Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon məktəblərində «Son zəng» tədbirləri keçirilmişdir

30 may 2015 | 15:00

30 may 2015 - Ənənəyə uyğun olaraq Səbail rayonunun  bütün orta ixtisas məktəblərində keçirilən «Son zəng» tədbirləri başa çatmışdır. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektiv tərəfindən hazırlıq işləri aparılımış, onlar bilik bayramının yüksək səviyyədə, iştirakçıların yaddaşlarında uzun illər ərzində qalması üçün əlləringən gələni etmişlər.
     Qeyd olunmalıdır ki, Səbail rayonundakı 17 orta məktəbdə 1984 nəfər pedaqoji işçi çalışır və məktəblərdə 20577 şagird təhsil alır ki, bu il onların 1492 nəfəri bu ilin məzunudur. 
     «Son zəng» tədbirinin keçirildiyi 189-190 saylı orta məktəb keçən il iki məktəbin birləşdirilməsi ilə yaradılmışdır. Məktəbdə hazırda 1580 şagird təhsil alır və onlara 153 müəllim   dərs deyir. Bu tədris ilində məktəbi 4 sinifdə 101 nəfər şagird bitirir, məktəbin 7 birinci sinifdə 194 nəfər şagird təhsil alır. 
     190 saylı məktəb 2009-cu ildə, 189 saylı orta məktəb  isə   2012-ci tədris ilində «Ən yaxşı ümumi təhsil müəssisəsi» müsabiqəsinin,  9 nəfər müəllim isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri  sırasinda olmuşlar. Məktəbdə 2 nəfər Əməkdar müəllim çalışır.
       2012-ci ildə 189 saylı orta məktəb Dövlət Proqramına uyğun olaraq əsaslı təmir olunaraq bütün lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hazırda 190 saylı orta məktəbin binası əsaslı təmir olunur.
     Tədbirə toplaşan məzunları, onların validenylərini və çoxsaylı qonaqları salamlayan 189-190 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Ceyran Kuliyeva məktəb kollektivinin uğurlarını qeyd edərək Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi. Xüsusi olaraq qeyd olundu ki, Dövlət Proqramına əsasən artıq 190 saylı orta məktəbin binasında əsaslı təmirə başlanılıb və sentyabr ayının əvvəlində işlər başa çatdırılacaqdır. Direktor Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb.
   Tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə banışmışdır. 
     Asif Əsgərov müstəqil həyatın  astanasında duran məzunlara uğurlar,  olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, bu il Azərbaycan paytaxtında keçriləcək ilk Avropa oyunlarının ölkəmizin dünyada daha yaxından tanınması, onun nüfuzunun artmasındakı əhəmiyyətlini vurğulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdır. 
   Tədbirdə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, valideynlər, müəllimlər və digər qonaqlar onbirinciləri təbrik etmiş, məzunlar isə mahnı və rəqsləri ilə öz məharətlərini göstərmişlər.

Keçidlər