Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda «Narkotiklərlə mübarizə günü»nə həsr olunmuş dəyimi masa keçirilib

26 iyun 2015 | 15:00

25.06.2015 - Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, zərərli olan adətlərdən uzaqlaşdırılması və narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə həyata keçirilən işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyası tərəfindən bu istiqamətdə mütəmadi olaraq toplantılar, görüşlər və kütləvi tədbirlər təşkil olunur, bəşəriyyət üçün ən ciddi bəlalardan biri olan narkomaniyanın fəsadları yeniyetmə və gənclərə izah olunur.
     Rayonda təşkil olunan növbəti belə tədbir – 26 İyun BMT-nın «Narkotiklərlə mübarizə günü»nə həsr olunmuş dəyirmi masa olmuşdur. Səbail rayon İcra  Hakimiyyəti, Bakı şəhər və Səbail rayon Gənclər və İdman İdarələrinin, rayon Polis İdarəsi Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili və Narkotiklərlə Mübarizə Bölmələrinin, Bakı şəhər Narkoloji dispanserinin, yerli bələdiyyələrin və gənclərin  nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masanı Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov açaraq müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışmışdır. Bildirmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. Xüsusi ilə gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlərdə əsas məqsəd gənclərin bu bəladan uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin təbliği, narkomaniyanın fəsadlarının nə qədər təhlukəli olduğunu izah etməkdir.
    Dəyirmi masada çıxış  edənlər rayonda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə məlumat verərək gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən danışmışlar.
     Tədbirdə iştirakçılara narkomaniyanın fəsadları ilə bağlı buklet və təbliat materialları paylanmış, sonra gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

Keçidlər