Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda yanğınların profilaktikası ilə bağlı müşavirə keçirilmişdir

07 oktyabr 2015 | 15:00

Səbail rayonunda yanğınların profilaktikası ilə bağlı müşavirə keçirilmişdir

 

Səbail rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə birgə «Yanğın təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları qarşısında duran birgə vəzifələr» mövzusunda rayon müşavirəsi keçirilmişdir.

Səbail rayon rəhbərliyi, qəsəbə və ərazi nümayəndəliklərinin, bələdiyyələrin, rayonun təsərrüfat və kommunal xidmətlərinin rəhbərlərinin, aidiyyəti idarə və  təhsil müəssisələrinin, Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin, Regional Mülki Müdafiə şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən müşavirəni Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev açaraq qonaqları salamlamış, tədbirin məqsədi barədə məlumat vermişdir. Bildirilmişdir ki, artıq 5-ci ildir ki, rayon İcra Hakimiyyətində payız-qış mövsümünün başlanması ilə əlaqədar    Yanğınların profilaktikası və yanğın təhlükəsizliyinin təmin olunması, bu hadisələr zamanı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının roluna həsr olunmuş silsilə tədbirlər keçirilir, yanğın təhlükəsizliyi və onların profilaktikası ilə bağlı məsələlər müzakirə olunur, çatışmamazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir. Eldar Ağayev il ərzində bu istiqamətdə rayonda görülən işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat vermişdir.

Müşavirədə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşlarının «Bakı şəhərində  2014-2015-ci illərin müvafiq dövründə yanğın hadisələrinə dair statistik məlumatlar», «Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları», «Yanğınların söndürülməsi prossesində qarşıya çıxan problemlər və onların həlli yolları» mövzularında çıxışları dinlənildi.

Səbail rayonunun Mənzil Kommunal Təsərrüfatı Birliyi, Qaz İstismarı sahəsi, Enerci Təchizatı və Satışı İdarəsinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəhbərlərinin hesabatları dinlənildi, mövcud problemlər və onların həlli istiqamətində atılmalı addımlar barədə məlumat verildi.

 FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev Səbail rayonunda 2014-2015-ci illərin müvafiq dövrlərində yanğın və dəm qazından zəhərlənmələrlə bağlı müqayisəli statistika, eləcə də rayon ərazisində yanğın təhlükəsizliyi mövcud problemləri tədbir iştirakçılarının nəzərinə çatdırdı, mərkəz əməkdaşları tərəfindən aparılan reydlərin nəticələri ilə iştirakçıları tanış etdi, hər bir idarə və təşkilat rəhbərinin, bələdiyyə üzvünün, vətəndaşın yanğın təhlükəsizliyi və onun profilaktikası ilə bağlı görməli işlərindən, ən əsası isə əhalinin maarifləndirməsi istiqamətində qarşıda duran vəzifələrdən danışdı.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı video materiallar nümayiş etdirildi.  

 

 

 

 

Keçidlər