Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıda səfərdə olan nümayəndə heyətinin rəhbərliyi Səbail rayon İcra Hakimiyyətində olmuşlar

13 avqust 2015 | 15:00

Avqust ayının 13-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının «Mahaçqala»  və «Volqadonsk» hərbi gəmiləri Azərbaycana səfərə gəlmişdir. Səfərin ilk günündə Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbərliyi və Azərbaycan Respuslikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Səbail rayon İcra Hakimiyyətində olmuşlar.
     Nümayəndə heyətini qəbul edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlamış, paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonun stateci əhəmiyyət kəsb etdiyini bildirmiş və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir. Asif Əsgərov son illərədə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlərdən danışmış, bu nailiyyətlərin qazanılmasında Ulu öndən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük rolunu qeyd etmişdir.  Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan natiq rayon İcra Hakimiyyəti  ilə rayondakı və eləcə də cəbhə bölgəsindəki hərbi hissələr arasında yaranmış sıx dostluq və əməkdaşlıq əlaqələri və Müdafiə Nazirliyi ilə birgə tədbirlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, keçən ilin oktyabr ayında Rusiya Federasiyasının Xəzər Dəniz Donanmasının  «Dağıstan» və «Qrad Sviyacsk» hərbi gəmiləri Bakıda olarkən nümayəndə heydətinin rəhbərliyi Səbail RİH-də qəbul olunmuş və Səbail ictimaiyyəti nümayəndələri həmin hərbi gəmiləri ziyərət edərək dənizçilərin şəraiti ilə tanış olmuşlar.
     Tədbirdə çıxış edən Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının  Bakıya səfərə gələn nümayəndə heyətinin rəhbəri  I dərəcəli kapitan Kirill Taranenko Azərbaycanın, xüsusi ilə də onun Silahlı Qüvvələrinin inkişafından, iki ölkə ordularının əməkdaşlıq əlaqələrinin möhkəmlənməsindən, bü işlərdə hər iki ölkənin rəhbərlərinin rolundan danışdı, Rusiya Federasiyası ilə Azərbaycan  arasında bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinin  vacibliyini vurğuladı.
     Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələrinin Komandan əvəzi, I dərəcəli kapitan Şahin Məmmədov qeyd etdi ki, bu səfər ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavabdır. Səfər çərçivəsində qonaqlar «Fəxri Xiyaban»da Ümumilli lider Heydər Əliyevin məzarını və «Şəhidlər Xiyabanı»nı ziyarət edəcək, paytaxtın görməli yerlərini gəzəcək, Dövlət Bayrağı Meydanındakı Bayraq Muzeyi, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik məktəbindəki tədris prossesi ilə tanış olacaq, həmçinin dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər. 

  Ölkəmizdə səfərdən və RİH-dəki görüşdən mənmunluq hissi keçirdiyini deyən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Vladimir Çernenko, «Mahaçqala»  hərbi gəmisinin komandiri, II dərəcəli kapitan Ayup Dadayev,  «Volqadonsk» hərbi gəmisinin komandiri,  III dərəcəli kapitan Vladimir  Zaytsev hərbi dənizçilərin ölkəmizə səfərinin səmərəli olduğunu qeyd etdərək Bakıda gördükləri  qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirdilər.
      Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu.
     Sonra qonaqlar Səbail rayonunun görməli yerlərində olmuş, şəhərimizin gözəlliyinə vurğun olmalarını bildirmişlər.
    Səfər proqramına uyğun olaraq Səbail rayon ictimaiyyəti nümayəndələrinin Rusiya hərbi gəmiləri ilə tanışlığı nəzərdə tutulmuşdur.

 
Keçidlər