Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib

30 dekabr 2022 | 16:40

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul əməkdaşları iştirak etmişlər.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov ilk öncə tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş, bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədə xalqımızın göstərdiyi birlik və həmrəylikdən söhbət açmışdır. RİH başçısı başa vurmaqda olduğumuz 2022-ci ildə əldə olunan uğurlardan danışaraq Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişləri nəticəsində ötən bir il ərzində ölkəmizdə görülmüş işlərin əhəmiyyətini vurğulamış, aparılan uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın regional və qlobal əhəmiyyəti artdığını və əhalinin sosial rifah halının dahada yüksəldiyini qeyd etmişdir.

Tədbir zamanı Səbail rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən əməkdaşlar Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanlarla təltif edilmişlər.

Keçidlər