Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir

30 dekabr 2025 | 16:54

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, sahə inzibati ərazi dairələr üzrə nümayəndələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki: “Bu tarix xalqımızın birlik günüdür. Bu günü dünyanın 70-dən çox ölkəsində yaşayan, 50 milyondan çox azərbaycanlı böyük ruh yüksəkliyi ilə qeyd edir”. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən” müdrik kəlamını tədbir iştirakçılarının diqqətinə çatdıran RİH başçısı əsası Ümummilli lider tərəfindən qoyulmuş milli birlik və həmrəylik ideyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qorunduğunu və uğurla inkişaf etdirildiyini qeyd etmişdir. Daha sonra 44 günlük Şanli Zəfər tariximizdən bəhs edən RİH başçısı vurğulamışdır ki: “Ulu öndərin siyasi kursuna sadiq qalan, onun vəsiyyətinə əməl edən, Qarabağın xilas missiyasını şərəflə yerinə yetirib xalqı bir yumruq kimi birləşdirən Ölkə başçısı cənab İlham Əliyev qoruyub inkişaf etdirdiyi bu həmrəylik sayəsində böyük Qələbə şanlı tarix səhifəmizə yazıldı”.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə RİHBA-nın Hüquq şöbəsinin müdiri Nərmin Abuzərli Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Keçidlər