Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli məktəblilər üçün Quba rayonunda yay düşərgəsi yaradılmışdır

29 iyul 2015 | 15:00

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olduğundan cari ilin yay aylarında bu   istiqamətdə  bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir.
Həmin tədbirlərdən biri Səbail rayon İcra Hakimiyyəti və  DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi və İstək liseyinin iştirakı ilə artıq 10-cu dəfə təşkil olunan «Şahinlər» yay istirahət düşərgəsinin yaradılması olmuşdur. Artıq bütün təşkilati işlər başa çatdırılmış və rayon icra hakimiyyətində düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış, ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın   uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir.
Asif Əsgərov xüsusi olaraq vurğuladı ki, Quba şəhərindəki yay istirahət düşərgəsi artq 10-cu ildir ki, təşkil olunur.  Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Düşərgə Daxili Qoşunlar Komandanlığı və İstək liseyinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunmuşdur. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaqlar.
Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və onlarla yanaşı düşərgəyə  təhkim olunmuş Daxili Qoşunların zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup məşğul olcaq, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər.
İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri və Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə tanışlığı təşkil olunacaqdır.
Qeyd olunmuşdur ki, yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tərbir avqust ayının 17-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə  Qusar rayonunda da təşil olunacaqdır. 
Tədbirdə çıxış edən valideynlər, ictimai birliklərin rəhbərləri, istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər