Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir

28 dekabr 2023 | 13:42

Sabail rayonu 160 nömrəli Klassik Gimnaziyada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Səbail bələdiyyəsinin əməkdaşı Nigar Quliyeva, şəhid ailələri, məktəbin direktoru Gülnarə Məmmədova, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.

Tədbir zamanı bildirilmişdir ki: “Bu tarix xalqımızın birlik günüdür. Bu günü dünyanın 70-dən çox ölkəsində yaşayan, 50 milyondan çox azərbaycanlı böyük ruh yüksəkliyi ilə qeyd edir”. Qeyd olunmuşdur ki: “Ulu öndərin siyasi kursuna sadiq qalan, onun vəsiyyətinə əməl edən, Qarabağın xilas missiyasını şərəflə yerinə yetirib xalqı bir yumruq kimi birləşdirən ölkə başçısı cənab İlham Əliyev qoruyub inkişaf etdirdiyi bu həmrəylik sayəsində böyük Qələbə şanlı tarix səhifəmizə yazılmışdır. Bununla da Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi və gücü bir daha bütün dünyaya sübut olunmuşdur”.

Tədbirdə iştirak edən şəhid anaları öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Tədbir məktəblilər tərəfindən vətənpərvərlik mövzusunu əhatə edən ədəbi-bədii kompozisiya ilə davam etmişdir.

Keçidlər