Səbail Rayon İcra Hakimiyyətində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin üzvləri, müharibə əlilləri və veteranları iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov ilk öncə tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş, bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədə xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğunu bildirmişdir.
Daha sonra “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Bakı şəhər Səbail rayon filialının sədri Səyavuş Aslanov və digər müharibə veteranları çıxış edərək dövlətin onlara yaratdığı hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda müharibə veteranları ilə Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.