Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonu 329 nömrəli tam orta məktəbdə narkomaniya əleyhinə tədbir keçirilib

07 noyabr 2022 | 10:45

Səbail rayonu 329 nömrəli tam orta məktəbdə narkomaniya əleyhinə tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımov, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şahin Talıbov, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə söhbət açaraq qeyd etmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, ölkədə, eyni zamanda Səbail rayonunda narkomaniyaya qarşı keçirilən tədbirlər, aparılan profilaktik işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Daha sonra tədbir iştirakçıları ilə rayon ərazisində narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin sağlamlığının qorunması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

Keçidlər