəblərini 1448 nəfər bitirmiş, onlardan 915 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 173 nəfəri 500-dən yuxarı, 41 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. 87 məzun xarici ölkələrin ali məktəblərinə daxil olmuşdur. 2011-2012-ci təhsil ilinin yekununa görə 11 məzun qızıl medal almış, məzunlardan 2 nəfəri Prezident təquüdünə namizəddir. Həmçinin: keçən tədris ilində rayon üzrə 14 nəfər şagird Respublika üzrə fənn olimpiadalarının qalibləri sırasında olmuşlar.
Səbail rayonunun 189 saylı orta məktəbi «2011/2012-ci tədris ilində keçirilmiş «Ən yaxşı ümumi təhsil müəssisəsi» müsabiqəsinin qaliblərindən olmuşdur. Qeyd etmək lazımdır ki, artıq 5-ci ildir ki, keçirilən bu müsabiqədə rayonun 18 orta məktəbinin 12-i qaliblər sırasında olmuşdur.
Bu il keçirilən «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında isə rayonun 11 nəfər müəllimi olmuş, müsabiqənin keçirildiyi 5 il ərzində Səbail rayon məktəblərinində çalışan müəllimlərdən 46 nəfər «Ən yaxşı müəllim» adına layiq görülmüşdür.
Tədbirdə çıxış edən məzunlar, rayonun pedaqoci işçiləri və valideynlər adından təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda «Ən yaxşı ümumtəhsil məktəbi» respublika müsabiqəsinin qalibi olmuş məktəbə, «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri olan müəllimlərə, həmçinin qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə olunmuşdur.
Yığıncaqda «Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikası Qanunda dəyişiklər edilməsi barədə Azərbaycan Respublikası Qanundan irəli ğələn vəzifələr müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.
Həmçinin iclasda rayon təsərrüfatının, müəssisə və təşkilatların, xədmət sahələrinin payz-qış mövsümünə hazırlığı ilə bağlı tədbirlərin həyata keçirilməsi və mövsümə tam hazırlığın təmin edilməsi istiqamətində görülən işlər müzakirə edilmiş, xidmət rəhbərlərinə müavifq tapşırıllar verilmişdir.
 

Keçidlər