“Gənc Heydərçilər” Xaçmaz şəhərinin və Qusardakı “Şahdağ” Turizm Mərkəzinin qonağı olub.
Səbail Rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə Qusarda təşkil etdiyi “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsinin iştirakçıları avqustun 24-də Xaçmaz şəhərində olublar.
Layihə iştirakçıları əvvəlcə açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ilə yaxından tanış olublar. Bundan sonra “Gənc Heydərçilər” Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etdilər. Onların diqqətinə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib. Muzey 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Xaçmaz rayonu ilə tanışlığı davam etdirən düşərgə iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.
Sonra Heydər Əliyev Mərkəzində olan layihə iştirakçılarına Ulu Öndərin zəngin həyatı, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib.
Düşərgə iştirakçıları Xaçmaz şəhərindəki parkları gəzib, xatirə fotoşəkilləri çəkdiriblər.
Ertəsi gün “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsinin iştirakçıları Qusardakı “Şahdağ” Turizm Mərkəzində olmuşlar. Uşaqlar mərkəzdəki yay əyləncələrindən istifadə edib, onlar üçün böyük konsert proqrammı təşkil olunub.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.